Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü[1] və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur.
Yusif Babanlı | |
---|---|
Yusif Məmməd oğlu Babanlı | |
Doğum tarixi | 9 aprel 1984 (40 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hakim |
Partiyası |
Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir.
Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir.
Ailəlidir. 2 övladı var.[1]
Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir. 2005–2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olmuşdur. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına üzvülükdən başlamışdır. YAP Respublika Gənclər Təşkilatı Şurasının üzvü və Nərimanov rayon YAP Gənclər Təşkilatının olmuşdur. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. Həmçinin Prezident və Parlament seçkilərində YAP tərəfindən Respublika üzrə müşahidəçi olmuşdur.
2005-ci ildən 2021-ci ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri olmuşdur.
2010–2016-cı illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində , 2016–2018-ci illərdə rektorun Tələbə gənclərlə iş üzrə müşaviri və Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 2018–2021-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman İşləri üzrə prorektor vəzifəsində çalışmışdır. 2021-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman İşləri üzrə prorektor vəzifəsindən azad edilmişdir.
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Yazıçılar Birliyinin üzvüdür.[1]
2001-ci ildən Boks Federasiyasının üzvü kimi yaxından fəaliyyət göstərməklə yanaşı Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası və Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adını almışdır. Həmçinin, Respublika dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi adını almışdır. 7 tələbəsi Avropa və dünya çempionu olmuşdur.[1]
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası" kafedrasında baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır.
Doktorantura təhsilini Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda almış, dissertasiyasını uğurla başa çatdıraraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
100 elmi məqalənin, 9 metodik vəsait, 7 dərs vəsait, 7 monoqrafiya müəllifi olan gənc professor Respublika və Beynəlxalq səviyyəli elmi-praktik konfranslarda yaxından iştirak etmiş və dövrü mətbuatda 110-ə yaxın məqaləsi dərc edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 iyul 2017-ci il 13 nömrəli protokolu ilə Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənmişdir.[1]
2020-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Dövlət təşkilatları tərəfindən bir çox fəxri fərman, diplom və medallarla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Tərəqqi Medalı ilə, Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-in İcraiyyə Komitəsinin medalı ilə, Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqının 110 illik yubleyində ittifaqda xidmətlərinə görə medalla və Respublika Vetiranlar Təşkilatı tərəfindən Cəmşid Naxçıvanski adına medalla təltif olunmuşdur[1]. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təntənəli yubiley mərasimində cəmiyyətin "100 illik yubiley medalı" ilə təltif edilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Beynəlxalq Qızıl Ulduz" medalı ilə təltif edilib.