Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq.[1] Sərbəst güləş üzrə SSRİ idman ustası.
Fuad Babanlı | |
---|---|
| |
Doğum adı | Fuad |
Təxəllüsü | Babanlı |
Doğum tarixi | 17 aprel 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 2020 (74 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Abdulla Babanlı |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycanca |
Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub.[2]
1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir.
1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub.
Sərbəst güləş üzrə SSRİ idman ustasıdır.
Müxtəlif vəzifələrdə çalışıb.
Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib. [3]
İki oğlu, dörd nəvəsi vardır.
Fuad Babanlı 1982-ci ildə bədii yaradıcılığa başlamışdır. "Tənha qalmayasan" adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur.[4]
O, Azərbaycan televiziyasında uzun illər göstərilmiş 20 Yanvar faciəsi ilə bağlı “Qanla yazılan gecə” televiziya filminin ssenari müəllifidir. Həmin film televiziyanın qızıl fondunda saxlanılır.[5]
2015–ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.