Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bamboo Airways
Bamboo Airways (vyet. Công ty Hàng không Tre Việt), Vyetnamda bir havayoludur. Aviaşirkət öz uçuşunu 2018-ci ilin oktyabr ayında başlayacaq. Əvvəla, aviaşirkət Airbus-dan lizinq təyyarələrini istifadə edəcək. Şirkət 24 Airbus A321neo üçün Airbus ilə müqavilə imzaladı. 26 iyun 2018-ci ildə şirkət Boeing ilə 20 Boeing 787 Dreamliner şirkəti ilə müqavilə imzaladı. Təyyarə 2020-ci ildə təslim ediləcək.
Bamako
Bamako (fr. Bamako) — Malinin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2009-cu ilin hesablamalarına görə 1,8 milyon nəfərdir. Niger çayının sahilində yerləşir.
Bambuk
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Tambov
Tambov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Ambon
Ambon (ind. Pulau Ambon) — Molukka adalarına daxil olan və İndoneziyaya məxsus ada. Sahəsi 775 km² təşkil edir. Adada 361 287 nəfər yaşayır. Ambon adasında Ambon liman şəhəri yeləşir. Maluku vilayətinin mərkəzidir. Şəhərdə hava limanı, Pattimura Universiteti və bir necə başqa təhsil müısisələri vardır. == Coğrafiyası == Ada bölgədə yerləşən Seram adasından cənub-qərbdə yerləşir. Banda dənizi daxilində yerləşir. Adanın uzunluğu 51 km təşkil edir.
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Bakbo
Bakbo (vyet. Bắc bộ), həmçinin Tonkin (fr. Le Tonkin) — Vyetnamda tarixi və coğrafi region. Vyetnamın ən şimal və geniş hissəsidir == Tarixi == Bakbo Fransa Hind-Çini dövründə general Eduard Jamon komandanlığı altında Fransa ordusu tərəfindən fəth edilmiş və "Tonkin protektoratı" adlandırılmışdır. 1954-cü ildə Cenevrə razılaşmasının nəticələrinə görə, Tonkin və Annamın şimal hissəsi (17-ci paralelə qədər) Şimali Vyetnamın (VDR) bir hissəsi olmuşdur. 1964-cü ilin avqustunda ABŞ-nin Vyetnam müharibəsinə açıq müdaxiləsinin başlanmasının səbəblərindən biri Tonkin körfəzi olayı adlanan hadisə idi. Burada ABŞ və Şimali Vyetnam donanmalarının iştirak etdiyi iki epizod baş tutmuşdur. Hal-hazırda Bakboya Vyetnamın 16 əsas inzibati vahidi, o cümlədən 14 vilayət, Hanoy və Hayfonq şəhərləri daxildir.
Cambo
Cambo (ing. Jumbo, d. təxm. 1860, Eritreya; ö. 15 sentyabr, Kanada, Sent-Tomas, Ontario) — Afrika savanna fili (lat. Loxodonta africana).(lat. Loxodonta africana); Cambo bütün dünyada böyük məşhurluq əldə etmiş, tarixdə birinci zoopark və sirk heyvanıdır. 1862-ci ildə Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya gətirildi. 1865-ci ildən isə London zooparkında saxlanılırdı və 1882-ci ildən amerikalı antreprener və şoumen Fineas Teylor Barnumun sirkinə satıldı. Cambo dəmiryolunda bədbəxt qəza nəticəsində ölüb.
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Baccharis ramboi
Baccharis ramboi (lat. Baccharis ramboi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Bambuk ayısı
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Eugenia jambos
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Jambosa jambos
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Mohsen Namjoo
Mohsen Namjoo (fars. محسن نامجو‎; 4 mart 1976, Türbət Cam, Rəzəvi Xorasan ostanı) — İran musiqi ifaçısısı, bəstəkarı və yazıçısı. == Həyatı == Mohsen Namcu Məşhəd şəhərində, yerli adət-ənənəyə uyğun şəkildə böyüyüb. Uşaqkən ədəbiyyata və musiqiyə marağı yaranmış və oxuduğu məktəbdəki incəsənət tədbirlərində aktiv iştirak etmişdir. 12 yaşında ikən, atasını itirmiş və anası və böyük qardaşları tərəfindən musiqi məktəbinə göndərilmişdir. Burada onun müəllimi Nəsrullah Naşəpur olmuşdur. Ailəsinin etiraz etməsinə baxmayaraq, peşəkar musiqi karyerasına başlamaq qərarı verdi və musiqi təhsilinə Tehran Universitetində davam etmək üçün Tehrana köçdü. Qəbul sınağından keçmək üçün istənilən bir musiqi alətində ifa edə bilməli idi. Maddi vəziyyəti yalnız sətar almağa çatırdı. 1994-cü ildə universitetə qəbul oldu.
Syzygium jambos
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Tambov quberniyası
Tambov quberniyası—(rus. Тамбовская губерния) – Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Tambov quberniyası 15 dekabr 1779-cu ildə çariça II Yekaterinanın əmri ilə yaranıb.Quberniyanın mərkəzi Tambov şəhəri idi.
Tambov vilayəti
Tambov vilayəti (rus. Тамбовская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Yambol vilayəti
Yambol vilayəti (bolq. Област Ямбол) — Bolqarıstanın cənub-şərq zonasında yerləşən vilayət. Sahəsi 3333.5 Km2 olan Yambol vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 131 447 nəfərdir. == İnzibati əraziləri == Yambol vilayəti 5 icmadan ibarətdir. Yambol vilayətinin inzibati paytaxtı Yambol şəhəridir. == Əhalisi == Yambol vilayətinin əhalisinin 86.85 faizi milliyətcə bolqar, 8.48 faizi isə milliyətcə qaraçıdır.
Yuri Barboy
Yuri Barboy (tam adı: Yuri Mixayloviç Barboy, rus. Юрий Михайлович Барбо́й; 17 oktyabr 1938 — 31 dekabr 2017, Sankt-Peterburq) — Rusiya teatrşünası, professoru, elmlər doktoru, Rusiya Federasiyasının əməkdar artisti (2008), Rusiyanın Humanitar Akademiyasının həqiqi üzvü. == Bioqrafiya == Yuri Mixayloviç Barboy 17 oktyabr 1938-ci il tarixində anadan olmuşdur. Barboy Leninqrad Teatr İnstitutununun (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) məzunu olmuşdur. Barboy daha sonra Uzaq Şərq Dövlət İnstitutunun teatr fakültəsinə daxil olmudur. Barboy ömrünün çox hissəsini Sankt-Peterburq şəhərində keçirmişdir. Onun əsas araşdırma mövzuları teatr tarixi, teatr tənqidçiliyi, teatr sosiologiyası və drama nəzərriyəsidir. 1980-ci illərdə o "Sosiologiya və Teatr" araşdırma qrupunun üzvü olmuşdur. Yuri Barboy Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun teatr şöbəsinin professoru və rəhbəri idi. O həmçinin, Sankt-Peterburq Avropa Universitetinin incəsənət tarixi fakültəsinin professoru idi.
Şambor qəsri
Şambor qəsri (fr. Château de Chambord) — Fransanın Lotaringiya departamentində yerləşən qəsr. Qəsr Blua şəhərinin 15 kilometr şərqində yerləşir. XVI əsrin ikinci yarısında Kral I Fransisk tərəfindən ov qəsri kimi inşa etdirilmişdir. Şambor qəsri Lotaringiyada yerləşən qəsr və saraylar arasında ən mühümü hesab olunur. == Tarixi == === XVI və XVII əsrlər === İtaliyada yaranmış Renesans mədəniyyəti Fransada öz təsirlərini göstərməyə başlayırdı. Renesans mədəniyyəti Fransada ilk olaraq Lotaringiya departamentində yaranmış və inkişaf etmişdir. Bu bölgədə tikilən qalalar, qəsrlər və digər bu növ tikililər Renesans mədəniyyətinin ilkin nümunələrindən hesab olunur. Kral I Fransisk Şambor qəsrini 1519-cu ildən etibarən inşa etdirməyə başlatdırmışdır. Həmin vaxt kralın cəmi 25 yaşı vardı.
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Ambon döyüşü
Ambon döyüşü — Hiderland Ost-Hindi əməliyyatı çərçivəsində quruda baş vermiş döyüş. Döyüş Ambon adasında 1942-ci ilin 30 yanvarından 3 fevralına qədər davam etmişdir. Burada Hollandiya və Avstraliya qüvvələri müştərək şəkildə yaponlara qarşı müqavimət göstərmişlər. == Tərəflərin qüvvələri == === Müttəfiqlər === Müharibədən öncə bölgədə sayı 2800 çatan Molukk briqadasına sahib hollanlar və 2 batalyondan ibarət olan Avstraliya qüvvələri cəmləşmişdi. Avstraliya qüvvələri adaya 17 dekabrda gətirilmiş və sayları cəmi 1100 nəfərdən ibarət olmuşdur. Hollandların qüvvələri Kral holland ost-hind ordusu adlanırdı. Hollandların vəziyyəti bu ərəfədə hecdə ürək acan deyildi. Səbəb isə ölkənin avropa hissəsi nasist Almaniyası tərəfindən işğal olunması idi. === Yaponiya === İlk hücum yapon dəniz donanması tərəfindən həyata keçirilir. Hücum zamanı təyyarə daşıyan "Xiryo" və "Soryo", ağır kreyser "Nati" və "Mioko", üztəlik yükgül kreyser "Dzinsu" və 15 esmins iştirak etmişdir.
Babbo Natale
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.