Cambo (ing. Jumbo, d. təxm. 1860, [1] Eritreya; ö. 15 sentyabr, Kanada, Sent-Tomas, Ontario) — Afrika savanna fili (lat. Loxodonta africana).(lat. Loxodonta africana)[К 1]; Cambo bütün dünyada böyük məşhurluq əldə etmiş, tarixdə birinci zoopark və sirk heyvanıdır. [4] 1862-ci ildə Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya gətirildi. 1865-ci ildən isə London zooparkında saxlanılırdı və 1882-ci ildən amerikalı antreprener və şoumen Fineas Teylor Barnumun sirkinə satıldı. Cambo dəmiryolunda bədbəxt qəza nəticəsində ölüb. XIX əsrin sonundan günümüzə kimi Tafts Universitetinin talismanıdır (ABŞ).
Cambo | |
---|---|
| |
Növü | Afrika savanna fili (lat. Loxodonta africana) |
Cinsi | erkək |
Doğum tarixi | 12.1860 |
Doğum yeri | Eritreya |
Ölüm tarixi | 15.9.1885 |
Vəfat yeri | Kanada, Ontario, Sent-Tomas |
Ölkə |
Eritreya(1860—1862) Fransa (1862—1865) Birləşmiş Krallıq (1865—1882) ABŞ (1882—1885) |
Fəaliyyət illəri | 1870 — 1885 |
Tanınır | Tarixdə birinci zoopark və sirk heyvanı |
Sahibi | Fineas Teylor Barnum |
Saxlandığı yer | Paris Bitki Bağı; London Zooparkı |
XIX əsrə kimi çox nadir hallarda afrika mənşəli fillərə rast gəlinirdi; Orta əsrlər dövründən Avropanın yazılı mənbələri Cambonun cəmi 3 sələfi haqqında qeyd edib. XII əsrdə Tauer heyvanxanasında Fransa kralı IX Lüdovik tərəfindən Anqliya kralı III Henrixə 1255-ci ildə hədiyyə olunmuş Afrika savanna fili saxlanılırdı. XV əsrin illüstrasiyaları arasında alman rəssamı Martin Şonquerin məşhur fil qravyürasında (təxm. 1485-ci il), o cümlədən Portuqaliya kralı II Juan tərəfindən Müqəddəs Roma imperatoru III Fridrixə göndərilmiş Afrika filinin təsvirinə rast gəlinir. 1668-ci ildə Fransa kralı XIV Lüdovik də Portuqaliyadan hədiyyə olaraq Afrika savanna fili aldı.[5].
1862-ci ilin fevral ayında Abissində, Settite çayının sahilində (indiki Eritriya ərazisi) bavariyalı kolleksiyaçı İohann Şmidt tərəfindən muzdlu tutulan, Xarman tayfasından olan ərəb ovçuları tərəfindən təxminən 1 metr hündürlüyündə olan biryaşlı Afrika savanna fili tutulmuşdur. Eyni ildə Şmidt fil balasını Austerlis vağzalının yanında Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya satdı. 1865-ci il iyun ayının 26-da London zooparkından bir yexidna və fil balası kərgədan ilə dəyişdirildi və Londona aparıldı.[6][7] Londona köçmək bağın keçmiş sakinlərini qaçılmaz zorakı ölümdən xilas etdi. Fransa–Prussiya müharibəsi (1870–1871) gedişində Almaniyanın Parisi mühasirəyə aldığı vaxt ac parislilər heyvanxanada saxlanılan bütün heyvanları öldürüb yemişdilər.[8].
London zooparkının direktoru tanınmış britaniyalı zooloq və taksidermist Eybraham Di Barlett zooparkın yeni sakininə Cambo adını verdi. Ehtimal ki, Suasili dilində Cambo "salam" ya da Cumbe "rəhbər" deməkdir. Cambo növbəti 16 il ərzində əvvəlki kimi ictimaiyytin sevimlisi olan begemot Obayşla bərabər zooparkın başlıca attraksionuna çevrildi; azyaşlı ziyarətçiləri həvəslə belində gəzdirirdi. Cambonu həyatının London dövründə bir milyondan çox uşaq, o cümlədən gənc Vinston Çörçill, Teodor Ruzvelt, Köhnə və Yeni dünyanın məşhur ailələrinin digər nəsilləri ziyarət edib. Zooparkda tez-tez olmuş kraliça Viktoriya kral ailəsinin sevimlisini çörəyə qonaq etmək fürsətini əldən vermirdi. Çoxsaylı məqalə, xronika, şəkil və karikaturalarda filin obrazının aktiv olaraq tirajını yayımlayan mətbuatın diqqəti sayəsində 1870-ci illərin sonuna doğru Cambonun məşhurluğu dünya miqyasına çatdı.[9][10]
1870-ci illər ərzində Cambonun ölçüləri daima artırdı; 1880-ci illər onun boyu 3,25 metr, çəkisi isə 6 tona çatdı. İkimetrlik xortumu arxa ayaqları üstdə qalmış filə yerdən 7 metr hündürlükdə olan əşyalara çatmağa imkan verirdi. Cambonun gündəlik rasionu 200 funt (təxm. 90 kq) ot, 2 buşel (təxm. 70 l) yulaf, 2 kvart (təxm. 2 l) soğan, 1 çəllək kartof və 10–15 buxanka çörək təşkil edirdi. Bundan başqa, həyatının sonuna kimi fildən ayrılmayan baxıcı Metyu Skott zaman-zaman öz sevimli heyvanını güclü pivə və ya 1 butulka viskiyə qonaq edirdi. Skott əmin idi ki, alkoqol ona "boy sürətləndiricisi" və "sağlamlıq eliksri" kimi təsir göstərərək yalnız fayda verirdi.[11][12]
1880-ci ildə Camboda fil quduzluğu tutmaları başladı başladı – must; xəstəlik tam öyrənilməmişdi, hətta ən sakit və mehriban, yetkinliyə çatmış erkək filləri belə aqressiv eləyirdi. Must periodlarında qəzəblənmiş fil saatlarla qəfəsinin dəmir barmaqlı qapısına hücum edirdi. Bu zaman qonşuluqda saxlanılan Afrika fili Alisa Camboda heç bir maraq oyatmırdı. London Zoologiya Cəmiyyətinin katibi Filip Skleytorun etirafına görə, cəmiyyət ictimai zooparkda saxlanılması çox təhlükəli olduğu üçün 1880-ci ilin əvvəlindən fili öldürməyin zəruruiliyi haqqında məsələni dəfələrlə müzakirə etmişdi.[13]
1882-ci ilin yanvar ayında amerikalı antreprener və şoumen, "Dünyanın ən böyük şousu" sirkinin sahibi Fineas Teylor Barnum London Zoologiya Cəmiyyətinə Cambonu ona 10 min ABŞ dollarına satmağı təklif etdi. Bundan əvvəl Barnumun bir sıra uğursuz cəhdləri olmuşdu. Belə ki, o, Vilyam Şekspirin doğulduğu evi, madam Tüssonun mumdan hazırlanmış fiqurlarının kolleksiyasını, həmçinin Nyusted abbatlığında 10 yaşlı Corc Bayron tərəfindən əkilmiş palıd ağacını alıb, Amerikaya aparmaq istəyi ilə bağlı bir sıra uğursuz cəhdlər etmişdi. London Zoologiya Cəmiyyətinin rəhbərliyinin xüsusi iclasında səs çoxluğu ilə qəbul edilən saziş Böyük Britaniyada kütləvi qəzəbin partlamasına səbəb oldu. Minlərlə ingilis məktəbliləri kraliça Viktoriya və baş nazir Vilyam Qladstona filin satışına qadağa qoymaq xahişi ilə müraciət etdi. Viktoriya, Uels şahzadəsi, məşhur incəsənət nəzəriyyəçisi Con Raskin cəmiyyətin rəhbərliyinə ölkənin aparıcı zooloqlarının ticarət fəaliyyətindən qaynaqlanan "ifrat təəccüb" ifadəsi ilə açıq məktub göndərdi. Kraliça müqavilənin ləğv edilməsi halında Barnuma çatmalı olan pulu şəxsən ödəməyi boynuna götürdü.[14]
Cambonun satışından qaynaqlanan ajiotaj dalğasında Britaniyanın paytaxtını "cambomaniya" bürümüşdü, birbaşa və yaxud dolayısı ilə filin adı ilə bağlı olan əşyalara və adlara moda başladı. Fil dəri rəngli ipək parça mövsümün sensasiyası oldu. Artan tələbat ilə eyni adlı fasonun şlyapa, palto, qalstuk və yelpikləri istifadə edilirdi. Restoranlarda "Cambo" supu və "Cambo" pörtlədilmiş ətindən olan yeməyi verirdilər. Rekord tirajlarla filə həsr olunmuş kitablar, kitabçalar, kalendarlar və mahnı kitabçaları satılırdı. "Panç" jurnalı karikatura dərc etdi və bu ona çağırış idi ki, Barnum özü ilə Amerikaya Cambo əvəzinə, karikaturada qaban şəklində təsvir edilmiş məşhur ingilis siyasətçi-antikleri və Milli Dünyəvi Cəmiyyətin banisi Çarlz Bredlounu aparsın. "London Fun" jurnalı Britaniya gerbindəki şiri fil ilə, həmçinin Allah və mənim hüququm (fr. Dieu et mon droit ) şüarını Allah və mənim Cambom (fr. Dieu et mon Jumbo!) şüarı ilə əvəz etməyi təklif etdi.[15]
Milli Britaniya sərvətinin okeanın o tayına satışından narazı qalan nüfuzlu, ictimai və siyasi fiqurların dəstəyi ilə silahlanmış London Zoologiya Cəmiyyətinin üzvləri Berkli Hill (ing. Berkeley Hill) və baronet Corc Boyer (ing. George Bowyer) London Zoologiya Cəmiyyətinin rəhbərliyinə qarşı Britaniya qanununun tələbinə görə, filin satışı ilə bağlı uyğunsuzluğu aşkar etmək üçün məhkəmə iddiası irəli sürdülər. Məhkəmə 1882-ci ilin martın 9-da baş tutdu, sazişdə qeyri-qanuni heç nə tapılmadı.[16][17]
1882-ci il martın 24-də fil və onun baxıcısı "Asuri monarxı" gəmisində Nyu-Yorka yola düşdülər. Yola düşmə müqavilədə razılaşdırılmış vaxtdan daha gec baş tutdu. Cambo onun yüklənməsini gözləyən yükdaşıyan atların görünüşündən, qeyri-adi səs-küy və qaçaqaçdan qorxaraq qəti surətdə zooparkı tərk etməkdən imtina etdi, ancaq Skott və Vilyamın Nyumenin (ing. William Newman) — Barnum sirkində ən yaxşı heyvan təlimçisi — birgə cəhdləri ilə fili onun daşınması üçün hazırlanmış taxta konteynera aldadıb cəlb etmək mümkün oldu. (Sonradan məlum oldu ki, filin tərsliyinə əlavə səbəb Skottun ətrafdakılar üçün görünməyən əmrləri idi. Belə ki, Skott varlı ailələrdən gələn bəxşişlərdən və zooparkın personalı arasında imtiyazlı mövqeyindən ayrılmaq istəmirdi və o, bunu Cambonun vasitəsilə əldə edirdi. Barnum cəld fırıldağı aşkara çıxartmış, Skottu müəssisənin elmi və işgüzar nüfuzuna zərər vuran sabotaja görə işdən azad etməklə hədələmişdi). Cambonun inadkarlığı onun Britaniya torpaqlarında son saatlarını keçirdiyini müşahidə edən jurnalistlərə imkan verdi ki, onlar öz oxucularına ingilis ailəsinin sevimlisinin göstərdiyi nümunəvi ingilis patriotizmi haqqında məlumat versin.[18]
1882-ci il aprelin 9-da filin Nyu-Yorka gəlişi səbəbi ilə böyük sirk paradı təşkil edildi; Cambonu konteynerlə küçə boyunca xüsusi platformanın üzərində on altı ata qoşulan və digər iki fil tərəfindən hərəkətə gətirilən, üç nəfəsli orkestrin müşayiəti altında "Medison-skver-qarden" cıdır meydanından Brodveyə kimi təntənəli yürüşlə aparırdılar.[19][20][10]
Cambonun gəlişi üçün buraxılmış çoxsaylı afişa və reklam vərəqlərində filə qəsdən fantastik ölçülər verilmişdi: "onun xortumu böyük timsah ölçüsündədir, quyruğu isə inək ayağı boydadır və qumun üstündə qoyduğu ayaq izləri çox hündür binadan yıxılmış kök insandan yaranan əziyə bənzədilir".[19] Barnum qəzet səs-küyünü qızışdırıb şayiələr buraxdı ki, guya, fil gedən ərəfədə keçmiş sahibləri onu zəhərli bulkalar yedizdirməyə cəhd ediblər, güman edərək ki, Cambo vulqar yankilərin köləsi olmaqdansa, ölməyi üstün tutur. [19]
Cambonun Londondan Nyu-Yorka gətirilməsi Barnuma 20 min dollara başa gəldi — bir filin alınmasından iki dəfə baha. 1888-ci ilə qədər rəsmi olaraq "Britaniyanın Kral Sanqer Zooparkının və Böyük Beynəlxalq Şounun birgə iştirakı ilə F. T. Barnumun Yer kürəsindəki və Böyük London Sirkindəki ən böyük şousu"(ing. P. T. Barnum’s Greatest Show on Earth and the Great London Circus, Sanger’s Royal British Menagerie and Grand International Allied Shows United) adlandırılan sirk truppasının çoxmiqyaslı turneləri xeyli vəsait aparırdı və qastrol mövsümünün sonuna qədər sirkin nəqliyyat xərcləri Amerika dollarında 5 ədədli rəqəm təşkil edirdi. Bununla belə, Barnumun xərcləri tezliklə ödənildi; Cambonun "Medison-skver-qarden" da dörd günlük pullu nümayişi onun tamamilə alış və daşınma xərclərinin hamısını ödədi. Cambonun iştirakı ilə bağlı tamaşa sirkə ilk 10 gün 30 min dollar, ilk 1 il isə 1,7 milyon dollardan 1,5 milyon dollara kimi gəlir gətirdi. 1882–1885-ci illərdə sirkin tamaşalarında ABŞ və Kanadada təxminən 16 milyon böyük tamaşaçı və 4 milyon uşaq tamaşaçı iştirak edib.[20][21]
Cambonun peyda olmasından qabaq aparıcının ənənəvi anonsu gəlirdi: "Qüdrətli irqin nəhəng monarxı, dünyada ən böyük və ən məşhur heyvan, öz belində kraliça Viktoriyanı, kral ailəsini və milyondan çox uşağı gəzdirən , London Kral Zooloji Parkından birbaşa gələn − CAMBO!".[22] Barnumun ideyasına əsasən, nəhəng fil manejə cırtdan filin müşayiəti ilə çıxırdı, bu da Cambonun nəhəng ölçülərini xüsusi olaraq nəzərə çarpdırırdı. Növbəti tamaşanın gedişində cırtdan fil iki sirk klounları ilə birlikdə reprizi ifa edirdilər; guya, hiylə edərək onlardan spirtli şüşəni oğurlayır və sərxoş olanacan içir. Digər fillər qabaq ayaqları üzərində duruş nümayiş etdirirdilər, yelləncəklərdə yellənirdilər və çəlləklərin üzərində müvazinətlərini saxlayırdılar. Sirk oyunlarını (Afrika filləri Asiya fillərindən fərqli olaraq, təlimə tabe olmurlar) göstərə bilməyən Cambo ağır-ağır dairə boyu gəzirdi və ya tamaşaçıların xatirələrinə görə, bir az darıxan görünüş ilə şouya baxa-baxa kənarda dayanırdı.[22]
Böyük Britaniyadakı kimi, Cambo obrazı amerikalı sahibkarlar tərəfindən aktiv şəkildə istismar edilirdi. Siqaretlər, toxuma mətbəx əlcəkləri və böyük tikiş maşını filin adı ilə adlandırılmışdı. Üzərində Cambonun təsviri olan vərəqləri, sapları, sabunu, diş tozu və şirniyyat bişirmək üçün firma sodasını reklam edirdilər. [22]
Cambo 1884-cü il mayın 17-si Nyu-York hakimiyyəti tərəfindən təşkil edilmiş ictimai nümayişdə Bruklin körpüsünün bərkliliyini yoxlamaq üçün iştirak etdi və Barnum sirkindən olan 20 digər fil ilə birlikdə körpüdən keçdi.
1885-ci il 15 sentyabr axşamı Barnum truppası Kanadanın cənubuna tərəf qastrola çıxmış, Sent-Tomas (Ontario əyaləti) şəhərində çıxışını tamamlamışdır. Cambo, cırtdan fil və Metyu Skott qastrol marşutunun növbəti nöqtəsinə tərəf yola düşməyi gözləyən sirk qatarına tərəf yola düşdülər. Truppanın və rekvizitin qəbuluna hazır olan vaqonlar birxətli dəmir yolunun yeganə ehtiyat qolunda dayanmışdılar. Dəmir yolu xəttində yüklənməni sürətləndirmək üçün dəmir yolunun hasarının bir hissəsi sökülmüşdü; əsas yola rahat keçid üçün ayrı-ayrı vaqonların arasında boşluqlar qoyulmuşdu. Orada – əsas yolda, əsas qatardan uzaqda bir qədər uzaqda Cambo və cırtdan fil üçün çox qəşəng bəzədilmiş şəxsi vaqon saray dayanırdı. Cambo hasardan keçib vaqona tərəf gedəndə əsas yola "Grand Trunk" şirkətinin mal qatarının gəlişini bildirən fit səsi eşidildi.[23] Bundan bir neçə dəqiqə əvvəl vəzifəsi yükləmə vaxtı bayraq siqnalları ilə bütün gələn qatarları saxlamaq olan stansiya işçisi böyük nəhəng fili daha yaxşı görmək arzusu ilə öz postunu tərk etdi. Rabitəçi fit səsini eşidib var gücü ilə qırmızı fənərlə əl yelləyərək qatarın qarşısına atıldı. Maşinist Vilyam Bornip (ing. William Burnip) cəld tormoz verdi, amma qatar sürətlə enişə tərəf gedirdi, onun tormoz verməyi qatarı daha da sürətləndirdi və qısa məsafədə vaqonların hamısını dayandırmağa imkan vermədi. Skott Cambonu dəmir yolunun torpaq təpələrindən həyəcanla dartmağa başladı. Bir müddət fil tərslik edirdi, sonra projektorun parlaq işığından və güclü fit səsindən qorxub tələsik aşağıya tərəf qaçdı, hasara ilişdi və təlaşlanıb geriyə relslərin üzərinə dırmaşdı. Skott Cambonu qatarların arasında olan boşluğa tərəf döndərdi və "Qaç, Cambo, qaç!" deyərək qışqırdı. Fil xortumunu qaldırıb, tabe olub yenidən qaçdı, amma çoxtonlu bədəninin inersiyasına görə vaxtında özünü saxlayıb boşluğa tərəf dönə bilmədi. Növbəti saniyədə gələn qatarın lokomotivi cırtdan fili yoldan atdı və Camboya dəydi. Toqquşma nəticəsində paravoz və yük qatarının ilk vaqonu relslərdən çıxdı və filin bədəni sirk qatarının platformasına tərəf atılıb əzildi. Cambonun ağzından və burnundan qan fışqrırdı. Qəza şahidi, Sent-Tomas zərgəri Edqar Flekin (ing. Edgar Flach) sözlərinə görə, Cambo həyatının son dəqiqələrində… [11][24][20]
Qəza şahidi, Sent-Tomas zərgəri Edqar Flekin (ing. Edgar Flach) sözlərinə görə, Cambo həyatının son dəqiqələrində…
...Cambo uzun xortumunu uzadıb heyvan təlimçisinin boynunu qucaqladı və sonra onu küldə qalmış nəhəng qanlı başına tərəf çəkdi. Skotti uşaq kimi ağlayırdı. Beş dəqiqə sonra onu Cambonun cansız bədənindən ayırdılar... Skotti o gecəni dostunun cəsədinin yanında uzanaraq keçirdi. |
Sonradan Barnum danışırdı ki, guya Cambo cırtdan fili dəmir yoldan dartıb xilas eləyən vaxt onu parovoz vurub. Şahidlərin sübutu filin ölümü ilə bağlı bu versiyanı təsdiq etmir.[20]
Polislərin gəlişinə qədər Cambonun cəsədi yerli suvener ovçuların əlindən zərər çəkmişdi; Cambonun qulağından böyük bir parça kəsilmişdi, həmçinin dişindən mişarlayıb hissə-hissə kəsmişdilər. Səhərə yaxın oyanmış Skottun Cambonun eybəcər hala salınmış cəsədini görəndən sonra isterik tutmaları olmuşdu.[24]
Sirk tərəfindən dəmiryol şirkətinə qarşı irəli sürülən iddia üzrə məhkəmə qərarı ilə Barnum nağd formada 10 min dollar kompensasiya və Grand Trunk marşrutları ilə sirkə bir illik pulsuz gediş hüquq aldı. Barnumun açıqlamasına görə, Cambonun ölümü sirkə ən azı 100 min dollar ziyan vurdu.[11]
Barnumun icazəsi ilə Cambonun cəsədi quruduldu, yarıldı və müqəvvası hazırlandı. Cambonun boyu ölüm vaxtı təxminən 4 metr,[11] çəkisi isə 7 ton olub.[24] Filin mədəsində bir çox əşya tapılmışdı, o cümlədən Britaniya penniləri, qızılı və gümüşü pullar, daşlar, bir dəstə açar, dəmiryol vaqonlarında qurğuşun plomblar, metal və şüşə breloklar, vintlər, pərçimlər, bir neçə ədəd məftil və polis fiti. Filin skeleti Nyu-Yorkdakı Amerika Təbii Tarix Muzeyinə hədiyyə edildi, ürəyi isə Kornell Universitetinə 40 dollara satıldı.[20] Cambonun skeletinin muzey kolleksiyasına köçürülməsi şərəfinə Barnum tərəfindən təşkil edilmiş qonaqlıqda qonaqlara Cambonun dişindən toz halına salınmış jele verirdilər və həmçinin həmin dişdən hazırlanmış miniatür suvener-plastikalar da hədiyyə edirdilər.[25] Dərs vəsaitləri istehsal edən Ward’s Natural Science şirkətinin işçiləri Vilyam C. Kritçli (ing. William J. Critchley) və Karl İtan Eykli tərəfindən Cambonun dərisindən hazırlanmış müqəvva xüsusi platformaya yerləşdirilimiş və Barnum sirki ilə bir neçə il Amerika boyunca səyahət etdirilmişdi. Barnum Londonda öz agenti vasitəsilə Alisa dişi aldı və ABŞ-yə apardı, daha sonra müqəvva ilə birlikdə daşıyaraq ictimaiyyətə Cambonun ölümü ilə barışmayan dişi fil kimi təqdim etdi. Alisa 1887-ci ilin sonunda Konnektikut ştatının Bricport şəhərində Barnum sirkinin qış məkanını tamamilə məhv eləyən yanğın vaxtı diri-diri yandı.[26][20] 1889-cu ildə Barnum öz ölümündən iki il əvvəl müqəvva Cambonu özünün təsis etdiyi Barnum Holla (ing. Barnum Hall) — Massaçusets ştatının Medford şəhərində, Tafts kollecinin nəzdində (1954-cü ildən Tafts Universiteti) yerləşən Təbiət Elmləri Muzeyinə hədiyyə olundu.[20] Barnum mirasının bir hissəsinə ümid bəsləyən Skott mərhum bossunun avtobioqrafiyasının imzalanmış bir nüsxəsi ilə yalnız mis sandıqca aldı.[27] Bir neçə il ərzində sirkin ştatında rəsmi işçi olan Cambonun keçmiş baxıcısı müqəvvada təmizləyici vəzifəsini icra edib. Hamı tərəfindən unudulmuş, alkoqola aludə olmuş Skott 1914-cü ildə yoxsullar üçün olan Bricport sığınacağında öldü. [27]
1975-ci il aprelin 14-də Barnum hələ həyatda sağ olarkən kolleksiyasında əksər eksponatların başına gələn taleyi Taft Universitetində "Barnum Holl" kolleksiyası da yaşadı və yanğın zamanı məhv oldu.[28] Yanğından az sonra onun heykəli əyləncə parkından götürülmüş və universitet şəhərciyinin ərazisinə köçürülmüşdür. Cambo universitetin muzeyində yerləşdiriləndən sonra Taftın talismanı oldu və bu günə kimi də belə qalır. Filin külü Taft Universitetinin idman kafedrasının müdirinin kabinetində Peter Pan yerfındığı yağının 14 unsiyalıq (təxminən 400 ml) bankasında saxlanılır. Cambonun quyruğu hələ yanğından əvvəl bərpa işləri zamanı müqəvvadan ayrılmış və Taft Rəqəmsal Kolleksiyaları və Arxivləri (ing. The Tufts Digital Collections and Archives) kolleksiyasında nümayiş etdirilmişdi.[20]
1985-ci il filin ölümünün 100-cü ildönümü münasibətilə Telbot küçəsi, St. Tomasın qərb sərhədində Cambonun heykəli qoyuldu – 38 tonluq tam ölçülü fil heykəli.[29].