Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jumper
Jumper ~ перемычка ~ atlatıcı ~ atqı - elektron sxemin müxtəlif kontaktlarını birləşdirmək yolu ilə aparat vasitələrinin köklənməsi ( konfiqurasiyasının dəyişdirilməsi) üçün kiçik çəngəl, yaxud tellər. Bax: DIP SWITCH. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Bumer (film, 2003)
Bumer — 2003-cü ildə Rusiyada döyüş filmi janrında çəkilmiş film. Filmin rejissoru Pyotr Buslovdur, film həm də rejissorun tam metrajlı ilk filmidir. Kinoteatrlarda premyera 15 Avqust 2003-cü ildə, Televiziya premyerası 10 Oktyabr 2004-cü ildə NTV kanalında baş tutub. Filmin davamı olaraq 2006-cı ildə "Bumer. İkinci film" kinosu çəkilib. Filmin musiqi mövzusu, filmdə əsas personajlardan birinin mobil telefonunun çağrı siqnalı idi. Film ekranlara çıxdıqdan sonra isə bu melodiya mobil telefon istifadə edən insanlar arasında çox populyar olur. Məhz bu populyarlıq musiqinin müəllifi Sergey Şnurova təxminən 1 milyon dollar qazandırır. Təbiət çəkilişləri Kolomna şəhərində və Moskva vilayətinin Kolomensky rayonunda aparılıb. == Süjet == Filmdə hadisələr 1999-cu ildə Moskva ətrafında baş verir.
Bulxer
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Bəmpur
Bəmpur — İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəmpur bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,073 nəfər və 1,664 ailədən ibarət idi.
Hummer
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur. == Tarixi == Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi. Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu. İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Kumpir
Kumpir — Anadolunun bəzi yerlərində "kartof" sözünün qarşılığı olaraq istifadə edilməklə yanaşı, əslində bişmiş kartofun əzilməsi ilə hazırlanan bir yemək növüdür. Təməl olaraq kartof xüsusi sobada bişirildikdən sonra qabığı yarılır. Çox vaxt daxili miqdarını artırmaq üçün bir başqa kartof da kəsilərək içinin yarısı və ya hamısı buna əlavə olunur. İçərisinə duz və kərə yağı və ya marqarin əlavə olunub qarışdırılaraq əzilir. Klassik olaraq qabığının içərisində servis edilir. Ümumiyyətlə sadə formasının üzərinə müxtəlif məzələr və souslar qoyurlar. Ən məşhur servisi zamanı kartofa rəndələnmiş kaşar pendiri də qarışdırılır, qaynadılmış sosiska kartofun içərisinə doğranır və üzərinə rus salatı qoyulur. Bunlardan başqa qarğıdalı, zeytun, noxud, göbələk və ya müxtəlif məzələrlə, ya da ağız dadına görə müxtəlif inqrediyentlərlə də hazırlana bilər. Əksər hallarda daha da ləzzətli olması üçün ketçup və mayonez kimi souslarla təqdim edilir. == Xarici keçidlər == Kumpir necə hazırlanır?
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsafə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Bunner Bacıları
Amerikalı yazıçı Edit Varton tərəfindən qələmə alınan roman. == Məzmun == "Bunner Bacıları" (Bunner Sisters) -məşhur amerikan yazıçısı Edit Varton tərəfindən qələmə alınmış qısa bir romandır. Əsər, ilk dəfə 1916.cı ildə nəşr olunub. Romanda, "Ann Eliza" və "Evelina" adlı iki bacının kədərli həyatları ələ alınır. Nyu Yorkun kənar bir qəsəbəsində əlişi dükanında çalışan iki bacı sadə bir həyat sürürlər. Onların monoton həyat gedişatı, böyük bacı Ann Eliza'nın, Evelina'nın ad günü üçün hədiyyə bir saat almağı ilə dəyişir. Belə ki, bu səbəblə dükançı "Herman Ramy" adlı ortayaşlı şəxslə rabitələri sıxlaşır və bir gün Ramy Ann Eliza'ya ailə qurmağı təklif edir. Lakin, xislət baxımından kiçik bacısına ana münasibəti göstərən Ann Eliza, bacısının saatcıya olan fikrini bildiyi üçün təklifi rədd edir və alatoranlıq həyatlarına açılan ən zəif xoşbəxtlik qapısını belə Evelina'ya çevirir. Lakin, saf niyyətlə etdiyi bu iş, Evelina üçün heç də xoşbəxtlik gətirmir. Belə ki O, Ramy'i ilə evlənərək bacısından ayrılır və Ann Eliza ondan uzun zaman xəbər ala bilmir.
Burger King
Burger king — 1954-cü ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin tarixi 1953-cü ildə Florida ştatındakı Jacksonville-dəki Insta-Burger King restoran şəbəkəsindən başladı. Bundan sonra, 1954-cü ildə Insta-Burger King Restoranında maddi sıxıntılar yarandı və iki yerli sakin David Edgerton və James McLemore şirkəti satın aldı və Burger King adını aldı. Növbəti yarım əsr ərzində şirkət direktorlarını dəyişdi. Üçüncü direktor TPG Capital Group idi və Bain Capital və Goldman Sachs Capital Partners 2002-ci ildə nəşr etdilər. 2010-cu ilin sonunda Braziliyanın 3G Capital şirkəti onu 3.26 milyard dollara aldı. 3G Capital və Berkshire Hathaway, VK'ı Kanadalı Tim Hortons ilə birləşdirdi.
Eduard Buxner
Eduard Buxner (20 may 1860[…], Münxen, Almaniya ittifaqı – 13 avqust 1917[…]) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1907). == Həyatı == Alman kimyaçısı Buxner Eduard (1860-1917), may ayının 20-də Münhendə doğulmuş, Universitet bitirmişdir. 1888-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 1893-cü ildə Kilsk, 1896-cı ildə Tübingen Universitetlərinin, 1896-cı ildə Berlin Ali Kənd Təsərrüfatı Məktəbinin, 1909-cu ildə Breslau, 1911-ci ildə Vürsburq Universitetlərinin professoru olmuşdur. Biologiya-kimya sahəsində qiymətli tədqiqat işlərinə və toxuma xarici fermentasiyanı kəşf etdiyinə görə alim 1907-ci ildə Nobel mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Hələ universitetdə oxuyarkən Buxner spirtə qıcqırma prosesini tədqiq etməyə başlayır. O, oksigenin iştirakı ilə qıcqırma prosesini tədqiq edir. Onun apardığı tədqiqatlar göstərir ki, oksigen iştirakı ilə qıcqırma getməsini inkar edən hipotez yanlışdır. Şəxsi ianələr hesabına Buxner kiçik laboratoriya yaradır və burada qıcqırma kimyası sahəsində tədqiqatlarını davam etdirir. 1893-cü ildə o, Münxendən gedərək Kil Universitetində analitik kimya bölməsinə rəhbərlik edir, 1895-ci ildə universitetin professoru olur.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Ernst Kummer
Ernst Kummer (ing. Ernst Kummer; 29 yanvar 1810[…], Jarı[d], Brendenburq əyaləti[d], Prussiya – 14 may 1893, Berlin, Prussiya, Almaniya imperiyası) — Alman riyaziyyatçısıdır; cəbri ədədlər nəzəriyyəsi, həndəsə, riyazi analiz, nəzəri mexanika üzrə əsərlərin müəllifidir.
Joan Qamper
Joan Gamper (22 noyabr 1877[…], Vintertur, Sürix kantonu – 30 iyul 1930[…], Barselona) — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur. == Erkən illəri == Hans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
Korbinian Burger
Korbinian Burger (27 aprel 1995-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sonnenhof Qrosaşpax klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Qroyter Fürth === Burger Bayern Münhen akademiyası vasitəsilə inkişaf etmişdir. 28 iyul 2017-ci ildə o, Qroyter Fürth klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 13 avqust 2017-ci ildə Morlautern klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Almaniya Kuboku görüşündə Qroyter rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. === Sonnenhof === 16 iyul 2018-ci ildə Burger Sonnenhof Qrosaşpax klubu ilə müqavilə imzalamışdır. Burger klub ilə debütünü 28 iyul 2018-ci ildə Karl Zeiss Jena klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Sonnenhof rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur.
Kuala-Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Kuala Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Sergi Samper
Summer Kisses
Summer Kisses (azərb. Yay öpüşləri‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Brümer
Brümer (fr. brumaire, lat. brume sözündən — duman) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin 1 yanvarına qədər qüvvədə olmuş təqvimə əsasən II ay (22/23 oktyabr — 20/21 noyabr).
Builər
Builər — bueylər, buyailər, buçjunlar, bujaolar, puyilər, pumanlar (özlərini buxqyaix, hərfi mənada – insan adlandırırlar; Çin dilində buyiszular, qədim adları çjunszya, tuszya– yerli; iszular, bendilər, şuyxular) — Cənubi və Cənub-Qərbi Çində çjuandun xalqlarından biri. == Yayılmaları == Əsasən, bui və myao xalqlarının Syannan və Syansi muxtar qəzalarında (Quyçjou əyaləti), həmçinin Yunnan və Sıçuan əyalətlərində yaşayırlar. Sayları Çində 3,3 mln. nəfər (2005), Vyetnamda 2 min nəfərdir. Builər tay dillərinə aid, cənub, mərkəz və qərb dialektləri olan bui dilində danışırlar; Çin dili də yayılmışdır. Yazısı 1956-cı ildən latın qrafikası əsasındadır, bundan əvvəl Çin yazısını tətbiq etmək cəhdləri olmuşdur. Ənənəvi inanclarını saxlayırlar, dindarların bir qismi xristiandır (19-cu əsrin sonlarından). Builər mənşə, dil və özlərinə verdikləri ad baxımından çjuanlara yaxındırlar. Qədimdə çjuanlar, taylar və digərləri ilə yanaşı sioular, loyuelər, bayyuelər, eramızın 1-ci minilliyinin sonlarından manlyaolar, lilyaolar, 2-ci minilliyin ortalarından çjunszyalar, çjunszyamyaolar və s. adlar altında məlum olmuşlar.
Lümpen
Lümpen (alm. Lumpen‎ - “ cır-cındır ”, lümpen-proletariat və ya lümpenləşmiş proletariat, alm. Lumpenproletariat‎) — cəmiyyətdən qovulmuş və ya təcrid olunmuş əhali qruplarına, əhalinin iqtisadi cəhətdən sinifsizləşmiş təbəqələrinə (avaralar, dilənçilər, cinayətkar elementlər və digər asosial şəxslər) aid edilən və Karl Marks tərəfindən irəli sürülmüş termin. Tipik bir halda, lümpen heç bir əmlakı və peşəsi olmayan, qeyri-adi işlərdə yaşayan və ya dövlət sosial müavinətlərindən müxtəlif formalarda istifadə edən şəxsdir Lümpenlər sosial kökləri olmayan, əxlaq kodeksi olmayan, güclülərə, yəni hazırda real gücə sahib olanlara ehtiyatsızcasına itaət etməyə hazır olan insanlardır. Sovet və postsovet sosiologiyasında sinifsizləşmiş elementlər cəmiyyətin heç bir mövcud sosial sinfə aid olmayan üzvləridir. Bunlara xroniki işsizlər və həbsxana məhbusları, ruhi xəstələr, dilənçilər, avaralar və müxtəlif səbəblərdən ictimai əmək bölgüsündə şəxsən iştirak etməyən əhalinin digər oxşar qruplarının nümayəndələri daxildir. Vurğulamaq lazımdır ki, “mənəvi cəhətdən şübhə doğuran” peşələrlə məşğul olmaq: fahişəlik, mütəşəkkil cinayət qruplarında iştirak etmək, sifarişli oğurluq və ya qətllər həyata keçirmək, insan və ya narkotik alveri və s. də bura daxildir. Müəyyən bir fərdin sosial davranışının mənəvi qiymətləndirilməsi ikinci dərəcəli, istehsal vasitələrinə münasibət və ictimai əmək bölgüsündə iştirak isə lümpenə üzvlüyün müəyyən edilməsində birinci dərəcəlidir.
Bütlər kitabı
Bütlər kitabı Ərəb alimi Hişam ibn əl-Kalbi (737–819) tərəfindən yazılmış "Bütlər" kitabı (Kitab al-Əznəm), İslam əvvəli ərəb dinini, tanrılarını və ibadətlərini təsvir edir . Mətn İslam əvvəli ərəb dininin tənqidini edir və ərəblərin Kəbənin qurulmasından bəri olduqları vəziyyəti dini sui-istifadə məsələsinə aydınlıq gətirir. Kitab, "İslam əvvəli ərəblərin bütpərəstliyi" ilə şirkin (çoxtanrılığın) müəyyənləşdirilməsində təsirli oldu. Misir filoloqu Əhməd Zaki Paşa mətni aşkar etdi; Dəməşqdəki hərracda yeganə əlyazmanı satın aldı və onun geniş kolleksiyasındakı əlyazmalardan olan yazı 1934-cü ildə ölümündən sonra dövlətə bağışlanıb. Zaki Paşa XIV Beynəlxalq Şərqşünaslar Konqresində öz kəşfini açıqladı . == İstinadlar == == Tərcümələr == Faris, Nabih Amin (1952). Hishām Ibn-Al-Kalbi, The Book of Idols or The Kitāb al-Aṣnām. Princeton: Princeton UP. English translation. == Əlavə Ədəbiyyat == H. S. Nyberg. "Bemerkungen zum Buch der Götzenbilder von Ibn al-Kalbi." Lund: Svenska Institut i Rom.
Georq Büxner
Georq Büxner (Tam adı: alm. Georg Büchner‎; 17 oktyabr 1813[…] – 19 fevral 1837[…], Sürix) — alman yazıçısı. == Həyatı == Atası həkim olmuşdur. Strasburq və Gisendə tibbi öyrənmişdir. 1834-cü ildə Hessendə "İnsan hüquqları cəmiyyəti"ni yaratmış, sol radikal ideyalar aşılayan "Hessen kəndlilərinə" müraciətini (1834) yazmışdır. Cəmiyyət üzvlərinin təqib olunması və həbsi onu Sürixə köçməyə vadar etmişdir. == Fəaliyyəti == Üç pyesin: "Dantonun ölümü" (1835), "Voysek" (1836–37-ci illərdə tamamlanmamışdır; A. Berq onun əsasında "Votsek" operasını yazmışdır, 1921) dramlarının, həmçinin "Leons və Lena" (nəşri 1839-cu ilə aiddir) komediyasının müəllifidir. U. Şekspirin poetikası və "Fırtına və təzyiq" dramaturgiyasının təsiri ilə yazılan Büxnerin pyesləri yığcamlığı, dinamik səhnələri, qroteskliyi və bununla yanaşı obrazların son dərəcə reallığı ilə ekspressionizm dramının bir çox xüsusiyyətlərini qabaqlamışdır. Mənəvi cəhətdən yaxınlıq hiss etdiyi Y. M. Lens haqqında "Lens" povesti tamamlanmamışdır. == Əsərləri == Hessen kuryeri, 1834; Dantonun ölümü, 1835; Voysek, 1836–37; Lenz, 1835 (Qısa hekayə); Leons və Lena, nəşri 1839; Pietro Aretino, onun Pietro Aretino haqqında yazdığı əsər itkin düşmüşdür.
Karl Bühler
Karl Bühler (27 may 1879[…] – 24 oktyabr 1963[…], Los-Anceles, ABŞ) — Almaniya və Avstriya psixoloqu. == Həyatı == Frayburq və Strasburq universitetlərində təhsil almış, Külpenin şagirdi, Bonn (1909), Münxen (1915), Drezden (1918), Vyana (1922) universitetlərinin professoru olmuşdur. 1938-ci ildə, Avstriyanın faşist Almaniyası tərəfindən işğalından sonra Norveçə, oradan da ABŞ-yə köçmüşdür. 1906-cı ildən Vürsburq məktəbi çərçivəsində təfəkkürü tədqiq edərək, ondakı obrazları, intellektual hissləri və hissi-obrazlı səciyyəsi olmayan əsl hissləri fərqləndirmişdir. Birinci dünya müharibəsi zamanı hərbi cərrah işləmişdir. == Fəaliyyəti == Müharibədən sonra uşaq psixologiyası problemləri ilə məşğul olmuş, psixikanın inkişafını instinkt, vərdiş və intellekt mərhələlərinə ayırmış, sonuncunu qəflətən anlama aktları ilə əlaqələndirmişdir. "Psixologiyanın tənəzzülü" ("Die Kriseder Psychologie", 1927) əsərində Bühler psixologiyada tənəzzülü subyektiv (introspektiv psixologiya), obyektiv (biheviorizm) və mədəni-tarixi (anlayan psixologiya) yanaşmalarının sintezi ilə aradan qaldırmağı təklif etmişdir. Dilçilikdə psixoloji istiqaməti, funksional linqvistikanı inkişaf etdirmiş, dil sahəsinin "eqosentrik konsepsiyasını" yaratmışdır. Dili funksional sistem hesab edən Bühler onun üç funksiyasını fərqləndirmişdir: danışana aid olan ifadə (ekspressiv), dinləyənə aid olan müraciət (apelyativ) və haqqında danışılan predmetə aid olan məlumat (reprezentativ) funksiyaları.