Eduard Buxner (20 may 1860[1][2][…], Münxen, Almaniya ittifaqı[3][1] – 13 avqust 1917[1][2][…]) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1907).
Alman kimyaçısı Buxner Eduard (1860-1917), may ayının 20-də Münhendə doğulmuş, Universitet bitirmişdir. 1888-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 1893-cü ildə Kilsk, 1896-cı ildə Tübingen Universitetlərinin, 1896-cı ildə Berlin Ali Kənd Təsərrüfatı Məktəbinin, 1909-cu ildə Breslau, 1911-ci ildə Vürsburq Universitetlərinin professoru olmuşdur. Biologiya-kimya sahəsində qiymətli tədqiqat işlərinə və toxuma xarici fermentasiyanı kəşf etdiyinə görə alim 1907-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Hələ universitetdə oxuyarkən Buxner spirtə qıcqırma prosesini tədqiq etməyə başlayır.
O, oksigenin iştirakı ilə qıcqırma prosesini tədqiq edir. Onun apardığı tədqiqatlar göstərir ki, oksigen iştirakı ilə qıcqırma getməsini inkar edən hipotez yanlışdır.
Şəxsi ianələr hesabına Buxner kiçik laboratoriya yaradır və burada qıcqırma kimyası sahəsində tədqiqatlarını davam etdirir. 1893-cü ildə o, Münxendən gedərək Kil Universitetində analitik kimya bölməsinə rəhbərlik edir, 1895-ci ildə universitetin professoru olur. Sonrakı ildə Buxner Tyubingen Universitetində analitik kimya və farmakalogiyadan dərs verir.
1893-cü ildə Buxner maya hüceylərinin daxili mayesinin təmiz nümunəsini almaqla qıcqırmaya kömək edən aktiv maddəni tapmaq qərarına gəlir.
O, asistenti Martin Xanın təklif etdiyi üsuldan istifadə edərək həvəngdə mayaları qum və torpaq ilə birlikdə xırdalayır. Beləliklə o, yüksək temperaturun dağıdıcı təsirindən qaçır və ondan əvvəlki tədqiqatçıların nəticələrinə mənfi təsir edən həlledicilərdən istifadə etmir. Cunada təzyiq altında sıxılmış məsaməli maddə mayeni buraxır. Buxner ehtimal edirdi ki, bu maye qıcqırma törətmə qabiliyyətinə malikdir. Lakin sonralar o, Xan ilə birlikdə bu mayeni saxlamaq üçün ona saxarozanın qatı məhlulunu əlavə etdikdə karbon qazı ayrılır. Bu, heyrətləndirici idi, çünki maya hüceyrəli ölü olsalar da onların ayırdığı mayedə olan nəsə qıcqırma yaratmışdır. Buxner belə hipotez irəli sürür ki, aktiv maddə enzim və ya fermentdir və o, zimaza adlandırır.
Onun kəşfi o deməkdir ki, qıcqırma fermentin həm maya hüceyrəsinin daxilində, həm də xaricində kimyəvi aktivliyinin nəticəsidir. 1897-ci ildə Buxner çap etdirdiyi “maya hüceyrələri olmadan spirtə qıcqırma haqqında” işi onun kolleqaları-alimlər arasında böyük mübahisəyə səbəb olur və sonrakı illərdə Buxner xeyli vaxtını sərf etdi ki, öz nəzəriyyəsini sübut etmək üçün materiallar toplasın.
- 1907-ci ildə Buxner “onun bioloji kimya üzrə apardığı elmi-tədqiqat işlərinə və hüceyrə xaricində fermentasiyanın kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülür.
Birinci dünya müharibəsi başladıqda Buxner könüllü olaraq hərbi xidmətə gedir. Eduard Buxner 13 avqust 1917-ci ildə vəfat edib.
|
---|
1901 - Yakob Vant-Hoff • 1902 - Emil Fişer • 1903 - Svante Arrenius • 1904 - Uilyam Ramzay • 1905 - Adolf fon Bayer • 1906 - Anri Muassan • 1907 - Eduard Buxner • 1908 - Ernest Rezerford • 1909 - Vilhelm Ostvald • 1910 - Otto Vallax • 1911 - Mariya Küri • 1912 - Viktor Qrinyar, Pol Sabatye • 1913 - Alfred Verner • 1914 - Teodor Riçards • 1915 - Rixard Vilştetter • 1916-17 verilməmişdir • 1918 - Fris Haber • 1919 verilməmişdir • 1920 - Valter Nernst • 1921 - Frederik Soddi • 1922 - Frensis Aston • 1923 - Frits Preql • 1924 verilməmişdir • 1925 - Rixard Ziqmondi • 1926 - Teodor Svedberq • 1927 - Henrix Viland • 1928 - Adolf Vindaus • 1929 - Artur Qarden, Hans fon Eyler-Helpin • 1930 - Hans Fişer • 1931 - Karl Boş, Fridrix Bergius • 1932 - İrvinq Lenqmür • 1933 verilməmişdir • 1934 - Harold Yuri • 1935 - Frederik Jolio-Küri, İren Jolio-Küri • 1936 - Peter Debay • 1937 - Volter Xouors, Paul Karrer • 1938 - Rixard Kun • 1939 - Adolf Butenandt, Leopold Rujiçka • 1940-42 verilməmişdir • 1943 - Georq de Heveşi • 1944 - Otto Qan • 1945 - Artturi Virtanen • 1946 - Ceyms Samner, Con Nortrop, Uendell Stenli • 1947 - Robert Robinson • 1948 - Arne Tiselius • 1949 - Uilyam Ciok • 1950 - Otto Dils, Kurt Alder • 1951 - Edvin Makmillan, Qlenn Siborq • 1952 - Arçer Martin, Riçard Sinq • 1953 - German Ştaudinger • 1954 - Laynus Polinq • 1955 - Vinsent dü Vinyo • 1956 - Siril Hinşelvud, Nikolay Semyonov • 1957 - Aleksander Todd • 1958 - Frederik Senger • 1959 - Yaroslav Geyrovski • 1960 - Uillard Libbi • 1961 - Melvin Kalvin • 1962 - Maks Peruts, Con Kendrü • 1963 - Karl Tsiqler, Culio Natta • 1964 - Doroti Kroufut-Hojkin • 1965 - Robert Vudvord • 1966 - Robert Malliken • 1967 - Manfred Eygen, Ronald Norriş, Corc Porter • 1968 - Lars Onsager • 1969 - Derek Barton, Odd Hassel • 1970 - Luis Leluar • 1971 - Gerxard Hertsberq • 1972 - Kristian Anfinsen, Stanford Mur, Uilyam Stayn • 1973 - Ernst Fişer, Cefri Uilkinson • 1974 - Pol Flori • 1975 - Con Kornfort, Vladimir Preloq • 1976 - Uilyam Lipskomb • 1977 - İlya Priqojin • 1978 - Piter Mitçell • 1979 - Herbert Braun, Georq Vittiq • 1980 - Pol Berq, Volter Gilbert, Frederik Senger • 1981 - Keniti Fukui, Roald Hofman • 1982 - Aaron Kluq • 1983 - Henri Taube • 1984 - Robert Merrifild • 1985 - Herbert Hauptman, Cerom Karle • 1986 - Dadli Herşbax, Yan Li, Con Polani • 1987 - Donald Kram, Jan Len, Çarlz Pedersen • 1988 - Yohann Dayzenhofer, Robert Huber, Xartmut Mixel • 1989 - Sidni Oltmen, Tomas Çek • 1990 - Elays Kori • 1991 - Riçard Ernst • 1992 - Rudolf Markus • 1993 - Keri Mullis, Maykl Smit • 1994 - Corc Olax • 1995 - Paul Krutsen, Mario Molina, Şervud Rouland • 1996 - Robert Kerl, Harold Kroto, Riçard Smell • 1997 - Pol Boyer, Con Uoker, Yens Skou • 1998 - Volter Kon, Con Popl • 1999 - Əhməd Zevail • 2000 - Alan Higer, Alan Makdayarmid, Xideki Şırakava • 2001 - Uilyam Nouls, Ryori Noyori, Karl Şarpless • 2002 - Con Fenn, Koiçi Tanaka, Kurt Vütrix • 2003 - Piter Eyqr, Roderik Makkinnon • 2004 - Aaron Sixanover, Avram Herşko, İrvin Roz • 2005 - Robert Qrubbs, Riçard Şrok, İv Şoven • 2006 - Rocer Kornberq • 2007 - Gerxard Ertl • 2008 - Osama Simomura, Martin Çalfi, Rocer Tsien • 2009 - Venkatraman Ramakrişnan, Tomas Steys, Ada Yonat 2015- Əziz Sancar • 2016- Jan-Pyer Savaj, Frezer Stoddart, Bernard Feringa • 2017- Jak Düboşe, Yoahim Frank, Riçard Henderson • 2018- Frensis Arnold, Corc Smit, Qreq Uinter • 2019- Con Qudenaf, Stenli Uittingem , Akira Yosino • 2020- Emmanüel Şarpantye, Cennifer Dudna |