Georq Büxner (Tam adı: alm. Georg Büchner; 17 oktyabr 1813[1][2][…] – 19 fevral 1837[2][3][…], Sürix[4]) — alman yazıçısı.[6]
Georq Büxner | |
---|---|
Doğum tarixi | 17 oktyabr 1813[1][2][…] |
Vəfat tarixi | 19 fevral 1837[2][3][…] (23 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | səpmə yatalaq |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, dramaturq, şair, həkim-yazıçı[d], təbiətşünas, inqilabçı, yazıçı, filosof, həkim |
Fəaliyyət illəri | 1834-cü ildən |
Əsərlərinin dili | alman dili |
Vikianbarda əlaqəli mediafayllar |
Atası həkim olmuşdur. Strasburq və Gisendə tibbi öyrənmişdir. 1834-cü ildə Hessendə "İnsan hüquqları cəmiyyəti"ni yaratmış, sol radikal ideyalar aşılayan "Hessen kəndlilərinə" müraciətini (1834) yazmışdır. Cəmiyyət üzvlərinin təqib olunması və həbsi onu Sürixə köçməyə vadar etmişdir.[6]
Üç pyesin: "Dantonun ölümü" (1835), "Voysek" (1836–37-ci illərdə tamamlanmamışdır; A. Berq onun əsasında "Votsek" operasını yazmışdır, 1921) dramlarının, həmçinin "Leons və Lena" (nəşri 1839-cu ilə aiddir) komediyasının müəllifidir. U. Şekspirin poetikası və "Fırtına və təzyiq" dramaturgiyasının təsiri ilə yazılan Büxnerin pyesləri yığcamlığı, dinamik səhnələri, qroteskliyi və bununla yanaşı obrazların son dərəcə reallığı ilə ekspressionizm dramının bir çox xüsusiyyətlərini qabaqlamışdır. Mənəvi cəhətdən yaxınlıq hiss etdiyi Y. M. Lens haqqında "Lens" povesti tamamlanmamışdır.[6]