Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Byork
Byork Qvyudmundsdouttir və ya sadəcə Byork — (21 noyabr 1965[…], Reykyavik) İsland əsilli müğənni, mahnı yazarı, multi-instrumentalist, prodüserdir. Onun musiqi üslubu eklektikdir və o alternativ rok, caz, elektro rəqs musiqisi, klassik və avanqard janrlarında da tanınır. 1990-cı illərdə onun mahnılarının 3-ü İngiltərə top onluğuna daxil edilmişdir (It's Oh So Quiet, Army of Me, Hyperballad). Albomları 2003-cü ildə bütün dünyada 15 milyondana artıq nüsxəylə satılıb. O,4 BRİT mükafatına, 4 MTV video musiqi mükafatınıa MOJO mükafatını, 3 Birləşmiş Krallıq video musiqi mükafatına və 2010-cu ildə isə qeyri-adi səsinə və yüksək təşkilatçılığına,dərin musiqisi və lirikasına görə İsveç Kral Musiqi Akademiyası tərəfindən Polar Musiqi Mükafatına layiq görülüb. Byork həmçinin, 14 Qremmi Mükafatına, 1 Akademiya Mükafatına, 2 Qızıl Qlobus Mükafatına namizəd olub. 2000-ci ildə Kann kinofestivalında "Dancer in the Dark") (Qaranlıq Rəqqası) filmindəki ifasına görə "Ən Yaxşı Aktrisa" adına layiq görülüb. == İlk illər == Byork İslandiyada, Reykyavikdə doğulub və böyüyüb. Anası Runa Hauksdottir aktivist, atası Qudmundur Qunnarsson isə ittifaq lideri və elektrik olub. O, musiqi karyerasına 11 yaşında, orta məktəbdə klassik piano dərsləri almaqla başlayıb.
ByLock
ByLock — istifadəçilərə xüsusi, şifrəli bir əlaqə ilə əlaqə yaratmağa imkan verən bir smartfon tətbiqi idi. 2014-cü ildə Google Play, Apple App Store, BlackBerry OS və Windows Phone-da istifadəyə verildi. Tətbiq 2014-cü ilin aprel ayından etibarən tamamilə bağlandığı 2016-cı ilin martına qədər 600.000 dəfədən çox yükləndi. Türk Milli Kəşfiyyat Təşkilatı tətbiqin əsasən Türkiyə, Səudiyyə Ərəbistanı və İranda yükləndiyini bildirdi. Proqramın içindəki təhlükəsizlik sertifikatına görə, tətbiq müəllifi Deyvid Keynsdir. Türkiyənin ilk ingilis dilli qəzeti Hürriyet Daily News-a verdiyi müsahibədə Keyns, ByLock-un əsl yaradıcısının tətbiqi Apple App Storea yükləmək üçün onun kredit kartından istifadə edən keçmiş otaq yoldaşı olduğunu bildirmişdi. Keyns ayrıca, ByLock-un 2016-cı ilin yanvar ayından bəri mövcud olmadığını söyləmişdi. == Gülən camaatı ilə əlaqəsi == Türkiyədə tətbiqetməyə sahib olmaq, 2016-cı ilin iyununda uğursuz Türk çevrilişi cəhdi ilə əlaqəli olduğu iddia edilən Gülən Hərəkatına üzv olmağın sübutu sayılır. ByLock istifadəçiləri Türkiyə məhkəmələrində terrorçu sayıldı. Deutsche Welle-yə görə, 215.000 keçmiş ByLock istifadəçisindən təxminən 23.000-i Türkiyə hakimiyyəti tərəfindən tutuldu.
York
York — Böyük Britaniyada, İngiltərədə şəhər.
Byorn Deli
Byorn Deli (d.19.6.1967, Elverum) –Norveç idmançısı. 1992-1999-cu illər ərzində Byorn Deli 6 dəfə Norveç Dünya Kubokunu qazanmışdır. İkincisini 1994-1998-ci illər ərzində əldə etmişdir. Deli 1991 və 1999-cu illər ərzində Olimpiya və Dünya Çempionatlarının tam 29 medalını qazanmışdır. Bu hadis Delinin həyatında karyerası ərzində ölkəsindən kənarda qazandığı ən böyük nailiyyətidir. == Həyatı == 1967-ci ildə Norveçdə Elverum bölgəsində anadan olmuşdur. Deli daha sonralar Nannestad şəhərinə köçmüşdür. Delinin qazandığı müvəffəqiyyətlərdə özünün ovçuluq, balıqçılıq, haykinq, dağadırmanma, futbol və xizəksürmə kimi müxtəlif idman növləri ilə məşğul olmasının böyük tohfələri olduğunu qeyd edir. Uşaqlıqda Deli daha çox futbol ilə maraqlanırdı və peşəkar futbolçu olmaq istəyirdi. Lakin məşqçisiin təkidindən sonra o xizəksürmə üzrə fəaliyyət göstərməyə başladı.
Duayt York
Duayt Eversli York (ing. Dwight Eversley Yorke; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu. == Həyatı == Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur. == Karyera == Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb. Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur. 2009-cu ildə - 37 yaşında karyerasını bitirib.
Dvayt York

Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
New York
Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir.
Nyu-York

Nyu York

York Universiteti
York Universiteti (fr. Université York) — həmçinin YorkU və ya sadəcə YU kimi tanınan, Kanadanın Ontario əyalətinin Toronto şəhərində ictimai tədqiqat universiteti. Təxminən 55,700 tələbə, 7,000 müəllim və işçi heyəti və 370,000-dən çox məzuna malikdir. Onun 11 fakültəsi, o cümlədən Lassonde Mühəndislik Məktəbi, Şuliç Biznes Məktəbi, Osgoode Hall Hüquq Məktəbi, Qlendon Kolleci və 28 tədqiqat mərkəzi var. York Universiteti 1959-cu ildə York Universiteti Aktı ilə məzhəb olmayan bir qurum olaraq qurulmuşdur və həmin il martın 26-da Ontario Qanunvericilik Assambleyasında kralın razılığı ilə qəbul edilib. İlk mühazirə 1960-cı ilin sentyabrında Toronto Universitetinin kampusundakı Falconer Hall-da cəmi 76 tələbə ilə keçirilib. 1961-ci ilin payızında York, U of T-dən icarəyə götürülmüş ilk kampusuna, Glendon Kollecinə köçdü və liberal sənətləri və böyüklər üçün part-time təhsili önə çıxardı. Universitet 1965-ci ildə Nort Yorkda, hazırda York Universiteti Heights adlanan məhəllə icması daxilində Keele Kampusu adlı ikinci kampus açdı.
York burnu
York burnu (Avstraliya)
York dairəsi
York dairəsi və ya York County ABŞ-nin Pennsylvania əyalətində yerləşən bir distriktdir. Rayonun əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 434 972 nəfərdir. Bu dairə 19 avqust 1749-cu ildə Lancaster dairəsinin tərkibində yaradılmışdır. Bu dairənin adı İngiltərənin York şəhərindən gəlir.
York hersoqu
York hersoqu (ing. Duke of York) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. XV əsrdən etibarən bu ünvan ənənəvi olaraq, İngiltərə (daha sonra Britaniya) monarxlarının ikinci oğul övladına verilir. Bu ünvan Şotlandiya krallığının monarxial strukturundakı Albani hersoqu ünvanı ilə ekvivalentlik təşkil edir. İngiltərə və Şotlandiya krallıqlarının 1707-ci ildə birləşməsinin ardından bu 2 ünvan bir müddət birlikdə verilsə də, York və Albani hersoqu ünvanı yalnız 3 dəfə yaradıldı. Ünvan İngiltərə tarixində ümumilikdə 8 dəfə yaradıldı. Hal-hazırda ünvanın sahibi Birləşmiş Krallığın kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryudur. Ancaq hersoqun hal-hazırda yalnız 2 qız övladı var və evliliyi 1996-cı ildə xanımından boşanması ilə baş çatmışdır. Bu səbəblə, hersoqun yenidən evlənib oğul övladının dünyaya gəlməməsi halında, York hersoqu ünvanı onun vəfatının ardından yenidən ləğv ediləcək. İlk verildiyi Edmond Lanqli istisna olmaqla, York hersoqu olan şəxslər ya taxta çıxaraq bu ünvanı səltənətlə birləşdirmiş, ya da oğul varisi olmadan vəfat etmişdir.
York sülaləsi
York sülaləsi (ing. House of York) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin alt qolu. Bu ailəyə mənsub 3 şəxs (IV Eduard, V Eduard, III Riçard) XV əsrin ikinci yarısında İngiltərə taxtına oturmuşdur. Ailənin mənşəyi İngiltərə kralı III Eduardın dördüncü oğlu York hersoqu Edmond Lanqlinin oğul şəcərəsindən qaynaqlanır. Sonrakı illərdə bu ailənin varisinin (Konisburqlu Riçard) III Eduardın ikinci oğlu Klarens hersoqu Lionelin varisi (Anna Mortimer) ilə evlənməsi, York ailəsinin taxt üzərindəki iddialarını daha da gücləndirdi. Ailənin İngiltərə taxtındakı son nümayəndəsi olan III Riçard 1485-ci ildə Bosvort döyüşündə həlak oldu və taxt Tüdor ailəsinin əlinə keçdi. Ailənin oğul şəcərəsindən gələn sonuncu nümayəndəsi 17. Vorvik lordu Eduard Plantagenet isə 1499-cu ildə edam edildi və beləcə ailənin soyu kəsildi. == Tarixi == === Edmond Lanqlinin ailəsi === 1. Kembric qrafı və 1.
York yarımadası
York yarımadası (ing. Yorke Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. Spenser və Sent Vinset körfəzləri arasında yerləşir. == Coğrafiyası == York yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Adelaida şəhərindən 150 km aralıda qərarlaşır. Səmadan çəkməni xatırladır. Bu baxımdan Apennin yarımadasına bənzəyir. Qərbdən Spenser körfəzi, şərqdən isə Sent Vinset körfəzi ilə əhatələnir. Müvafiq olaraq Eyr və Fleurieu yarımadalarından ayrılır.
Nort York
Nort York — keçmiş qəsəbə və şəhər, hal-hazırda isə Kanadanın Ontario əyalətinin Toronto şəhərinin altı inzibati rayonundan biridir. O, Torontonun şimal bölgəsində, mərkəzi Yanq-strit ətrafında, Ontario şossesi 401-in şimalında yerləşir. Şimaldan Stils prospektində York bölgəsi ilə, qərbdə Hamber çayı ilə, şərqdə isə Viktoriya Park prospekti ilə həmsərhəddir. Onun cənub sərhədi keçmiş Toronto bələdiyyələrinin şimal sərhədlərinə uyğundur: York, Qədim Toronto və Şərqi York. 2016-cı il siyahıyaalınmasına görə rayonun 644,685 nəfər əhalisi var. Nort York, 1922-ci ildə köhnə York qəsəbəsinin şimal hissəsindən, Qədim Torontonun qərb sərhədi boyunca yerləşən bir qəsəbə olaraq yaradılmışdır.
Albani (Nyu-York)
Albani (ing. Albany) — Amerika Birləşmiş Ştatlarının Şərqindəki Nyu York ştatının paytaxtı və "Albani Kauntinin (County)" mərkəzi olan şəhərdir. Albani, Hudson çayının qərbində, cənubdan Muhavk (Mohawk River) çayı ilə təxminən 16 km məsafədə uzanan və Nyu York ştatının 150 km şimalında yerləşir. Albani zəngin tarixi, ticarət, mədəniyyət, memarlıq və ali təhsil müəssisələri ilə tanınır. 2013-cü il siyahıyaalınmasına görə təxminən 1,1 milyon əhaliyə malik olan bu Əyalət Paytaxtı, dövlətin üçüncü ən böyük şəhər paytaxtıdır. 2010-cu il siyahıyaalınmasından sonra isə Albaninin əhalisi 97,856 nəfər idi. Daha sonralar Albani adlanacaq bolgə, 1614-cü ildə, Fort Nassauda kürk ticarəti ilə qurulan və 1624-cü ildə Fort Oranjı (Yeni Hollandiya) yerləşmə zonasına çevirən holland kolonistlər tərəfindən salınmışdır. 1664-cü ildə, ingilislər hollandların yaşayış məskənlərini ələ keçirərkən onu ilk öncə gələcək Albani başçıları, ingilis II Ceyms və şotland VII Ceymsin şərəfinə Albani adlandırdılar. 1686-cı ildən Şəhər rəsmən ingilislər tərəfindən idarə olunurdu. 1797-ci ildə ABŞ-nin yaradılması ilə bərabər Albani, Nyu York əyalətinin paytaxtı oldu.
Byörn Hornikel
Byörn Hornikel (6 may 1992) — Almaniyalı üzgüçü. Byörn Hornikel Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Byörn Hornikel birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.62 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Byörn Straustrup
Byörn Straustrup (30 dekabr 1950, Orhus, Mərkəzi Yutlandiya[d]) — Danimarkalı kompüter elmləri üzrə alim, geniş istifadə olunan C++ proqramlaşdırma dilinin yaradıcısı və inkişaf etdiricisi kimi tanınır. O, hal-hazırda Texas A&M universitetində kompüter elmləri üzrə mühəndislik kafedrası kollecinin professoru və sahibidir. Stourstrup Danimarkanın Aarhus universitetindən riyaziyyat və kompüter elmləri üzrə magistr dərəcəsi (1975) və İngiltərənin Kembric universitetində Çörçill kollecinin tələbəsi kimi doktorluq dərəcəsi almışdır.
Byörn Yansson
I Byörn
Cəsur Björn (isl. Björn Járnsíða; IX əsr – bilinmir) — Raqnar Lodbrokun oğlu, Munsyö sülaləsinin banisi yarım-əfsanəvi vikinq döyüşçü, İsveç kralı. == Həyatı == Raqnarın oğulları saqasına əsasən Björn Raqnar Lodbrok və Lagertanın oğlu idi. Onun Halfdan Hvitserk, Sümüksüz İvar, Siqurd Raqnarsson, Ubbe Raqnarsson, Erik Raqnarsson və Aqnar Raqnarsson adında ögey qardaşları vardı. Yetərincə böyüyəndən sonra Björn və qardaşları Zelandiya, Eland və sairə kiçik Danimarka adalarını ələ keçirib orda hakimiyyətə başlamışdı. Ögey qardaşları Erik və Aqnar Raqnar Lodbrokun İngiltərəyə hücumu zamanı üsyan etmiş və Raqnarın öz yerinə müvəqqəti idarəçi kimi qoyduğu Östen Beli tərəfindən ələ keçirilib edam olunmuşdular. Buna qəzəblənən Björn anası Lagerta və qardaşı Halfdan Hvitserk ilə birlikdə Östeni məğlubiyyətə uğradıb edam etmişdi. Atasının ölümündən sonra bütün Avropanı yağmalayan Björn qardaşlarına İngiltərəni işğal etməyə kömək etmişdi. 860-cı ildə digər qardaşı Hastein Raqnarssonla birgə Aralıq dənizini yağmalağa yola düşdü. Cəbəli-Tariq və Cənubi Fransanı yağmalayandan sonra İtaliyanın Piza şəhərini ələ keçirmişdilər.
Amsterdam (Nyu-York)
Amsterdam — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. Şəhərin əhalisi 2020-ci ilin statistikalarına əsasən 18 219 nəfərdir. == Əhali == 15 mart 2010-cu ildə siyahıya almada məlum olduki, şəhərdə 11 487 şəxs, 5 176 ev və 3 027 ailə var. Əhalinin 79%-ni ağdərililər, 11,3%-ni afro-amerikalılar, 0,3%-ni yerli amerikalılar, 5,2%-ni asiyalılar, 0,1%-ni Sakit okean adalıları, 1,1%-ni isə digər qruplar təşkil edir. Şəhərdə əhalinin 25%-i 18 yaşdan kiçik, 15,8%-i isə 65 yaş və yuxarıdır. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi ərazisi 16,3 km2-dir. Ərazinin 15,4 km2 hissəsi quru, 0,9 km2 hissəsi isə sudur.
Armonk, New York
Armonk - Nyu-Yorkun inzibati bölgülərindən bir. Şimali Kaslda (ing. North Castle), Vestçester Ərazisində (ing. Westchester County) yerləşir. 2010-cu ildə əhalisi 4 330 nəfər idi. == Məşhurluğu == Armonk dünya şöhrətli informasiya texnologiyası şirkəti IBM və bond sığorta şirkəti MBIAnın baş qərargahlarına, eləcə də resığorta şirkəti Swiss Renin Amerika ofisinin qərargahının bu ərazidə yerlə.məsinə görə tanınır.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
New York Knicks
Nyu-York Niks — NBA-də Şərq Konfransında Atlantik qrupunda yer alan, Nyu York şəhərini təmsil edən peşəkar basketbol klubu.
New York Post
New York Post (azərb. Nyu-York post‎) — Amerikanın ən tanınmış qəzetlərindən biri. 1801-ci ildə qurulmuşdur. Sirkülasyon (2011-ci ildə) adi günlərdə 501 min nüsxə və 339 min nüsxə — bazar günləri. 1976-cı ildən etibarən qəzet ABŞ-nin media-maqnatı olan Rupert Mördoka məxsusdur.. == Tarixi == Qəzet 1801-ci ildə ABŞ-nin ilk quruculardan olan Aleksandr Hamilton tərəfindən təsis edilmişdir. Qəzet ilk olaraq ing. New York Evening Post adlandırıldı. Yaxın dörd onillikdə qəzetin naşiri Doroti Şif idi. Bu dövrdə qəzet liberal diqqət mərkəzində idi.
New York Times
"Nyu-York Tayms" (ing. The New York Times (Nyu-York vaxtı)) — ABŞ-də gündəlik qəzet. 1851-ci ildən Nyu-Yorkda "Nyu-York tayms şirkəti" tərəfindən nəşr edilir. Latın Amerikası və Avropa nəşrləri müvafıq olaraq Limada (Peru) və Parisdə (Fransa) çıxır. Tirajı 1 milyondan çoxdur. == Tarixi == Qəzetin nüfuzu 1870–1871-ci illərdə New York City Hall Tweed Rings-in hökmranlığının sona çatmasına səbəb olan, Tammany Hall kimi şəhərdə tanınan şəhərin Demokratik Partiyasının rəhbəri William Tweed'i ifşa edən bir sıra məqalələr dərc edərkən artırdı. 1880-ci illərdə New York Times tədricən GOP adaylarının redaksiya dəstəyindən daha siyasi müstəqil və analitik bir qəzet olmaq üçün uzaqlaşdı; 1884-cü ildə Demokrat Qrover Klivlend (əvvəllər Buffalo meri və Nyu-Yorkun qubernatoru) ilk prezidentlik kampaniyasında qəzeti dəstəklədi. Bu keçid The New York Times qəzetinə mühafizəkarlar, biznes yönümlü oxucular, yüksək təbəqələrin oxucuları da daxil olmaqla oxucuların itkisi olsa da, qəzet bir neçə il ərzində oxucuların sayını bərpa etdi və yavaş-yavaş ədalətli və qərəzsiz bir qəzet kimi tanındı, xüsusilə də 1890-cı illərdə yeni bir sahibi, yayıncı, Chattanooga, Tennessee'dən Adolf Oks liderliyində.
Nyu-York (ştat)
Nyu-York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu-York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu-York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır. Nyu-York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbani şəhəridir.
Byörn M. Senslen
Byörn Maqnusson Senslen (14 iyul 1850, Pingeyrar[d], Nordurland Vestra – 1919[…]) — İslandiya alimi və siyasətçisi. Altinq üzvü, İslandiya Universitetinin ilk rektoru və oradakı İslandiya dili və mədəniyyəti professoru idi. == Həyat və karyera == Byörn M. Senlsen, East Hunavatnssysladaki Pingeyrar kənd təsərrüfatında anadan olmuşdur. Atası Magnús R. Senlsen (1810 – 1860) Alingi bölgəsində təmsil etdi; anası Ingunn Jónsdóttir Ólsen (1817 – 1897) idi. 1869-cu ildə Reykyavik məktəbini bitirdi və səhhəti ilə əlaqədar təhsilindəki fasilədən sonra 1872-ci ildə Kopenhagenə getdi və 1877-ci ilin yazında Kopenhagen Universitetindən dil və tarix üzrə magistr dərəcəsini qazandı. 1878-ci ildə dövlət vəsaitlərinin köməyi ilə İtaliya və Yunanıstana təhsil səfəri etdi. O, daha sonra run əlifbası tezisi ilə 1883-cü ildə, Kopenhagen Universitetinin doktorluq dərəcəsi aldı. 1879-cu ildə Reykyavik məktəbində köməkçi müəllim oldu; 1895-ci ilin yayında orada rektor oldu. 1904-cü ilin yazında o işdən təqaüdə çıxdı və eyni zamanda professor adı verildi; daha sonra vaxtını ilk növbədə İslandiya ədəbiyyatı və tarixini öyrənməyə həsr etməyə başladı. Bu, İslandiyanın ev qaydasına çatdığı il idi və ehtimal ki, bu sahələrdə milli təqaüdü artırmaq bir vəzifə kimi görünürdü.
Byörn Maqnusson Senslen

Edmund Börk
Edmund Börk (12 yanvar 1729[…], Dublin, İrlandiya krallığı[d] – 9 iyul 1797[…]) — Böyük Britaniya filosofu. == Həyatı == Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729–1797) hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqi dəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. == Fəlsəfəsi == Börkün nəzəriyyəsi "Fransada inqilab haqqında düşüncələr" (Reflections on the Revolution in France, 1790) çox vədə verən Fransa inqilabına və zəkanın Maarifçi filosoflar tərəfindən yüksəklərə qaldırılmasına qarşı reaksiya kimi meydana gəldi. Maarifçilik dövrünün adamları zəkanı ənənələrdən, tarixdənkənar anlaşılan fərdi isə birlikdən üstün tuturdular. Börk bunların yerini dəyişdi: ənənə ayrı-ayrı intellektualların yaratdıqları nəzəriyyədən daha aqildir.