Byorn Deli (d.19.6.1967, Elverum) –Norveç idmançısı.[1] 1992-1999-cu illər ərzində Byorn Deli 6 dəfə Norveç Dünya Kubokunu qazanmışdır. İkincisini 1994-1998-ci illər ərzində əldə etmişdir.[2] Deli 1991 və 1999-cu illər ərzində Olimpiya və Dünya Çempionatlarının tam 29 medalını qazanmışdır. Bu hadis Delinin həyatında karyerası ərzində ölkəsindən kənarda qazandığı ən böyük nailiyyətidir.
1967-ci ildə Norveçdə Elverum bölgəsində anadan olmuşdur. Deli daha sonralar Nannestad şəhərinə köçmüşdür. Delinin qazandığı müvəffəqiyyətlərdə özünün ovçuluq, balıqçılıq, haykinq, dağadırmanma, futbol və xizəksürmə kimi müxtəlif idman növləri ilə məşğul olmasının böyük tohfələri olduğunu qeyd edir. Uşaqlıqda Deli daha çox futbol ilə maraqlanırdı və peşəkar futbolçu olmaq istəyirdi. Lakin məşqçisiin təkidindən sonra o xizəksürmə üzrə fəaliyyət göstərməyə başladı. Deli ilk fəaliyyətində dərhal uğur qazana bilmədi, lakin zaman keçdikcə o, öz səylərini artırdı və getdikcə daha çox inkişafa nail oldu. Və nəhayət, sonda Beynəlxalq Xizəksürmə Federasiyasının Dünya Kuboku yarışlarında idmançı kimi iştirak etməyə başladı.
Xizəksürmə idmanı üzrə 16-cı (1992, Albervil; 15 km təqib etmə, 50 km sərbəst, 4x10 km rele), 17-ci (1994, Lillehammer; 10 km klassik, 15 km qunderson) və 18- ci (1998, Naqano; 10 km klassik, 50 km sərbəst, 40x10 km rele) Qış Olimpiya Oyunlarının, dəfələrlə dünya (1991, 1993, 1995, 1997 çempionu olmuş, Dünya kuboku yarışlarında (1992, 1993, 1995, 1996, 1997, 1998, 1999) qalib gəlmişdir.[1]