Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Cozil boğazı
Cozil boğazı - Hind okeanının gərbində yerləşir. Mzamboro adası ilə Mayotta adasını ayırır. Mozambik boğazının bir hissəsini təşkil edir.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Cəlil Bağdadbəyov
Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi. Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur. Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır. Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur.
Cəlil Cavadov
Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı. Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur. == Erkən həyatı == Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi. === Təhsili === Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub.
Cəlil Cavanşir
Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist. == Həyatı == Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. 2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub. Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib. "Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib. 2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
Cəlil Cəfərov
Cəlil Cəfərov (8 avqust 1998, Şorkənd, Neftçala rayonu – 16 oktyabr 2020, Təpəkənd, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cəlil Sulduz oğlu Cəfərov 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini almışdır. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olmuş, bir sıra idman yarışlarının iştirakçısı olmuşdur. == Hərbi xidməti == Cəlil hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabrın 19-da Şorkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlil Hüseynov
Cəlil Qafar oğlu Hüseynov (1 aprel 1957) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2005). == Həyatı == Cəlil Hüseynov 1 aprel 1957-ci ildə anadan olmuşdur. 1973–1977-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1977–1982-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda monumental rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Cəlil Hüseynov pedaqoji fəaliyyət də göstərərək 1982–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. O, 2000–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olmuşdur. == Yaradıcılığı == Cəlil Hüseynovun yaradıcılığında peyzaj janrında çəkilmiş rəsm əsərləri əhəmiyyətli yer tutur. Onun Abşeron mövzusuna dair "Dübəndi" (1995), "Zeytun bağları" (1995), "Balıqçı evi" (1998), "Ağaclar" (1997), "Köhnə hamam" (1998), "Abşeron bağları" (2016), "Abşeron. Köhnə məscid" (2010), "Abşeron" (2010), "Xəzərin sahili" (2008), "Abşeron motivi" (2011) və başqa peyzajları, eləcə də Naxçıvan təbiətinə həsr olunmuş "Nehrəm kəndi" (1979), "Köhnə Naxçıvan" (1978), "Nehrəm motivi" (1978) əsərləri özünəməxsusluğu ilə seçilir. Rəssamın qadın dünyasına həsr etdiyi "Qadın portreti", "Düşüncə", "Bəyaz geyimli qadın" portretləri, o cümlədən "nyu"lar silsiləsinə aid edilən "Molbert qarşısında" (1996), "Emalatxanada" (1998), "Yatmış qadın" (1999), "Uzanmış qadın" (2001), "Ağ geyimli qadın" (2002), "Qız albalı ilə" (2002), "Çılpaq qadın" (2015) kimi əsərləri onun portret janrındakı fəaliyyətinin əhəmiyyətli hissəsidir.
Cəlil Kiyekbayev
Cəlil Kiyekbayev (rus. Джали́ль Гиния́тович Киекба́ев; 25 oktyabr 1911 – 19 mart 1968, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — başqırd əsilli SSRİ alimi, türkoloq, Başqırd Muxtar Sovet Sosialist Respublikasında elm və ali təhsil təşkilatçısı, professor, yazıçı. SSRİ Yazıçılar İttifaqının üzvü olan Kiyekbayev başqırd dilçiliyinin, Ural-Altay dilində təhsil verən və Başqırd məktəbinin yaradıcısıdır. == Həyatı == Cəlil Kiyekbayev 25 oktyabr 1911-ci ildə Başqırdıstanın Qafuri rayonunun Karan-Elga kəndində kəndli ailəsində doğulmuşdur. İlk təhsilini Makarovo kəndindəki məktəbdə başa vurdu. Daha sonra Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman filologiyası fakültəəsini bitirdi. Müəllim kimi fəaliyyət göstərib, müxtəlif orta məktəblərdə və ali məktəblərdə xarici dillərdən dərs demişdir. 1943-1944 illəri arasında Başqırd Nəşriyyat Evində baş redaktor vəzifəsində işləmişdir. 1948-ci ildə "Başqırd ədəbiyyatı dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda işə başladı. Bu dövrdə SSRİ Elmlər Akademiyasının həmkarı, türkoloq Nikolay Dmitrievin Kiyekbayevin elmi görüşlərinin formalaşmasında rolu olmuşdur.
Cəlil Məhəmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Cəlil Məmmədov
Cəlil Qəhrəman oğlu Məmmədov (20 sentyabr 1999, Qonaqkənd, Quba rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Cəlil Məmmədzadə
Cəlil Hacı Məmməd oğlu Məmmədzadə (Məhəmmədzadə, Sadıqov; 2 (14) dekabr 1888, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 8 iyun 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan dövlət xadimi, Azərbaycanın Ukraynada komissarı (1918–1919), Azərbaycan SSR xalq ictimai təminat komissarının katibi (1920–1921), Azərbaycan SSR xalq maarif komissarının müavini (1923–1928), "Maarif və mədəniyyət" jurnalının redaktoru (1924–1926), "Azərnəşr"in direktoru, Azərbaycan Dövlət Universiteti (keçmiş Ali Kişi Pedaqoji İnstitutu) pedaqoji fakültəsinın dekanı (1926–1928), AK(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri (1929–1932), Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri (1932–1934). == Həyatı == Cəlil Məmməd oğlu Sadıqov (Məmmədzadə) 14 dekabr (köhnə təqvimlə 2 dekabr) 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. Əslində onun ilk soyadı Sadıqov olub, sovet dövründə keçmişini gizlətməyə çalışaraq soyadını Məmmədzadə edib. 7 yaşında məhəllə məktəbinə gedən C.Məmmədzadə iki il müddətində burada oxuyub-yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa real məktəbində davam etdirib. Sonralar tərcümeyi-halında yazırdı: === Kiyevdə === 1 oktyabr 1906-cı ildə Kiyevdə Vyaçeslav Pyotrun özəl gimnazıyasına daxil olaraq 30 iyun 1909-cu ildə orada 8 siniflik tam orta təhsilini başa vurub. Məktəbi qurtardıqdan sonra Kiyevdəki Müqəddəs Vladimir Universitetinin tibb fakültəsində 1909-cu ildən 1 may 1910-cu ilədək oxuyub. 1910-cu ilin yayında Kiyev Politexnik İnstitutunun kimya fakültəsinə dəyişib, 1914-cü ilədək bu fakültədə müntəzəm oxuyub, ancaq həmin il təhsilhaqqını ödəmədiyinə görə ali məktəbdən uzaqlaşdırılıb. 1917-ci ildə ali təhsilini başa vurub. Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib. "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub.
Cəlil Nağıyev
Cəlil Nağıyev (azərb. Cəlil Qərib oğlu Nağıyev‎; d.25 iyul 1945, Azərbaycan, Gəncə) — Ədəbiyyatşünas, tərcüməçi 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru (1990), professor (1992). == Həyatı == 1945-ci il iyulun 25-də Azərbaycanda Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirdikdən sonra 1970-73-cü illər M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alır. 1974-cü ildə "Serb romantik poeziyası və Şərq" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1974-78-ci illərdə təyinatla göndərildiyi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin xarici ədəbiyyat tarixi kafedrasında müəllim, 1978-1984-cü ildə baş müəllim, 1984-1990-cı illərdə isə dosent, kafedra müduirinin əvəzi vəzifəsini icra etmişdir. 1993-cü ildən Bakı Asiya Universitetinin rektoru olan C.Nağıyev "Azərbaycan-Yuqoslav ədəbi əlaqələri və təmasları (folklor və klassik ədəbiyyat)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. == Fəaliyyəti == 70-ci illərdən dövri mətbuatda elmi, publisist əsərlər və bədii tərcümələrlə çıxış edən professor bır sıra elmi simpoziumlarda çıxış etmişdir. 1991-93-cü illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsi nəzdində ixtisaslaşdırılmış şuranın elmi katibi olmuş C.Nağıyev eyni zamanda 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatı Yanında Ali Attestasiya Komissiyasının fioloji elmlər üzrə Ekspertlər Şurasının üzvüdür. Klassik Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatının aktual problemləri, Avropa romantizmi və Şərq, Qərb ədəbiyyatında Şərq kompensasiyası, Bosniya müsəlman poeziyası professorun araşdırmalarının əsasını təşkil edir.
Cəlil Qasımov
Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. == Həyatı == Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Cəlil Səfərov
Cəlil Səfərov (28 yanvar 1962, Lecbəddin, Marneuli rayonu – 15 may 1992, Turşsu, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlil Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. O, 1969–1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C. Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir. == Döyüşlərdə iştirakı == Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi.
Cəlil Vəzirov
Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan – 19 avqust 2008) — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı (2004). == Həyatı == Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qapısı" qəzetində işləmişdir; baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1968–2003). Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının (1976), Jurnalistlər (1978) və Yazıçılar (2000) birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İn-tunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi. == Əsərləri == İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan, Naxçıvan, 1998; Cavid dünyası. Naxçıvan, 2005.
Cəlil Xeyrullayev
Cəlil Mürvət oğlu Xeyrullayev (16 may 1989, İkinci Nügədi, Quba rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlil Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun II Nügədi kəndində anadan olub. 1996-2007-ci illərdə II Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.Nişanlı idi. == Hərbi xidməti == Cəlil Xeyrullayev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Xeyrullayev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Cəlil Xudiyev
Cəlil Xudiyev (tam adı: Cəlil Muxtar oğlu Xudiyev; 1895, Şuşa – 1988, Stepanakert) — Azərbaycan hərbçisi, Xankəndidə ermənilər tərəfindən diri-diri yandırılmış azərbaycanlı (1988). == Həyatı == Cəlil Muxtar oğlu Xudiyev 1895-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Cəlil Xudiyev Rus-Tatar Məktəbini, sonralar isə Sankt-Peterburqda Hərbi Məktəbi bitirmiş, uzun müddət çox mühüm dövlət vəzifələrində çalışmışdır. Cəlil Xudiyev 1905–1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olmuşdur. == Fəaliyyəti == Cəlil Xudiyev 1918–1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışmış, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olmuşdur. 1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olmuşdur. Heydər Əliyev bu zaman general kimi ilk dəfə Xankəndinə gəlmişdir. O, Cəlal Xudiyevin evində onunla və digər şəxsiyyətlərlə görüşmüşdür. Cəlil Xudiyev həm yerli sakin kimi, həm də uzun müddət mühüm dövlət vəzifələrində çalışmış bir şəxsiyyət kimi razılaşmış və Azərbaycan dövləti tərəfindən addımlar atılmışdır. Ərşad adlı bir şəxs və onunla birgə 2 nəfər də yandırılaraq qətlə yetirildikdən sonra Xankəndi Vilayət Komitəsində SSRİ Baş Prokurorluğunun və Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə böyük iclas keçirilmişdir.
Cəlil Xəlilov
Cəlil Xəlilov (geoloq)
Cəlil türbəsi
Cəlil türbəsi — Abidə XVIII əsrə aid Füzuli rayonunun Qarğabazar kəndində tapılmışdır. == Memarlıq xüsusiyyətləri == Abidənin bütövlükdə "epoxa" adlı kərpiclə inşa olunmuşdur. Abidənin memarının adı XIX yüzilliyin ortalarında Qarabağda yaşayıb-yaratmış və adı yalnız Cəlil türbəsi üzərində qalmış İbrahim Xəlildir. Cəlil türbəsində də öz dövrünün nüfuzlu şəxslərindən biri dəfn edilmişdir. Türbənin divarlarına düzülmüş kərpic düzümündə və bu düzümlərlə salınmış naxışlarda Sofi Həsən türbəsinə oxşarlıq vardır. Alimlərin mülahizələrinə görə, hər iki abidədə bir memarın dəst-xətti sezilir. == İstinadlar == == Xarici keçidlər == "Vəhşiliyə məruz qalan abidələrimiz". vetensesi.qmkdk.gov.az. İstifadə tarixi: 23 sentyabr 2021. "Azad edilən ərazilərdəki sərvətlər - Füzuli rayonunda məhv edilən tariximiz".
Cəlil Əliyev
Cəlil Qüdrət oğlu Əliyev (12 iyul 1998, Qaradağlı, Ağdaş rayonu – 22 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cəlil Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 22-də Hadrutun azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.