Cəlil Qəhrəman oğlu Məmmədov (20 sentyabr 1999, Qonaqkənd, Quba rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Cəlil Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qonaqkənd, Quba, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Xocavənd uğrunda döyüşlər • Şuşa uğrunda döyüşlər |
Təltifləri | 2020 2020 2020 2020 |
Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.[2]