Cəlil Xudiyev (tam adı: Cəlil Muxtar oğlu Xudiyev; 1895, Şuşa – 1988, Stepanakert) — Azərbaycan hərbçisi, Xankəndidə ermənilər tərəfindən diri-diri yandırılmış azərbaycanlı (1988).[1]
Cəlil Xudiyev | |
---|---|
Xudiyev Cəlil Muxtar oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat yeri | Xankəndi, Azərbaycan SSR |
Vəfat səbəbi | ermənilər tərəfindən diri-diri yandırılmışdır |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Muxtar |
Milliyyəti | azərbaycanlı |
İxtisası | hərbçi |
Təhsili | Sankt-Peterburq Hərbi Məktəbi |
Fəaliyyəti | hərbi qulluqçu |
Fəaliyyət illəri | 1905–1988 |
Cəlil Muxtar oğlu Xudiyev 1895-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur.
Cəlil Xudiyev Rus-Tatar Məktəbini, sonralar isə Sankt-Peterburqda Hərbi Məktəbi bitirmiş, uzun müddət çox mühüm dövlət vəzifələrində çalışmışdır. Cəlil Xudiyev 1905–1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olmuşdur.[2]
Cəlil Xudiyev 1918–1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışmış, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olmuşdur.[2]
1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olmuşdur. Heydər Əliyev bu zaman general kimi ilk dəfə Xankəndinə gəlmişdir. O, Cəlal Xudiyevin evində onunla və digər şəxsiyyətlərlə görüşmüşdür. Cəlil Xudiyev həm yerli sakin kimi, həm də uzun müddət mühüm dövlət vəzifələrində çalışmış bir şəxsiyyət kimi razılaşmış və Azərbaycan dövləti tərəfindən addımlar atılmışdır.[2]
Ərşad adlı bir şəxs və onunla birgə 2 nəfər də yandırılaraq qətlə yetirildikdən sonra Xankəndi Vilayət Komitəsində SSRİ Baş Prokurorluğunun və Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə böyük iclas keçirilmişdir.[2]
Cəlil Xudiyev iclasda qətli törədən şəxslərin adları ilə bağlı açıqlama vermiş, iclasdan sonra isə 39 erməni həbs edilmişdir.[2]
Cəlil Xudiyev qeyd edirdi:
Həmin illərdə ermənilər azərbaycanlıları Xankəndindən qovmaq üçün qapılarına yazıb yapışdırırdılar ki, 24 saat ərzində evlərinizi böşaldın, Xənkəndindən çıxın. Xankəndini 24 saat ərzində tərk etməsələr ailəliklə evlərində yandırmaqla hədələyirdilər. Tək Xankəndində deyil, azərbaycanlılar yaşayan kəndlərdə-Xocalıda, Daşbulaqda, Cəmillidə və digərlərindəki insanlar da vahimə və qorxu içərisində idilər. |
Azərbaycan SSR Ali Soveti sədri vəzifəsində çalışmış Məmməd İsgəndərov Cəlal Xudiyevlə hansı addımların atılması barədə məsləhətləşdikdən sonra ermənilərin növbəti qiyamının qarşısı alınmışdır.[2]
Cəlal Xudiyev 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılmışdır. O, öldürüldükdən sonra yaşadığı ev də ermənilər tərəfindən yandırılmışdır.[2]
15 mart 2002-ci il tarixində Azərbaycan Respublikası Xocalı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Xudiyevin şəhidliyi rəsmi sənədlərlə təsdiq olunmuşdur.[2]
Cəlil Xudiyevin ailəsi 1905-ci ildə Şuşa şəhərində yaşayıb. Bu zaman onun qardaşı Xuduyev Balaca Muxtar oğlu gecə ermənilər tərəfindən qətlə yetirilmişdir.[2]
"Əlillər Dünyası" qəzetinin təsisçisi və baş redaktoru, Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Xudiyev Tahir Bərxudar oğlu Cəlil Xudiyevin qardaşı oğludur.
2017-ci ilin 4 aprel tarixində Azad Azərbaycan TV-də Cəlil Xudiyevin həyat və fəaliyyəti ilə bağlı sujet efirə gedib.[3]