Cəlil Cəfərov (8 avqust 1998, Şorkənd, Neftçala rayonu – 16 oktyabr 2020, Təpəkənd, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi.[1]
Cəlil Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şorkənd, Neftçala rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Şorkənd |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017 - 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Madagizin azad edilməsi • Talış kəndinin alınması • Laçın uğrunda döyüşlər |
Təltifləri | 2020 2020 2020 |
Cəlil Sulduz oğlu Cəfərov 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini almışdır. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olmuş, bir sıra idman yarışlarının iştirakçısı olmuşdur.
Cəlil hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub.[2] Noyabrın 19-da Şorkənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Şəhid Cəlilin Neftçala rayonu Şorkənd kəndində xatirə bulağının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanları, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.[6]