Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakuvi
Bakuvi — təxəllüs.
Yakuza
Yakudza (yap. ヤクザ) — Yaponiya mafiya qruplaşması. Ginnesin rekordlar Kitabına görə dünyanın ən əhəmiyyətli cinayət fenomendir. Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu, bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır. == Etimologiya == == Yakudzanın tarixi == === Tekiya və bakuto === === İlk patron və ilk müharibə === === XX əsrin birinci yarısı === === Qurentay === === Osaka müharibəsi və Yamaquchi-Quminin yüksəlişi === === Yoşio Kodama dövrü === === Sokaya === === 1990-cı illər === === 2000-cı illər === === 2010-cı illər === == Yakudzanın strukturu == === Ən böyük qruplar === == Yakudzanın fəaliyyət dairələri == === Coğrafi yayınması === == Submədəniyyət və yakudzanın xüsusiyətləri == === Daxili atributları === == Yakudza ilə mübarizə == == Yakudza populyar mədəniyyətdə == == İstinadlar == == Xarici keçidlər == "YAKUZA Wiki" (yapon). YAKUZA Wiki.
Cakeli qəsri
Cakeli qəsri, (gürc. ჯაყელის ციხე) — Gürcüstan şəhəri Axaltsixedə yerləşən Axaltsixe qalasının (Rabat) içində qədim qəsr. == Tarixi == Qəsr ilk olaraq, Mesxeti hakimləri, Çorçaneli evindən olan, atabəy rütbəsi daşıyan gürcü feodal nəsli Cakelilərə aid idi. Cakelilər beş əsr ərzində (XII əsrdən - XVII əsrə qədər) Cənubi Gürcüstanın ən güclü siyasi qüvvəsi idi. 1578 ildə regionun Osmanlı imperiyası tərəfindən işğalından sonra, Cakelilər ilk vaxt osmanlılara qarşı mübarizəyə başçılıq etmişdilər, lakin sonra onların tərəfinə keçdilər və gürcü feodalları arasında birinci olaraq islamı qəbul etdilər. Osmanlı imperiyasında Cakeli nəsli rusların 1829 ildə gəlişinə qədər irsi paşa rütbəsini daşıyırdılar. [1 Nəslin nümayəndələrindən biri -Əhməd Paşa - müasir Axalsixin ən görməli yerlərindən biri olan Əhmədiyyə məsçidini tikdirir. == Bərpası == 2011 ilin may ayında Gürcüstan hökuməti Rabat qalasında, 2012 ildə qurtaran bərpa işlərinə başlayır. Bu məqsəd üçün budcədən 24 mln. lari xərclənir.
Cavad Fakuri
Cavad Fakuri (d. 1938, Təbriz, İran - ö. 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri. == Əmək Fəaliyyəti == Cavad Fakuri: 1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub; 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb; Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib; 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub. Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq, Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib. C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb. Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur.
Chrysanthemum capusi
Nəsir Bakuvi
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair. == Həyatı == Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar. Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. 11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Takuci Yonemoto
Takuci Yonemoto (3 dekabr 1990, İtami, Hyoqo prefekturası) — yarımmüdafiəçi mövqeyində çıxış edən Yaponiya futbolçusu. Hazırda "Naqoya Qrampus" klubunda çıxış edir. == Milli komanda karyerası == 2007-ci ilin avqustunda Yonemoto 2007 FİFA U-17 Dünya Kuboku üçün Yaponiya U-17 milli komandasına çağrıldı. O, 2 oyunda iştirak etdi. Əsas milli komandada debütunu 6 yanvar 2010-cu ildə 2011 AFK Asiya Kuboku turnirinin seçmə mərhələsinin Yəmən millisinə qarşı oyunda etdi. 7 may 2015-ci ildə Yaponiyanın baş məşqçisi Vahid Halilhodjiç onu iki günlük təlim-məşq toplanışına çağırdı. 23 İyul 2015-ci ildə 2015 ŞAFÇ Şərqi Asiya Kuboku üçün yenidən milliyə dəvət aldı.
Takumi Horiike
Takumi Horiike (d. 6 sentyabr 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 2 qol vurub.
Takumi Minamino
Takumi Minamino (d. 16 yanvar 1995) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tanacetum capusi
Tural Bakuvi
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi. == Həyatı == Tural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür. Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur. Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir. Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/, "Əslində mən"/ANS/ və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi, "Sonun Başlanğıcı", "Bağlı qapı", "Səadət" və s.
Əbdürrəşid Bakuvi
Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi (XIV əsr, Bakı – XV əsr, Qahirə) - XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi. == Həyatı == Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, "Bakı,mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü." Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb.
Takumi Obara
Takumi Obara (9 fevral 1967, Tottori) — Yaponiyanı təmsil edən triatlonçu. == Karyerası == Takumi Obara Yaponiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Olimpiadanı 21-ci pillədə başa vurdu.
Şalva Cakeli
Şalva Cakeli - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.
Ronda Rauzi
Ronda Cin Rauzi (1 fevral 1987, Santa-Monika, Kaliforniya) — Amerikanı UFC-də təmsil edən qadın idmançı. == Həyatı == 1987-ci ildə Riverside, Kaliforniyada doğulub. Cüdo və boksla məşğul olan Ronda bir neçə yarışlarda yaxşı nəticələr əldə edib. 2010-cu ildən MMA-da debüt edən Ronda demək olar ki, heç bir döyüşündə məğlubiyyət nə olduğun bilməyib.
Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi (948, Şiraz – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi. == Həyatı == Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.
Mirməhəmməd Kərim Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Pənahi Abbas Makuli
Pənahi Makulu (tam adı:Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu; 1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Pənahi Makuli 1900-cü ildə Maku şəhərində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycan ostanının Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir. Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən — on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir. Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur.
Seyid Yəhya Bakuvi
Seyid Yəhya Bakuvi — mənşəcə Azərbaycan türklərindən olan Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. == Bioqrafiya == Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulmuşdur. Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməmişdir. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər vardır. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənilə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən Çələbi Xəlifəyə: "O indi çox yaşlandı, yaxında vəfat edər" dediyinə baxılırsa S.Yəhyanın uzun ömür sürdüyü anlaşılır.
Əbdul Baqi Bakuvi
Əbdul Baqi Bakuvi (tam adı: Əbdul Baqi Bakuvi) — XV əsr Azərbaycan rəssamı. == Həyatı == Rəsim əsəri Türkiyənin Topkapı muzeyində saxlanır. Əbdul Baqi Bakuvi (İstambul, Topxana) miniatür sənətində mühüm yer tuturdu. Tәk vә ikifiqurlu portretlәrdәn ibarәt miniatürlәr çәkmişdir. Əbdul Baqi Bakuvinin әsәrlәri üçün kompozisiya vә fiqurların monumental sәpkidә hәlli, surәtlәrin canlılığı vә ifadәliliyi, tәsvir obyektlәrinin reallığı sәciyyәvidir. “İki әmir” vә “Mehtәr” miniatürlәri orta әsr Azәrbaycan miniatür sәnәtinin nadir nümunәlәrindәndir.
II Keyxosrov Cakeli
II Keyxosrov (13 fevral 1523 – 29 sentyabr 1573, Qəzvin) — III Kvarkvare 1535-ci ildə məğlub olandan sonra ölkəsi imeretiyalılar tərəfindən işğal olunmuşdu. Keyxosrov Osmanlıya müraciət etmişdi. Osmanlı ordusu da Musa Paşanın başçılığı altında ordunu Mesxetiyə göndərdi və 1545-ci ildə I Luarsabla III Baqratın birləşmiş ordusunu məğlub edərək Keyxosrovu taxta çıxardı. 1555-ci ildə Amasya sülh müqaviləsinə əsasən Səfəvi vassallığı rəsmən təyin olundu. Lakin Osmanlıların sülhü pozaraq yeni hücumu Keyxosrovu İrandan kömək üçün Qəzvinə getməyə məcbur etdi. Ora çatanda isə vəfat etdi. Yerinə IV Kvarkvare keçdi.
I Keyxosrov Cakeli
I Keyxosrov - II Kvarkvarenin oğlu. Onun hakimiyyəti qısa çəkmiş, Osmanlıları dəfələrlə məğlub etmişdi. 1500-cü ildə vəfat edəndən sonra yerinə qardaşı Mzetçabuki keçdi.
Çayüzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. == Tarixi == Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
I Yusif Cakeli
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Çakvi
Çakvi (gürc. ჩაქვი) — Gürcüstanın Acarıstan ərazisində şəhər tipli qəsəbə. Çakvi Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Qəsəbə Kobuleti rayonunda yerləşir. Qəsəbədə Natanebi-Batumi dəmir yol stansiyası yerləşir. Müasir dövrdə Çakvi populyar turizm və istirahət zonasıdır. == Əhalisi == Çakvi son 20 ildə yetərincə azlmışdır. 2002-ci ilin məlumatına görə qəsəbədə 8100 nəfər yaşayırdı. 2014-cü ilin siyahıya alınmasına görə qəsəbədə 6720 nəfər yaşayır. Milli tərkib baxımdan əhalinin 95,6 %-ni gürcülər təşkil edir.
Cuzi Fereri
Cuzi Malato
Cuzi Malato (9 iyul 1971, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Cuzi Malato, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Ələddin Çakıcı
Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri. Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü. Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur. Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir. Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir. 2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir. == Milli kəşfiyyat təşkilatının tərkibində == Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi.