Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yun Fosse
Yun Fosse (ing. Jon Fosse; 29 sentyabr 1959[…], Hauqesund[d], Ruqalann[d]) — norveçli yazıçı və dramaturq, O, Henrik İbsendən sonra ən çox ifa olunan Norveç dramaturqudur. Tez-tez "yeni İbsen" olaraq adlandırılan Fossenin əsərləri 19-cu əsrdə İbsen tərəfindən qurulan dramatik ənənənin müasir davamını təmsil etdiyi qeyd edilir.2023-cü il üzrə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2023). == Həyatı == Yon Fosse 1959-cu il sentyabrın 29-da anadan olmuşdur. Hekayə, roman, pyeslərlə yanaşı, esse və şeirlər yazır. Zəngin yaradıcılığı “Septologiya” silsilə romanları, 40-dan çox pyes, hekayələr, şeir və esseləri əhatə edir. İndiyədək onun əsərləri 40-dan çox dilə tərcümə edilmişdir. 2022-ci ildə ingilis dilinə tərcümə edilən “Yeni ad: Septologiya VI-VII” romanı Buker mükafatının qısa siyahısına düşmüşdür. Yon Fosse həmçinin bədii tərcümə ilə məşğuldur. Yun Fossenin əsərlərində, əsasən, adi həyat həqiqətləri, insanın daxili aləmi, şimal insanının az ünsiyyətə girməsi, çətin zamanlardakı seçimləri kimi mövzulara toxunulur.
Sen-Jermen-de-Fosse
Sen-Jermen-de-Fosse (fr. Saint-Germain-des-Fossés) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03236. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3667 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2271 nəfər (15-64 yaş arasında) 1531 nəfər iqtisadi cəhətdən fəal, 740 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə bu 67.7%). Fəal olan 1531 nəfərdən 1359 nəfəri (712 kişi və 647 qadın), 172 nəfəri işsizdir (87 kişi və 85 qadın). Aktiv olmayan 740 nəfər arasında 181 nəfər şagird və ya tələbə, 257 nəfər pensiyaçı, 302 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Mor-de-Fosse
Sen-Mor-de-Fosse (fr. Saint-Maur-des-Fossés) — Fransada kommuna, Parisin cənub-şərq şəhərətrafı. == Tarixi və iqtisadiyyatı == 638-ci ildə hal-hazırdaki şəhərin yerində müq. Pyotr abbatlığının əsası qoyulmuşdur. 1541-ci ildə Sen-Morda Kardinal du Bellaya məxsus qalanın inşasına başlanıldı. Layihə memar F. Delorm tərəfindən hazırlanmışdır. Sonradan torpaqlar Konde ailəsinə verildi və inqilab zamanı milliləşdirildi. XIX əsrdə, Sen-Mor əhalisi, sanitar vəziyyətinin yaxşılaşması və Parislə əlaqənin yaxşılaşdırılması sayəsində çox böyüdü. Bununla birlikdə, şəhər Franko-Prussiya müharibəsi dövründə və XX əsrin əvvəllərində iki daşqından əziyyət çəkdi.
Foss (Fransa)
Foss (fr. Fosses) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 9.998 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 29 km şimalında, Serji bələdiyyəsinin 32 km şərqində yerləşir.
Dosso Dossi
Dosso Dossi (it. Dosso Dossi, əsl adı it. Giovanni di Niccolò de Luteri; ən tezi 1480 və ən geci 1490 – avqust 1542, Ferrara) — İntibah dövrünün italyan rəssam və qravür ustası, Ferrara məktəbinin ən görkəmli nümayəndəsi. == Bioqrafiya və yaradıcılıq == Dossi, Lorenzo Kostanın yanında və Corconenin emalatxanasında tələbə olub, Venesiya rəssamlarının təsiri altında rəssam kimi formalaşmışdı. Bellini, Tisian, Romanino ilə birgə işləmişdi. 1516-cı ildən — Ferrara sarayının saray rəssamı olmuşdu. Dossi demək olar ki, bütün ömrünü Este hersoqlarının — I Alfonso d'Este, II Erkole d'Estenin — xidmətində idi, amma bu xidmət yalnız rəsmlə kifayətlənmir, həm də diplomatik tapşırıqların yerinə yetirilməsini də nəzərdə tuturdu. Dosso, qardaşı Batista ilə birlikdə hersoqlar üçün mifoloji əsərlər, portretlər yaradır, saraylar, qalaların divarları üçün dekorativ freskalar çəkirdi. Rəssamın əsərləri və freskaları demək olar ki, günümüzə qədər qalmamışdır. Dossinin işinin ən maraqlı tərəfi onun bəzən rəsmdə hakim mövqe tutan genişlənmiş peyzaj fonuna olan marağıdır.
Bosye
Bosye (fr. Bossieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38049. Kommunanın 2006-cı il üçün əhalisi 277 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 361 ilə 524 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Büsse
Byusse (fr. Busset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 849 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 547 yaşda olan (15-64 yaş arasında) 422 nəfər iqtisadi fəal, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.1%, 1999-cu ildə 71.3%). Fəal olan 422 nəfərdən 391 nəfəri (215 kişi və 176 qadın), 31 nəfəri işsizdir (17 kişi və 14 qadın). 125 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 50 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Dosye
Dosye – əvvəlki illər ərzində müəyyən mövzu, problem ətrafında materialların toplanması; müəyyən şəxs barədə sənədlər və materiallar toplusu, kadrlar üzrə şəxsi vərəqə; müəyyən məsələyə, işə, şəxsə aid olan sənədlər komplekti, həmçinin bu sənədlər saxlanan qovluq. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Forssk.
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Fosgen
Fosgen — kimyəvi formulu COCl2 olan, boğucu təsirli zəhərli maddədi, adi vəziyyətdə rəngsizdi. Əsasən ağ ciyərləri zədələyir. == İzahı == Fosgen (COCl2 karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi) ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi "işıqda doğulmuş" mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə hidroliz olaraq HCl və CO2 əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir.
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Küsse
Küsse (fr. Cusset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03095. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 8140 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 5463 nəfər iqtisadi cəhətdən fəal, 2677 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəaliyyət göstərən 5463 nəfərdən 4695 nəfər (2433 kişi və 2262 qadın), 768 nəfər işsiz (344 kişi və 424 qadın) idi. Aktiv olmayan 2677 nəfər arasında 891 nəfər şagird və ya tələbə, 966 nəfər təqaüdçü, 820 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Albert Ebosse
Albert Dominik Ebosse Boconqo Dika (fr. Albert Dominique Ebossé Bodjongo Dika; 6 oktyabr 1989, Duala – 23 avqust 2014, Tizi-Uzu[d]) — Kamerun, Malayziya və Əlcəzair çempionatlarında çıxış etmiş kamerunlu futbolçu. == Karyerası == Ebosse "Duala Atletika", "Koton Sport" və "Unisport" kimi Kamerun klublarında çıxış etmişdir. O, 2012-ci il aprelin 15-də Malayziyanın "Perak" klubu ilə müqavilə imzaladı. O, yeni klubu ilə liqada debütünü 17 aprel 2012-ci ildə "Sabah" klubuna qarşı 2-2 heç-heçə hesabı ilə bitən qarşılaşmada etdi və klub forması ilə ilk qolunu 4 may 2012-ci ildə keçirilən və 2-2 bərabər hesabla bitən "Terenqanu" klubuna qarşı oyunda vurdu. 2013-cü ilin iyul ayında Ebosse "Kabiliyə" (qısaca "JSK") klubuna keçid etdi. O, 2014-cü ildə 17 qolla Əlcəzair çempionatının bombardiri oldu. == Vəfatı == 23 avqust 2014-cü ildə "JSK" və "USM Alger" komandaları arasında keçirilən ev qarşılaşmasının sonunda komandalar meydanı tərk edərkən naməlum şəxs tərəfindən atılan mərmi Ebossenin başına dəydi. JSK üçün 2-1 hesablı məğlubiyyətlə başa çatan oyunda Ebosse klubunun yeganə qolunun müəllif idi. Ebosse bir neçə saat sonra kəllə-beyin travması nəticəsində xəstəxanada vəfat etdi.
Anders Fonss
Anders Fonss (20 iyun 1988-ci ildə Danimarkada anadan olub) — Tarup-Paarup klubunda hücumçu kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Fonns 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Fonss 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Anri Masse
Anri Masse (2 mart 1886[…], Fransa – 9 noyabr 1969[…], Paris) – Fransız şərqşünası == Həyatı == Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959-cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur. İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin "Baharıstan" əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə "Fars antoloqiyası (XI- XIX əsirlər)" əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş, onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı "İslam" əsəri məşhurdur. == Yaradıcılığı == Anthologie persane, XIe — XIXe siècles, dernière réédition (2004) dans la Petite Bibliothèque Payot, n°330, ISBN 2-228-89923-2; Le Livre des merveilles du monde, Paris, Éditions du Chêne (fr), 1944; Croyances et coutumes persanes, suivies de Contes et chansons populaires, Paris, Librairie orientale et américaine, 1938; İslam, Bakı, 1980; L`islam, 6 ed., Raris, 1952; Mélanges d'orientalisme offerts à Henri Massé… à l'occasion de son 75e anniversaire, Téhéran, Impr. de l'université, coll. * 1963: Publications of the University of Tehran.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Bernar Fasye
Bernar Fasye — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Bossa-nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Boyse (Aydaho)
Boyse (ing. Boise [ˈbɔɪsiː] (yerli tələffüz) və ya [ˈbɔɪziː]) — Aydaho ştatının inzibati mərkəzi və ən böyük şəhəri, Eyda dairəsinin mərkəzi. Boyse şəhəri Boyse çayı üzərində yerləşir və Boyse şəhərinin əsas ərazisi, Solt-Leyk-Siti (ştat Yuta) və Portlend (ştat Oreqon) arasındakı ən böyük şəhərdir. 2017-ci ilə dair hesablamalara görə, Boyse şəhərinin əhalisi 226,570 nəfər, Boyse şəhərətrafı bölgəsi isə 709.845 nəfər idi. 2010-cu ildə Boyse, ABŞ-nin ən çox yaşadığı 104-cü şəhər idi. == Tarixi == Çay boyunca bu quraq ərazidə böyüyən meşələr buraya kütləni cəlb edildi. Fransızca bois (ağac, ağaclar) sözündən əvvəl çayın adı, daha sonra Fort Boyse (indiki şəhərdən təxminən 40 mil (64 km) qərbdə, Parma kəndi yaxınlığında, Boyse çayı ilə birləşdiyi yerin yaxınlığında) istehkamı. Oregon sərhədindəki Sneyk çayı bu qala Hadsonların körfəzi şirkəti tərəfindən 1830-cu illərdə qurulmuş və 1850-ci illərdə tərk edilmiş, lakin Oreqon yolu boyunca baş verən çoxsaylı qətllər Amerika ordusunu 1863-cü ildə Vətəndaş müharibəsi zamanı qalanı yenidən qurmağa vadar etmişdir. Yeni sahə Oreqon yolunun iki böyüyən gümüş mədən sahəsini (Boyse və Ovayhi çay hövzələri) birləşdirən əhəmiyyətli bir yol ilə kəsişməsinə yaxın olduğu üçün seçildi. 1860-cı illərin ortalarında yaxınlıqdakı Aydaho şəhəri əhalisi baxımından daha böyük idi, lakin nəqliyyat yollarının kəsişməsində rahat yerləşən Fort Boyse tez bir zamanda buna başladı və 1863-cü ildə Boyse şəhər statusuna layiq görüldü.
Cesse Ouens
Ceyms Klivlend "Cessi" Ouens (d. 12 sentyabr 1913, Oakville, Alabama, ABŞ – ö. 31 mart 1980, Tukson, Arizona, ABŞ) — yüngül atletika üzrə amerikan idmançısı və 4 qat olimpiya çempionu. Ouens, yüngül atletika tarixində bəlkə də ən yaxşı və məşhur idmançı kimi tanınmış, yaxın məsafəyə qaçış və yerindən uzunluğa tullanma üzrə yarışlarda iştirak etmişdi. 3 dünya rekordu və digər əldə etdiyi nailiyyətlər "idman tarixinin ən böyük 45 dəqiqəsi" kimi adlandırılmış və heç vaxt bu nəticə təkrarlanmamışdır. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş 1936 yay Olimpiya oyunlarında Ouens 4 qızıl medalla dünya şöhrəti qazandı: 100 m, 200 m, yerindən uzunluğa tullanma və 400 m estafet. O, oyunların ən yaxşısı idi və bu, Adolf Hitlerin Ari irqinin üstünlüyü mifinin uğursuzluğuna səbəb oldu. Cessi Ouens mükafatı, ABŞ-də yüngül atletika üzrə ilin ən yaxşı idmançısına verilir, ESPN idman televiziyası tərəfindən XX əsrin 6-cı ən yaxşı idmançısı kimi qiymətləndirilmişdir. == Həyatı == Ouens, ailədə 3 qız və 7 oğlan olmaqla, 10 uşağın ən kiçiyi idi, Anri Klivlend Ouens və Meri Emma Fitzgeraldın övladı kimi 1913-cü ilin 12 sentyabrında Alabama ştatının Oakville şəhərində anadan olmuşdu. 1.5 milyon qara dərili amerikalının irqi ayrı seçkiliyə görə miqrasiyası zamanı böyük ümidlərlə Ohayo ştatının Klivlend şəhərinə ailəsi ilə 9 yaşı olarkən köçmüşdü.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Codi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Cudi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. == Nümunələr == Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.