Fosgen

Fosgen — kimyəvi formulu COCl2 olan, boğucu təsirli zəhərli maddədi, adi vəziyyətdə rəngsizdi. Əsasən ağ ciyərləri zədələyir.

Fosgen
Molekulyar modelin şəkli
Ümumi
Ənənəvi adı Fosgen
Kimyəvi formulu CCl₂O[1]
Molyar kütlə 98,92 q/mol
Fiziki xassələri
Sıxlıq 4,248 кг/м³ q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −118 °S
Qaynama nöqtəsi +8,3 °S
Buxarın təzyiqi 1,6 ± 0,1 atm[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 75-44-5
PubChem
SMILES O=C(Cl)Cl
RTECS SY5600000
ChEBI 29365
BMT nömrəsi 1076
ChemSpider
Toksikologiya
Zəhərliliyi çox zəhərli, boğucu zəhərləyici maddə.

Fosgen (COCl2 karbonilxlorid, xlorqarışqa turşusunun xloranhidridi) ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi "işıqda doğulmuş" mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Suda pis həll olur, ancaq suya düşdükdə hidroliz olaraq HCl və CO2 əmələ gətirir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Havada 0,006 mq/l qatılıqda ölümlə nəticələnir. Fosgenlə nəfəs aldıqda ağızda şirin dad, sonra öskürək, baş gicəllənməsi və ümumi zəiflik hiss olunur. Zəhərli zonadan çıxdıqdan sonra adətən 2–12 saat ərzində adam özünü yaxşı hiss edir. Bu period gizli period adlanır. Bundan sonra adamda kəskin dəyişiklik baş verir. Əgər vaxtında həkim yardımı göstərilməsə, ölümlə nəticələnə bilər. Deqazasiya – havadəyişmə və yaxud ammonyak iyləməklə mümkündür. Birinci dünya müharibəsində kimyəvi silah kimi istifadə olunmuşdur.


tqay= +8,2 °C, tər.= −118 °C, sıxlığı 1,403 q/sm³, qaz halında 4,248 кг/м³ (+15 °C, 1 бар)[3]; suda pis həll olur.


Fosgen həmçininə xloroformun atmosfer oksigeninin işığın təsiri altında əmələ gəlir: :


Sənayedə COi katalizatorun iştirakı ilə Cl 2 la qızdırmaqla əldə edir:

Laboratoriyada В лаборатории CCl4SO3 (və yaoleiumla) qarışığının qızdırılmasından:

Fosgen

Boğucu təsiri var. Ölümcül konsentrasiyası 0.01-0.03 mq / L təşkil edir (15 dəqiqə məruz qalma ilə). Fosgenin ağciyər toxuması ilə təması keçiricilik pozğunluğuna səbəb olur alveol və sürətlə irəliləyən ağciyər ödemi. Antidote naməlumdu

  • Химическая энциклопедия / Редкол.: Кнунянц И. Л. и др. — М.: Советская энциклопедия, 1995. — Т. 4 (Пол-Три). — 639 с. — ISBN 5-82270-092-4.
  1. PHOSGENE (ing.).
  2. http://www.cdc.gov/niosh/npg/npgd0504.html.
  3. "Gas Encyclopaedia". 2015-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.