Ceyms Klivlend "Cessi" Ouens (d. 12 sentyabr 1913, Oakville, Alabama, ABŞ – ö. 31 mart 1980, Tukson, Arizona, ABŞ) — yüngül atletika üzrə amerikan idmançısı və 4 qat olimpiya çempionu.
Cessi Ouens | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ceyms Klivlend Ouens | |||||||||||||||||
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Ceyms Klivlend Ouens | ||||||||||||||||
Ləqəbi | The Buckeye Bullet[1] | ||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||
Doğum tarixi |
Oakville, Alabama, ABŞ |
||||||||||||||||
Vəfat tarixi |
Tukson, Arizona, ABŞ (66 yaşında) |
||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||
Vəfat səbəbi | ağciyər xərçəngi | ||||||||||||||||
Boyu | 178 sm | ||||||||||||||||
Çəkisi | 71 kq | ||||||||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ouens, yüngül atletika tarixində bəlkə də ən yaxşı və məşhur idmançı kimi tanınmış, yaxın məsafəyə qaçış və yerindən uzunluğa tullanma üzrə yarışlarda iştirak etmişdi.[3] 3 dünya rekordu və digər əldə etdiyi nailiyyətlər "idman tarixinin ən böyük 45 dəqiqəsi" kimi adlandırılmış və heç vaxt bu nəticə təkrarlanmamışdır.[4] Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş 1936 yay Olimpiya oyunlarında Ouens 4 qızıl medalla dünya şöhrəti qazandı: 100 m, 200 m, yerindən uzunluğa tullanma və 400 m estafet. O, oyunların ən yaxşısı idi və bu, Adolf Hitlerin Ari irqinin üstünlüyü mifinin uğursuzluğuna səbəb oldu.[5]
Cessi Ouens mükafatı, ABŞ-də yüngül atletika üzrə ilin ən yaxşı idmançısına verilir, ESPN idman televiziyası tərəfindən XX əsrin 6-cı ən yaxşı idmançısı kimi qiymətləndirilmişdir.[6]
Ouens, ailədə 3 qız və 7 oğlan olmaqla, 10 uşağın ən kiçiyi idi, Anri Klivlend Ouens və Meri Emma Fitzgeraldın övladı kimi 1913-cü ilin 12 sentyabrında Alabama ştatının Oakville şəhərində anadan olmuşdu. 1.5 milyon qara dərili amerikalının irqi ayrı seçkiliyə görə miqrasiyası zamanı böyük ümidlərlə Ohayo ştatının Klivlend şəhərinə ailəsi ilə 9 yaşı olarkən köçmüşdü. Öz yeni müəllimi adını soruşanda, o belə cavab verdi: "C.K.", lakin Ouensin danışıq tərzinə görə "Cessi" kimi başa düşdü. Bu adı qəbul edərək, həyatı boyu Cessi Ouens kimi tanındı.[7]
Ouens, boş vaxtlarında müxtəlif işlərlə məşğul olurdu: o, ərzaq çatdırılması ilə məşğul olar, yük maşınlarını doldurar, atası və böyük qardaşı ilə polad zavodunda və ayaqqabı təmiri sexində işləyərdi.[8] Bu dövr ərzində, Ouens qaçışa maraq göstərməyə başladı. Ouens, məşqçi Çarlz Rileyin dəstəyi ilə yüngül atletika karyerasına başlamaqla uğur əldə edəcəyinə inanmışdı. Ouens məktəbdən sonra ayaqqabı təmiri sexində işləyəndən bəri, Riley ona məktəbdən əvvəl məşq etməyi məsləhət görmüşdü.
Ouens ilk dəfə Klivlenddəki Şərq Texniki ali məktəbinin tələbəsi olarkən diqqəti özünə cəlb etmişdi, Çikaqo şəhərində 1933-cü ildə keçirilən ali məktəblər arası çempionatda 100 m üzrə yarışda 9.4 saniyə ilə dünya rekorduna bərabər və yerindən uzunluğa tullanma üzrə yarışda da yüksək nəticə göstərdi.[9]
Atası üçün iş tapıldığından və ailəsinin dəstəyi ilə Ouens, Ohayo Dövlət Universitetinə daxil oldu. Ouens, Milli Atletika Assosiasiyasının 1935-ci və 1936-cı illərdə keçirdiyi 8 fərdi çempionatda rekord etmişdi (2006-cı ildə Xavyer Karter tərəfindən Milli Atletika Assosiasiyasının keçirdiyi çempionatda 4 qızıl medal rekordunu təkrarlamışdı, baxmayaraq ki onun çoxlu titullarına estafet yarışlarındakı medallar da daxil idi). Ouens öz uğurlarından həzz alsa da, o yalnız qara dərili idmançılar üçün olan düşərgədə yaşamaq istəmirdi. O, komanda ilə səfər edəndə, qara dərililər üçün restoranlarda yeməyə əmr etmək qadağan edilmişdi. Eyni zamanda, o qara dərililər üçün oteldə qalmışdı. Ouens, öz zəhmətlərinə görə təqaüd almadı, beləliklə o təhsil haqqını ödəmək üçün işləməyə davam etdi.
Ouensin ən böyük nailiyyəti, 1935-ci ilin 25 mayında Miçiqan ştatının Ann Arbor şəhərində keçirilən yarış zamanı 45 dəqiqə aralığı ilə gəldi.[5] Onun bu turnirdə əldə etdiyi uğurları nəzərə alaraq, 2005-ci ildə Mərkəzi Florida Universitetinin idman tarixi üzrə professoru Riçard Krepeau 1 gündə əldə edilən qələbələri 1850-ci ildən bəri yüngül atletikada ən yaxşı nailiyyət kimi qiymətləndirmişdi.[10]
1936-cı ildə Ouens, Yay Olimpiya Oyunlarında ABŞ-nı təmsil etmək üçün Berlinə gəldi. Adolf Hitler, Nasist Almaniyasının qüdrətini dünyaya nümayiş etdirmək üçün oyunlardan istifadə edirdi.[11] O və digər hökumət rəsmilərinin böyük ümidləri vardı ki, alman idmançılar öz qələbələri ilə oyunlarda hegemonluq edəcəklər. Bu anda, nasist təbliğatı "Ari irqinin üstünlüyü" nəzəriyyəsini irəli sürdü və etnik afrikalılar qeyri-yetkin kimi təsvir edilirdi.[11][12] Ouens, 4 qızıl medal qazanmaqla nasistlərin istəyini puç etdi.
Avqustun 3-ü, Ouens 100 m üzrə yaxın məsafəyə qaçışda 10.3 saniyə vaxtla nəticə göstərərək, komanda yoldaşı Ralf Metkalfı və Hollandiya idmançısı Tinus Osendarpı məğlub etdi. Avqustun 4-ü, yerindən uzunluğa tullanma üzrə qızıl medal qazandı.[5] Avqustun 5-i, 200 m üzrə yaxın məsafəyə qaçışda 20.7 saniyə vaxt ilə nəticə göstərərək, Mak Robinsonu məğlub etdi. Avqustun 9-u, Ouens öz 4-cü qızıl medalını 400 m üzrə estafet yarışlarında qazandı, lakin yarışdan öncə məşqçi Din Kromvell yəhudi əsilli amerikan sprinterlər Marti Qlikman və Sem Stolleri Ouens və Ralf Metkalf ilə əvəzləmişdi, yarışda Frank Vikoff və Foy Draper ilə 39.8 saniyə vaxtla nəticə göstərib, dünya rekorduna imza atmışdılar.[13] Bu performans, SSRİ tərəfindən boykot edilmiş 1984 yay Olimpiya oyunlarındakı yarışlarda Karl Lüis qızıl medalları qazanana qədər təkrarlanmadı. 1935-ci ildə (Berlin Olimpiadasından 1 il əvvəl) Cessi Ouens, yerindən uzunluğa tullanma yarışlarında dünya rekordunu müəyyən etdi və bu rekord, 1960-cı ildə Ralf Boston tərəfindən qırılana qədər 25 il mövcud oldu. Məhz, bu nəticə qazanılanda Cessi Ouens 1960 yay Olimpiya oyunlarında tamaşaçı idi.
Yalnız yarışlar başlamamışdan öncə, Adidas ayaqqabı şirkətinin qurucusu Adolf Dassler tərəfindən Ouens, Olimpiya kəndində ziyarət edilmişdi. O, Ouensi öz şirkətinin məhsulu olan idman ayaqqabılarını istifadə etməyi məsləhət bildi və bu, qara dərili idmançı üçün ilk sponsorluq idi.[14]
Yerindən uzunluğa tullanma üzrə qazanılan qələbə, Leni Riefenstahl tərəfindən sənədləşdirilərək, 1938-ci ildə "Olympia" filmi ərsəyə gəldi.
Yarışın ilk günündə, Hitler qalib alman idmançılarının əlini sıxdı və sonra stadionu tərk etdi. Olimpiya Komitəsi rəsmiləri Hitlerdən hər mükafatçını salamlamağı ya da heç nə etməməyi tələb etdi. Hitler, ikincini seçdi və medal təqdimatlarını etmədi.[15][16] Tarixçilər qeyd etmişdi ki, Hitler oyunların təxirə salınmasına səbəb olacaq yağışa görə oyunları tərk etmək istəmişdi. Bu, Ouens yarışa başlamazdan qabaq baş vermişdi, lakin bu mədəniyyətsizlik kimi qəbul edilmişdi.[17] Bildirilirdi ki, Hitler qəsdən Ouensin qələbələrini heç saymışdı və onun əlini sıxmağdan imtina etmişdi, bu zaman Ouens demişdi:
Hitler müəyyən vaxtı stadiona gəldi və müəyyən vaxtı tərk etdi. 100 m üzrə mükafatlandırma mərasimindən öncə, o stadionu tərk etmişdi. Lakin o tərk etməmişdən əvvəl, mən fəxri kürsüdə idim. O, mənə əl salladı və mən də qarşılıq verdim. Məncə, başqa ölkədə əsas adamı tənqid etmək pis hiss idi.[18]
Albert Şpeer yazırdı ki, Hitler əcaib rəngli amerikan sprinteri Cessi Ouensin uğurlarına həddindən artıq əsəbləşmişdi.
Ouensə ağlar kimi Almaniyada səyahət etməyə və eyni otellərdə qalmağa icazə verilmişdi, lakin ABŞ-nin çox yerlərində əksinə idi. Olimpiya Oyunlarındakı qələbələrdən sonra, ABŞ prezidenti Franklin Ruzvelt heç vaxt Cessi Ouensi Ağ Evə dəvət etmədi.[19]
Ouens Avropadan dönəndən sonra, ABŞ Respublikaçılar partiyasına qoşuldu, 1936-cı ildə keçirilmiş prezident seçkilərində ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Alf Landon üçün qara dərili amerikanların səslərinin qazanılmasında kampaniyaya başladı.[20][21] Ouens sonralar deyirdi: "Hitler məni təhqir etmədi - məni təhqir edən bizim prezidentdir. Prezident hətta mənə teleqram da göndərmədi."[22]
Oyunlar bitəndən sonra, Olimpiya yığması və Ouens İsveçdə yarışmaq üçün dəvət edilmişdi. O, ABŞ-yə qayıtdıqdan sonra, öz uğurları pul qazanmağı qərara aldı. ABŞ atletika federasiyası rəsmiləri hiddətlənmişdilər və bu, onun idmandan uzaqlaşdırılması, karyerasının bitməsinə səbəb oldu. Ouens əsəbləşərək deyərdi: "İnsan özü nəsə arzulayır."[23]
Karyerasının bitimindən sonra, Ouens iş təklifləri aldı, lakin baş tutmadı. 1946-cı ildə o, WCBA-nın (Qara dərililərin beyzbol liqası) yaradılması ilə Abe Sapersteynlə əməkdaşlıq etdi, Ouens vitse prezident və Portland Rosebuds beyzbol komandasının sahibi idi.
Ouens, 35 il ərzində tez-tez siqaret çəkməyə vərdiş edərək, 1979-cu ilin dekabr ayının əvvəllərində ağ ciyər xərçəngi xəstəliyinə tutuldu. Xəstəliyi ucbatından o, 1980-ci ilin 31 martında Arizona ştatının Tukson şəhərində 66 yaşında ikən vəfat etdi.[24] O, Çikaqo şəhərindəki Oak Woods qəbristanlığında dəfn olundu.
15 yaşlı Ouens və 13 yaşlı Minnie Ruth Solomon Klivlenddəki ali məktəbdə tanış olmuşdular. Onların ilk qızı Qloriya, 1932-ci ildə anadan olmuşdu. Onlar 1935-ci ildə evlənmiş və 1939-cu ildə Marlin, 1940-cı ildə isə Beverli adlı qızları dünyaya gəlmişdi.[25][26]