Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hikmətli Miniatürlər (1991)
Hikmətli miniatürlər (film, 1991)
Hökməli
Hökməli — Azərbaycan Respublikasının Abşeron rayonunun Hökməli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Mətləb Əzizulla oğlu Mütəllimli — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor.
Hikmətin əvvəli
Hikmətin əvvəli (ərəb. بداية الحكمة‎) — Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı kitab. == Məzmun == “Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəlsəfəsi tarixində tədris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hikmə”nin ortaya qoyduğu məsələlər, ağlın bəzi mətləbləri birbaşa, dəlilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsaləti, kəsrətdə vəhdət prinsipi, mahiyyətin qeyri-həqiqiliyi, zaman, səbəbiyyət qanununun mahiyyəti, Vacibin isbatı və xüsusiyyətləri kimi mühüm mövzulardan ibarətdir. “Bidayətul Hikmə” kitabında fəlsəfə öyrənmək istəyənlərin ilkin mərhələdə ehtiyac duyduqları bütün mətləblər vardır. Tanınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cəhətdən yetişməklərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əvvəli” kitabı da məhz “Bidayətul Hikmə” əsərinin əsasında işlənilmiş, qəliz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır. == Nəşr == Kitab 2016-cı ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə, şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Şərq fəlsəfəsi kitabları" silsiləsindən 264 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Mərifət Bəla və səbir == Xarici keçidlər == "Hikmətin Əvvəli" ( (az.)).
Hikmətlər Evi
Hikmətlər evi (ərəbcə: بيت الحكمة Beyt əl-Hikmə) elm məktəbi olub 825-ci ildə Abbasilər hökmdarı olan Əl Məmun tərəfindən Bağdadda, vaxtilə İranın cənubunda mövcud olmuş Qundişapur məktəbinin formasında yaradılmışdır. Bu məktəbin yaradılması kağızın hazırlanması ilə əlaqəli idi. Bağdadda həmin vaxt bir kağız istehsal edən dəyirman tikilir. Bağdadın Suk-əl-Vərrəqin adlı kağız bazarında 100-lərlə dükan fəaliyyət göstərirdi. Bu dükanların böyük əksəriyyəti müəllimlər və yazıçılara məxsus idi. Ən məşhur kağız tacirləri Əhməd ibn Abu Tahir (819-893) və Abu'l Fərəc Məhəmməd ibn İşaq (vəfat edib 995) sayılırdılar. Hikmət evində 90-a yaxın insan yunan dilində olan elmi ədəbiyyatların ərəb dilinə tərcüməsi ilə məşğul idilər. Burada o dövrdə məlum olan bütün antik dövrün alimlərinin əsərləri ərəb dilinə çevrilir.Tərcümə olunanların arasında Hippokratın, Platonun, Aristotelin, Ptolomeyin və Arximedin də işləri vardır. Dəyərli əsərlər tərcümə olunaraq onlara yeni həyat verilmişdir və onlar sonralar Avropada elm və texnikanın inkişafında dəyərli rol oynayırlar. Tarixçi əl Qüftinin məlumatına əsasən məktəbin təşkil olunmasında 37 xristian, 8 səbai və 9 yəhudi mənşəli şəxslər iştirak edirdilər.
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.
Qiymətli daşlar
Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar. Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar". Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…". Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir.
Qiymətli kağız
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.). Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.
Qiymətli kağızlar
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. == Qiymətli kağızların növləri == Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.). Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.
Cəlal Himməti
Cəlal Himməti (fars. جلال همتی‎; 6 may 1936, Kirmanşah – 23 sentyabr 2006, Los-Anceles, Kaliforniya) — İran pop müğənnisi. "Pərivaş" mahnısı ilə məşhurdur. == Haqqında == 1936-cı ildə Kirmanşahda dünyaya gəlmişdir. Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Los-Ancelesdə xəstəxanada 2006-cı ildə vəfat etmişdir.
Hökməli bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Divani-hikmət
"Divani-hikmət" (Hikmət evi) - ilk ədəbi məclis "Divan-ı Hikmət" ("Hikmət Evi") XIX əsr. Azərbaycanda qurulan ilk ədəbî məclislərdən biridir. 1820-1830-cu illər arasında, Gəncədə, şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbiylə, 1841-1846-cı illər arası faaliyətini Tiflisdə davam etdirmişdir. Yığıncaqlarına Azərbaycan şairləriylə bir arada ruslar, almanlar, ermənilər və b. da qatıldığı tək ədəbî məclisdir. "Divan-ı Hikmət'in faaliyətləri və toplantıları, Tiflisdə 1852-ci ilə, Mirzə Şəfi Vazehin ölümünə qədər, Gəncədə isə 1882-ci ilə, Mirzə Mehdi Nacinin ölümünə qədər davam etmişdir.
Hikmət Hacızadə
Hacızadə Hikmət Əbdürrəhim oğlu (11 noyabr 1954, Bakı – 20 noyabr 2020) — Azərbaycanın Rusiyadakı keçmiş səfiri. == Həyatı == Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir. 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib.
Hikmət Həsənov
Hikmət Həsənov (general-mayor) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun komandiri. Hikmət Həsənov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Hikmət Mahmudov
Mahmudov Hikmət İsmayıl oğlu (1936, İsmayıllı rayonu – 24 dekabr 2020) — geologiya-mineralogiya elmləri doktoru, professor == Həyatı == Mahmudov Hikmət İsmayıl oğlu 1936-cı il may ayının 15-də İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində dünyaya göz açmışdır. İsmayıllı rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsində təhsil almışdır. Oxuduğu müddətdə fakültənin ən fəal və istedadlı tələbəsi kimi tanınmışdır. 1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmiş və təyinatını Qazaxıstan Respublikasına almışdır. 1963–1964-cü illərdə Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və geoloq vəzifələrində çalışmışdır. Bu müddət ərzində H. Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinski vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişdir. O, Qazaxıstanda, xüsusən də Cənubi Muqodjar sahəsində qızılın olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik tərəfindən təşəkkürnamələr, fəxri fərmanlar və pul mukafatları almışdır. 1965-ci ildə isə onu Qazaxıstan Respublikiası Aktybinski vilayətinin Mərkəzi Geoloji Partiyasında yetkin mütəxəssis kimi rəis vəzifəsinə təyin edirlər. Qazaxıstanın rəhbər orqanları ona bacarığına və istedadına görə Əlcazairə göndərmək qərarına gəlirlər, lakin bu təklif Vətən sevgisi ilə əvəz olunur.
Hikmət Mirməmmədli
Hikmət Mirməmmədli (20 mart 1961, Bakı – 22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı. == Həyatı == Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə dünyasını dəyişib. === Ailəsi === Bəstəkar Nailə Mirməmmədlinin həyat yoldaşı olmuşdur. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Hikmət Mirzəyev
Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin) — Azərbaycan hərbi xadimi, general-leytenant (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı (2024-cü ildən), Vətən Müharibəsi Qəhrəmanı (2020). Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı (2014–2024), Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biridir. Hikmət Mirzəyev Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik etmişdir. == Həyatı == Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə hazırkı Biləsuvar şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub. Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.
Hikmət Muradov
Hikmət Muradov (tam adı: Hikmət Oqtay oğlu Muradov ; d. 1969, Bakı, Azərbaycan SSR - ö. 1991, Xocalı, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır. == Döyüşlərdə iştirakı == Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü.
Hikmət Məmmədov
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi fəaliyyət == 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.
Hikmət Nuriyev
Hikmət Mübariz oğlu Nuriyev (1 fevral 2002; Lerik, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hikmət Nəzərli
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı. Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Hikmət Osmanov
Hikmət Saleh oğlu Osmanov (30 iyul 1957, Azərbaycan, Quba rayonu, Cimi kəndi ) — Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, "Tərəqqi" medalı laureatı, fəlsəfə doktoru. == Həyatı == 1957-ci ildə Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Quba şəhər 2 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası) və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. == Karyera == Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur. 1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır. 1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır. 4 fevral 2008- ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Tərəqqi ” medalı ilə təltif edilmişdir.
Hikmət Qasımov
Hikmət Vidadi oğlu Qasımov (11 fevral 1990; Çölquşçu, Şabran, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Qasımov 11 fevral 1990-cı il tarixində Şabran rayonunun Çölquşçu kəndində anadan olub. Çölquşçu tam orta məktəbi bitirdikdən sonra 2008-2010-cu illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hikmət Qasımov Füzuli və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şabranda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.