Hikmət Vidadi oğlu Qasımov (11 fevral 1990; Çölquşçu, Şabran, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Hikmət Qasımov | |
---|---|
Hikmət Vidadi oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çölquşçu, Şabran, Azərbaycan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Hikmət Qasımov 11 fevral 1990-cı il tarixində Şabran rayonunun Çölquşçu kəndində anadan olub.[2] Çölquşçu tam orta məktəbi bitirdikdən sonra 2008-2010-cu illərdə hərbi xidmətdə olmuşdur.[3][4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hikmət Qasımov Füzuli və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şabranda dəfn edilmişdir.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]