Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Hacızadə Hikmət Əbdürrəhim oğlu (11 noyabr 1954, Bakı – 20 noyabr 2020, Bakı) — Azərbaycanın Rusiyadakı keçmiş səfiri.
Hikmət Hacızadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2020 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Atası | Əbdürrəhim Hacızadə |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
H.Hacızadə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir.
1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir.
Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları — bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.
17 noybar 2014-cü ildə Müsavat Partiyası sıralarından öz ərizəsi ilə istefa vermişdir.[1]
O, daha sonra yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərakatının Məşvərət Şurasının üzvü olmuşdur.[2]
Evli idi, bir oğlu var.
20 noyabr 2020-ci ildə vəfat etmişdir.[3]