Hikmətin əvvəli

Hikmətin əvvəli (ərəb. بداية الحكمة‎) — Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı kitab.

Hikmətin əvvəli
ərəb. بداية الحكمة
Müəllif Əllamə Təbatəbai
Janr Fəlsəfə
Mövzu İslam fəlsəfəsi
Orijinalın dili Ərəbcə
Ölkə Azərbaycan Azərbaycan
Tərcüməçi Rövşən Abdullaoğlu
Nəşriyyat Qədim Qala
Səhifə 264
ISBN ISBN 978-9952-8246-5-0

“Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəlsəfəsi tarixində tədris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hikmə”nin ortaya qoyduğu məsələlər, ağlın bəzi mətləbləri birbaşa, dəlilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsaləti, kəsrətdə vəhdət prinsipi, mahiyyətin qeyri-həqiqiliyi, zaman, səbəbiyyət qanununun mahiyyəti, Vacibin isbatı və xüsusiyyətləri kimi mühüm mövzulardan ibarətdir. “Bidayətul Hikmə” kitabında fəlsəfə öyrənmək istəyənlərin ilkin mərhələdə ehtiyac duyduqları bütün mətləblər vardır. Tanınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cəhətdən yetişməklərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əvvəli” kitabı da məhz “Bidayətul Hikmə” əsərinin əsasında işlənilmiş, qəliz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır.

Kitab 2016-cı ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə, şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Şərq fəlsəfəsi kitabları" silsiləsindən 264 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

  1. "Hikmətin Əvvəli" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]