Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)
Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir. == Təsviri == Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir. Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə. İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı. Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir.
İkon
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Conatan İkone
Nanitamo Conatan İkone (2 may 1998) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Pari Sen-Jermen === İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır. === Monpelye (icarə) === 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Lill === 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Tomohiko İkoma
Tomohiko İkoma (25 avqust 1932 - 27 aprel 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
İlona Elek
İlona Elek (mac. Ilona Elek; 17 may 1907, Budapeşt – 24 iyul 1988, Budapeşt) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır. == Karyerası == İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir. O, 1946-1947, 1949-1950 və 1952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.
İlona Staller
İlona Staller və ya Çiççolina (ing. Ilona Staller) — İtaliya pornoaktrisası, müğənnisi və siyayasətçisidir. == Həyatı == Anna İlona Staller 26 noyabr 1951-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə doğulub. 1964-cü ildə model agentliyində işləməyə başlayıb. İtalyan vətəndaşı ilə ailə qurduqdan sonra İtaliyaya köçmüş və buranın vətəndaşlığını almışdır. 1970-ci illərdə rejissor Rikardo Skikki ilə tanış olaraq, bir sıra porno janrlı filmlərdə iştirak etmişdir. Populyarlıq qazandıqdan sonra özünə Çiççolina ləqəbini götürmüşdür. 1992-ci ildə sonuncu pornoqrafik filmə çəkilir və 1996-cı ilə qədər digər janrlı filmə iştirak edir. 1979-cu ildən Çiççolina Yaşıllar partiyasına qoşulur. İtaliyanın siyasi arenasında aktivliyi ilə seçilir.
İlona Çakova
İlona Çakova (çex. Ilona Csáková, 1 oktyabr 1970-ci ildə Heb) — 1998-ci ildə 10 solo albom çıxararaq və Çexiya Respublikasının ən çox albom satan pop-müğənnisi oldu. Česko hledá SuperStar musiqi şousunda münsiflər heyətinin üzvüdür. == Bioqrafiyası == Xebe şəhərində anadan olmuşdur. Atası macar, anası isə rumındır. Hələ uşaq olarkən «Kəpənəklər» musiqi ansamblında ifa edirdi. Gitarada ifaçılığı belə oyrənmişdir. Səhnədə ilk debutunu 1985-ci ildə «Alotriop» qızlar qrupunda etmişdir. 1980-ci illərdə məktəb imtahanlarını verir və «Laura A Její Tygři» qrupuna daxil olur. Bu qrup Bolqarıstan, Almaniya və Fransaya qastrol səfərləri təşkil etmişdir.
İvona Levandovska
İvona Levandovska (19 fevral 1985) — Polşalı marafonçu. İvona Levandovska Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İvona Levandovska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni qət edə bilmədi.
Jonatan İkone
Nanitamo Conatan İkone (2 may 1998) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Pari Sen-Jermen === İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır. === Monpelye (icarə) === 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Lill === 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.
İlona Zeynalova
İlona Zeynalova (9 yanvar 2005) — Azərbaycanı təsmil edən bədii gimnast. == Həyatı == İlona Zeynalova 2005-ci il yanvarın 9-da anadan olub. == Karyerası == İlona Zeynalova 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Daha sonra İlona Zeynalova 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu. Həmçinin İlona Zeynalova Polşa və Macarıstanda beynəlxalq turnirlərin qalibi oldu və Azərbaycan Çempionatını bürünc medalla başa vurdu. 2023-cü ildə isə İlona Zeynalova Polşada beynəlxalq turnirin qalibi oldu və Azərbaycan Çempionatını gümüş medalla başa vurdu.
İvona Bleçarzik
İvona Bleçarzik (1987; pol. Iwona Blecharczyk) ― polşalı tır sürücüsü və yutuber. O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmış, 2021-ci ildə isə sahibi və operatoru olduğu "Imagination Transport" nəqliyyat şirkətini qurmuşdur. == Bioqrafiya == Bleçarzik Polşanın Alt-karpat vyodalığında, Kosteva kəndində anadan olub. O, 2007-ci ildə Miss Polşa gözəllik müsabiqəsində iştirak etmişdir. 2010-cu ildə universiteti bitirən İvona Bleçarzik ixtisaslı ingilis dili müəllimi olub. O, Polşadan İngiltərəyə gedən marşrutlarda mikroavtobus sürücüsü kimi işləyib, daha sonra geyim sənayesində çalışıb. Bleçarzik 2011-ci ildə peşəkar yük maşını sürücüsü kimi fəaliyyətə başlayıb. O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmışdır. O, bu kanalda öz yük maşınının kabinəsindən çəkdiyi videoları paylaşır və nəqliyyatla bağlı mövzularda söhbətlər edir.
İkon (kompüter)
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
İona (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Ankona
Ankona (it. Ancona) — İtaliyada şəhər. Marke vilayətinin və eyni adlı Ankona əyalətinin inzibati mərkəzi. == Ümumi məlumat == Adriatik dənizi sahilində (28.2.2010 etibarıyla) 102.477 əhalisi olan bir liman şəhəridir. Ancona, Adriatik dənizinin ən böyük ticarət limanıdır. Adriatik dənizi sahilində, Konero burnunun şimal sahilindədir. Mühüm dəniz portu. Aeroport. Dəmiryol stansiyası. Hərbi dəniz bazası.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, ) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Cirona
Girona (rəsmi olaraq və kat: Girona; isp: Gerona) — İspaniyanın Kataloniya muxtariyyətində şəhər. Barselona şəhərindən təxminən 100 km məsafədə yerləşən şəhərin 2018-ci il məlumatlarına əsasən yüz mindən artıq əhalisi mövcuddur. Girona, katalon əsilli insanların ən sıx yaşadığı şəhərlərdən biridir.
İkeca
İkeca (ing. Ikeja; yor. Ikeja) — Nigeriyanın Laqos ştatının paytaxtı. == Adı == İkeca sözü Ikorodu and Epe Joint Administration (ing. İkorodu və Epe Bitişik İdarəsi) ifadənin abbriveaturasıdır. == Kompüter kəndi == İkecada Otiqba adı altında tanınan kompüter bazarı var. O, öz fəaliyyətini 1997-ci ildə başlayıb. O vaxt, bu bazarda cəmi 10 dükkan işləyirdi. Bu gün isə, ordaki dükkanların sayı 3000-dən artıqdır. Onların çoxu, yerin adına uyğun olaraq, komyuter satışı və təmiri ilə məşquldur.
İkema
İkema (yap. 池間島) — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 2,8 km² təşkil edir. 2002-ci il məlumatına görə adada 801 nəfər yaşayır. Əhali İkema qədəbəsində cəmləşmişdir. İkema adası əsasən düzənlik relyefə malikdir. Ən hündür nöqtəsi 28 metr təşkil edir. Miyakocima adası ilə körpü ilə biləşir. Əsasən avtomobil nəqliyyatı ilə əlaqə yaradılır.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. == Tarixi == Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
İrina
İrina — ad.
İlons
İlons (fr. Ilonse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 40,59 km², əhalisi — 132 nəfərdir (2006) artım tendensiyası ilə: 173 nəfər (2012), əhalinin sıxlığı 4,3 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 172 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 111 nəfər.
Akkona (səhra)
Akkona (it. Accona) — İtaliyanın Siena vilayəti, Toksana regionunda yerləşən səhra. İllik yağıntının miqdarı 600 mm təşkil edir. İllik günəşli günlərin miqdarının çoxluğu və isti küləklər buxarlanmanı yüksək edir. İllik yağıntının miqdarı 22 °C təşkil edir. Orta əsrlərdə səhrada Monte-Oliveto-Macore monastrı inşa edilmişdir.
Alona Koşevatskiy
Alona Koşevatskiy (d. 8 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. Alona Koşevatskiy 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Koşevatskiy həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Alona Koşevatskiy 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
İnönü
İnönü bu mənaları ifadə edə bilər:
Qyona
Qyona (yun. Γκιώνα) — Yunanıstanda dağ. Ölkənin mərkəzi hissəsində, Parnas və Vardusiya dağları arasında yerləşir. Yunanıstanın beşinci ən yüksək zirvəsidir. Zirvənin hündürlüyü dəniz səviyyəsindən 2510 metrdir. == İstinadlar == == Xarici keçidlər == "GIONA MOUNTAIN". 2008-06-16 tarixində arxivləşdirilib.