Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzobar (meteorologiya)
İzobar — xəritədə müəyyən vaxtda atmosfer təzyiqinin bərabər olduğu nöqtələri birləşdirən izoxət. Bu xəritələrin üstünə qoyulmuş rəqəm atmosfer təzyiqinin neçə mm.-ə (və ya mb.-a) bərabər olduğunu göstərir.
İzobar proses
İzobar proses (yun. "baros" – ağırlıq, çəki) – makroskopik sistemin halının sabit təzyiqdə dəyişməsi prosesi (p = const). Qazı qızdırdıqda onun hərəkət edən porşenli silindrdə genişlənməsini izobar proses hesab etmək olar. İzobar prosesi aşağıdakı nisbətlərə bərabərdir: Sistemə ötürülən istilik enerjisi iş görülməsinə və sistemin daxili enerjisinin (U) dəyişməsinə sərf olunur. Termodinamikanın birinci qanununa əsasən Q = Δ U + W {\displaystyle Q=\Delta U+W\,} burada W qaz tərəfindən görülən iş, U qazın daxili enerji və Q verilən istilik enerjisidir. Qapalı sistemdə təzyiq-həcm işi aşağıdakı kimi müəyyən edilir: W = ∫ p d V {\displaystyle W=\int \!p\,dV} burada Δ bütün proses üzrə dəyişiklik deməkdir, d isə diferensialı bildirir. Təzyiq sabit olduğundan, bu o deməkdir ki W = p Δ V {\displaystyle W=p\Delta V} İdeal qaz qanununu tətbiq etməklə, alırıq ki W = n R Δ T {\displaystyle W=n\,R\,\Delta T} R qaz sabitini, n isə sabit qaldığını qəbul etdiyimiz maddənin miqdarını ifadə edir (məsələn, kimyəvi reaksiya zamanı faza keçidi yoxdur).Daxili enerjinin dəyişməsi sistemin temperaturundan asılıdır. Δ U = n c V , m Δ T {\displaystyle \Delta U=n\,c_{V,m}\,\Delta T} burada cV,m sabit həcmdə molar istilik tutumudur. Son iki tənliyi birinci tənliylə əvəz etməklə izobar qazlar üçün verilən istiliyin təsiri altında qazın temperatur dəyişməsini təyin edə bilərik. Q = n c V , m Δ T + n R Δ T Q = n Δ T ( c V , m + R ) Q = n Δ T c P , m {\displaystyle {\begin{aligned}Q&=n\,c_{V,m}\,\Delta T+n\,R\,\Delta T\\Q&=n\Delta T(c_{V,m}+R)\\Q&=n\Delta Tc_{P,m}\end{aligned}}} burada cP sabit təzyiqdə molar istilik tutumudur.
İzomer
İzomerlər – molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə deyilir. Bərabər hissələrdən ibarət, başqa sözlə, eyni brutto formula malik olan deməkdir; tautomeriya – izomerliyin bir növüdür və bu izomerlik zamanı tautomerlərin sürətlə bir-birinə çevrilməsi baş verir. “Tautomeriya” terminini (yunan sözü tautos – “həmin özü”, meros – “hissə”) 1885-ci ildə alman kimyaçısı Konrad Laar (1853-1929) daxil etmişdir. O, sian turşusunun iki formasının prototrop çevrilməsini öyrənmişdir. “Prototrop” sözündə birinci hissə hidrogen atomunun (protonun) miqrasiyasını göstərir, ikinci hissə yunan tropos – “istiqamət, üsul, xarakter” sözündəndir. == İzomerləşmə == İzomerləşmə - üzvi birləşmənin tərkib və molekul kütləsi dəyişilmədən başqa quruluşlu birləşməyə çevrilməsidir. İzomerləşmədə molekulun karbon skleti, funksional qrupların xarakteri, yaxud onların molekulda yerləşmə ardıcıllığı dəyişir, bəzən karbon atomları tsikli kiçilir (böyüyür). == İzomerlik == İzomerlik- bəzi kimyəvi birləşmələrin öz tərkibini və molekul kütləsini dəyişmədən fəza quruluşunu dəyişməsi, nəticədə yeni fiziki-kimyəvi xassələr kəsb etməsi. Alınan birləçşmə izomer adlanır. Sklet izomeri molekulun skletini əmələgətirən karbon atomlarının müxtəlif formalarda birləşməsindən yaranır.
Zober
Zober (e.ə. I əsrin sonu - b.e. I əsrin əvvəlləri) — Qafqaz Albaniyasının çarı. E.ə 38/37-ci ildə Qafqaz Albaniyasının hökmdarı oldu. E.ə 36-34-cü illərdə Publi Kanidi Krass, produktor Mark Antoninin başçılığı ilə Roma qoşunlarına qarşı vuruşdu. Hakimiyyəti b.e I əsrin əvvəllərinə qədər çəkdi. Hakimiyyəti Arrana ötürdü. == Mənbə == К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.
Zoqar
Zoqar (ibranicə "şəfəq", "işıq" deməkdir) — Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II–III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir. == Məzmunu == Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə "Zoqar" adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Kabbalistlərə görə, əgər bir adam səslə "Zoqar"ı oxusa və oxuduğundan heç nə anlamasa belə, bu kitabdan şüuraltı səviyyədə fayda götürəcəkdir. XVI əsrdə "Zoqar" elə nüfuza malik idi ki, onu hər alim əldə etmək istəyirdi. Orta əsrlərdə kitabın oxucuları, əsasən, yəhudi mistisizmi ilə maraqlanan xristianlar idi. Onlar bu təlimi dinlərinə uyğunlaşdırmağa çalışmışlar.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
İzübr
İzübr (lat. Cervus canadensis xanthopygus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinin kanada maralı növünə aid heyvan yarımnövü. Yarımnöv ilk dəfə 1869-ci ildə Pekin ətrafında qeydə alınmışdır. Bu yarımnövə əsasən Rusiya (İrkutsk vilayəti, Zabaykal diyarı, Uzaq Şərq), Çin (Şimali Mancuriya) və Koreya ərazisində yayılmışdır.
Böyük Nikobar
Böyük Nikobar (ing. Great Nicobar, hind. बड़ा निकोबार) — Nikobar adaları arxipelaqının ən böyük adası. Adanın sahəsi 1045 km²-dir, bu isə arxipelaq ərtazisinin yarıdan çoxu deməkdir. Ada Sumatra adasından 100 km şimal-qərbdə yerləşir. == Coğrafiyası == Ərazisinin 85 % cəngəlliklərlə örtülüdür. Burada eyni adlı biosfer qoruğu yerləşir. Burada olan bir çox bitki və heyvan növləri ancaq Nikobar adalaerında və Böyük Nikobar adasında müşahisdə edilir. Adanın ən cənub nöqtəsi İndira burnudur. Bura həm də Hindistanın ən cənub nöqtəsidir.
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == Coğrafiyası == Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.
Kiçik Nikobar
Kiçik Nikobar (ing. Little Nicobar, hind. छोटा निकोबार) — Nikobar adaları arxipelaqının cənubunda yerləşən ada. Böyük Nikobar adasından 7,5 km şimalda, Katçall adasından 70 km cənubda yerləşir. Ada 24 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 159 km². 2001-ci il siyahıya alınmasına görə adada 432 nəfər yaşayır. Maksimal hündürlüyü 435 metrdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra əhalisi qonşu adaya köçürülmüşdür.
Nikobar adaları
Nikoba adaları (ing. Nicobar Islands, hind. निकोबार द्वीप समूह, Tamil diliநக்காவரம்) — Benqal körfəzində yerləşən, Hindistana məxsus olan adalar. Hindisranın birləşmiş ərazilərinə daxildir. Sahəsi 1814 km² təşkil edir. 2004-ci ildə baş verən zılzələ və ardından olmuş sunami nəticəsində 42 min nəfər ölmüşdür. Adalar qrupuna 22 ada daxildir. Onlardan cəmi 12-də yaşayış vardır. Nikobar adalarının sakinləri demək olar ki, siviliziyasiya ilə heç bir əlaqəsi yoxdur. Onla ibtidai quruluşda yaşayırlar.
Sebastyen İzambar
Sebastien İzambard (7 mart, 1973, Paris, Fransa) fransız pop müğənni və İl Divo qrupunun üzvü. == Həyatı == Sebastien İzambard 7 mart 1973-cü ildə Parisdə kasıb ailədə dünyaya gəlmişdir. Atası İzambardın altı yaşı olanda anasını, İzambardın özünü və nənəsini evdə yalnız buraxıb qaçmışdı. Kasıbçılıq içində olduqlarından İzambard bir dəfə mağazadan yemiş oğurlamış və anasına aparmışdı. Anası isə onun yemişi oğurladığını öyrəndikdə İzambardın geri qayıdıb mağaza sahibindən üzr istəməsini tələb etmişdi. İzambard böyüdükcə musiqiyə olan sevgisi artırdı. O ilk dəfə Fransada pop musiqiçi kimi fəaliyyətə başlamışdır, ilk olaraq Libre adlı albomu işıq üzü görmüşdü. Si Tu Savais adlı musiqisi isə Fransada ən çox dinlənilən mahnılar arasında birinci yerdə qərarlaşmışdı. Oxumaqdan əlavə İzambard həm bəstəkardı, həmçinin piano və gitarada çalmağı bacarır. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
İzoxor proses
İzoxor proses (yun. "chora" – tutum) – makroskopik sistemin halının sabit həcmdə dəyişməsi prosesi (V = const). İstənilən həcmdə və ya elektrik lampasında olan qazı qızdırdıqda onun təzyiqinin artması izoxor prosesdir.
İzba
İzba - Rusiya, Ukrayna, Belarusiyada meşə ərazilərində tirlərdən tikilən qədim ev. Çöl, gillə zəngin olan ərazilərdə isə mazanka (xata) adlı evlər tikirdilər. == Tarixi == XIII əsrə qədər izba özündə tirdən tikilmiş evləri özündə birləşdirirdi. Bu tirlər torpağın 3-4 metr dərinliyinə qədər basdırılırdı. İlk əvvəl qapılar olmasa da, onu balaca giriş deşiyi əvəz edirdi. Onlar ölçüsü təxminən 0,9-1 metr olan tir cütünün bir- birinə bitişdirilərək və üzərinə pərdə salınan formada idi. İzbanın içərisində daşlardan qurulmuş ocaq olurdu. Tüstünün evdən çıxması üçün deşik yox idi. Bunun belə edilməsinə səbəb ocağa qənaət etmək idi ki, bunun nəticəsində tüstünün istiliyi evdə qalaraq evi isti saxlayırdı. Döşəmə torpaqdan idi və üzərinə su tökülməsi ilə torpaq hamar olur və bərkiyirdi.
Nobar hamamı
Nobar hamamı — Təbrizdə Qacar dövrünə aid hamamlardan biri. Bu hamam təbrizli memar Bala Kazımın əsərlərindəndir. == Haqqında == Nobar hamamı Qacarlar dövründə Nobar qapılarının yanında tikilib. Bu qapı Təbrizin ən qədim qapılarından biri olub. Hamam 700 kv metr ərazini əhatə edir. 1994-cü ilə qədər hamam kimi istifadə olunub. 1999-cu ildən isə mədəni abidələr siyahısına salındıqdan sonra restoran kimi fəaliyyətini davam etdirir. Hamam Tərbiyət küçəsinin yaxınlığında İmam Xomeyni küçəsində yerləşir.
Zobor teleqülləsi
Zobor teleqülləsi ( slovak. Vysielač Zobor Vysielač Zobor ), Slovakiyanın Zobor dağında Nitra şəhərində yerləşən bir bina. == Tikinti == 1980-ci illərdə televiziya siqnalını yaymaq üçün Zoborun üst hissəsində mast quruldu. Dəmir-beton qüllə 1993-cü ildə inşa edildi və bu cür yeni obyektlərdən birinə çevrilmişdir. Qüllənin hündürlüyü 64 m, antennaları 11,5 m, çəkisi isə 2,5 tondur. == Asılı seçimlər == Tuna yamacının üzərindəki əlverişli yer xüsusilə cənub və cənub-qərb istiqamətində yaxşı siqnal yayır.
İşoba şəlaləsi
İşoba şəlaləsi və ya Eyşabad şəlaləsi- Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehastanının İşoba kəndində yerləşən şəlalədir.
İzola (Fransa)
İzola (fr. Isola) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Etyen-de-Tine kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 97,98 km², əhalisi — 571 nəfərdir (2006) artım tendensiyası ilə: 747 nəfər (2012), əhalinin sıxlığı 7,6 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 769 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 747 nəfər.
Kinyolo d'İzola
Kinyolo d'İzola (it. Chignolo d'Isola) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 35 kilometr (22 mil) şimal-şərqində və Berqamodan təxminən 11 kilometr (7 mil) cənub-qərbdə yerləşir. Əhalisi 3029 nəfər (2008), əhalinin sıxlığı 564 nəfər/km². Sahəsi 5 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 035.
İbar qayaları
İbar qayaları — Cənubi Şetland adalarında, Bonert qayasından 0,4 km şərqdə, Qrinviç adasından Kanto nöqtəsindən isə 1 km cənub-şərqdə yerləşən iki qaya. "Islote Ibar" və "Islote Teniente Ibar" ifadələri 1950-ci illərdə Çili hidroqrafik cədvəllərində görünmüşdü və daha böyük və qərbdə yerləşən qayanı bildirmək üçün istifadə olunmuşdu. Leytenant Mario İbar P. 1947-ci ildə Qrinviç adasında Çili Kapitan Arturo Prat Bazasının açılışının rəsmi aktını imzalayan şəxsdir. == Xəritələr == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009.
İzar çayı
İzar çayı — Avstriyanın Alplarından Almaniya sərhəddindən başlanğıc götürərək, Bavariyanın cənub-şərqindən axaraq Dunay çayına tökülür. Çayın uzunluğu 291,50 km, hövzəsinin sahəsi isə 8962,29 km²-dir. == Ümumi məlumatlar == Öz yuxarı axarında İzar tipik dağ çayıdır. Bu hissələrdə dağ çaylarının idman növləri geniş yayılıb. Axınının geniş hissəsinin isə o Cənubi Bavariyanın alçaq dağlıq hissələrindən keçir. Uzun illər bu çay yeterincə çirkli hesab edilirdi ki, bunun üçün də orada çimməyə icazə verilmirdi. Ancaq son dövrlərdə bu çay təmizlənməkdədir. Həmçinin Münhen və digər şəhərlərin əhalisi bu çayın sahillərində isti aylarda istirahət edirlər.
Şalaurov İzba
Şalaurov İzba — Çukot yarımadası, Şərqi Sibir dənizi sahillərində yerləşir. Hündürlüyü 6 metrdir. Ferdinand Vrangel tərəfindən 1823 ildə, Fyodor Fyodorviçin Nikita Şalaurovun qışlama izini aşkarlaması ilə əlaqədar adlandırmışdır. Şalauron gəminin qəzaya uğramasından sonra burada qışlamışdır. Burunda naviqasiya Radioizotop termoelektrik generatoru quraşdırılmışdır. 2003-ci ildə generatorun radiasiya sızması həddindən artıq olmuşdur.. 2012 ildə isə generador buradan çıxarılmış və zərərsizləşdirilmişdir. == Həmçinin bax == Bolşoy Baran == İstinadlar == == Mənbə == О. Куваев. Странная судьба Никиты Шалаурова // «Вокруг Света», № 12, 1969, стр.
Andaman və Nikobar adaları
Andaman və Nikobar adaları (hind. अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). == Coğrafiya == Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır.
İzör (Alye)
İzör (fr. Yzeure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzör kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03321. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12 515 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 7990 nəfər (15-64 yaş arasında) 5334 nəfər iqtisadi cəhətdən fəal, 2656 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 66.8%, 1999-cu ildə 67.1%). 5334 aktiv adamdan 4922 nəfəri (2434 kişi və 2488 qadın), 412 nəfəri işsizdir (203 kişi və 209 qadın). Aktiv olmayan 2656 nəfər arasında 761 nəfər şagird və ya tələbə, 909 nəfər təqaüdçü, 986 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.