Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katalan Respublikası
Katalan Respublikası (1641) — Katalan Respublikası (1931) — Katalan Respublikası (2017) — 27 oktyabr 2017-ci ildə müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Katalan böhranı
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma. == Arxaplan == Katalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi. İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi. == Böhranın başlanğıcı == Senytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.
Katalan dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Ejen Şarl Katalan
Ejen Şarl Katalan (30 may 1814[…], Brügge – 14 fevral 1894[…], Lyej, Valloniya[d]) — riyaziyyatçı. Daimi kəsrlər, təsviredici həndəsə, ədədlər nəzəriyyəsi və kombinatoriks üzərində çalışmaları vardır.
Eygene Çarlz Katalan
Ejen Şarl Katalan (30 may 1814[…], Brügge – 14 fevral 1894[…], Lyej, Valloniya[d]) — riyaziyyatçı. Daimi kəsrlər, təsviredici həndəsə, ədədlər nəzəriyyəsi və kombinatoriks üzərində çalışmaları vardır.
Katalan Respublikası (2017)
Kataloniya (kat. Catalunya; isp. Cataluña; oks. Catalonha) və ya rəsmi adı ilə Katalan Respublikası (kat. República Catalana, isp. República Catalana, oks. Republica Catalana) — 1 oktyabr 2017 tarixində Kataloniya Muxtar Vilayətinin ərazisində katalan hakimiyyətinin keçirdiyi müstəqillik haqqında referendumun nəticələrinə əsasən, 27 oktyabr 2017 tarixində müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət, İspaniya Krallığı daxilində yerləşən de-yure inzibati ərazi vahidi. == Coğrafiyası == Kataloniya Avropanın cənub-qərbində, Piriney yarımadasında yerləşir. Şimalda Fransa və Andorra, qərbdə İspaniyanın Araqon, cənub-qərbdə isə İspaniyanın Valensiya regionu ilə həmsərhəddir. Ölkənin şərqində Aralıq dənizi yerləşir.
Katalan müstəqillik hərəkatı
Kataloniya müstəqillik hərəkatı — tarixən törəmiş sosial hərəkat. Hərəkatın məqsədi Kataloniyanın İspaniyadan ayrılmağı və müstəqil bir dövlət olmağıdır. "Mavi" və "qırmızı" versiyası olan Estelada bayrağı onun əsas simvolu olmuşdur. Senyera Estelada, 20-ci əsrin əvvəllərində Kuba və Puerto Rican devrimci bayraqları ilə ənənəvi Katalan Senyera birləşməsidir. O vaxtdan etibarən Estelada bir neçə bayrağı özündə birləşdirdi: Estelada Vermella ilə sol tərəfli Respublikaçılığı təmsil edən bayrağını, daha konservativ hərəkatını təmsil edən Estelada Blava bayrağını və hətta Estelada Blaugrana ilə FC Barcelona-nın Müstəqilliyini dəstəkləyən bayraqlarını birləşdirdi. Katalan Müstəqillik hərəkatı 1922-ci ildə Francesc Macià siyasi partiya Estate Català (Katalan Dövləti) qurduqdan sonra başladı. 1931-ci ildə Estat Català və digər partiyalar Esquerra Republicana de Catalunya (Solçu Kataloniya Respublikası) meydana gətirdi. Macià 1931-ci ildə Katalan Respublikasını elan etdi, sonra ikinci İspaniyanın liderləri ilə danışıqlar aparıldıqdan sonra ispan dövləti daxilində muxtariyyət qəbul etdi.İspan Vətəndaş müharibəsi zamanı General Fransisko Franko 1938-ci ildə Katalan avtonomiyasını ləğv etdi. 1975-ci ildə Franco ölümündən sonra, Katalan siyasi partiyaları müstəqillikdən çox muxtariyyətə yönəlmişdi. kat.
Katalanlar
Ümumi sayı = 9,000,000
Kasalan (Miyanə)
Kasalan (fars. كسلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (59 ailə).
Katalaun döyüşü
Katalaun döyüşü — 451-ci ilin yayında Fransanın şimal-şərqində yerləşən Katalaun çölündə baş vermiş döyüş. "Xalqlar döyüşü" də adlanır. Aetiusun (Aetsinin) sərkərdəlik etdiyi Roma qoşunları və onların müvəqqəti müttəfiqləri — vestqotlar, burqundlar, franklar, alanlar və b. Attilanın başçılıq etdiyi hunların və onların tabeliyində olan tayfaların — ostqotların, gepidlərin və b.-nın qoşunları ilə vuruşmuşlar. Bu savaşda 130 mindən artıq adam həlak olmuşdu. Avropa tarixçiləri hesab edirlər ki, Attila və hunlar bu savaşda məğlubiyyətə uğrayıblar. Türk tarixçiləri isə savaşda Attilanın qələbə çaldığını bildirirlər. Güman etmək olar ki, həmin savaşda tərəflərdən heç biri digərinə həlledici zərbə endirə bilməyib, lakin bu faktı da nəzərə almaq lazımdır ki, Katalaun çölündəki savaşdan az sonra hunlarla Roma arasında imzalanan müqavilədə Attila faktiki olaraq onu qane edən şərtləri romalılara diktə etmişdir.
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Katalon dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. == Haqqında == Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. == Əsas komponentlər == Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Kutalan (Urmiya)
Kutalan (fars. كوتالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (53 ailə).
Katalin Kariko
Katalin Kariko (17 yanvar 1955, Solnok, Macarıstan Xalq Respublikası) — macar mənşəli amerikalı biokimyaçı. Dryu Vaysman ilə "COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyaları ilə bağlı kəşflərə" görə 2023-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibi. == Həyatı == Orta məktəbdə o, bəzi fənlərdə fərqlənir və Moritz Zsigmond İslahat Gimnaziyasını bitirir. Seqed Universitetində fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Kariko tədqiqatlarını davam etdirdi və Macarıstan Bioloji Tədqiqatlar Mərkəzinin Biokimya İnstitutunda postdoktorluq təqaüdünə başladı. 1985-ci ildə o, əri və iki yaşlı qızı ilə Macarıstandan ABŞ-a getdi.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Katakana
Katakana, 10-cu yüzillikdə Yaponiyada yaranan Əlifbadir. Bu xətt Çindən Yaponiyaya gətirilmiş Kanci xətdindən yaranib.
Katalaza
Katalaza - hidrogen- peroksidi (H2O2) dihidrogen (H2) və dihidrogen- monooksidə (H2O, su) parçalayan enzim (ferment). Tərkibində Fe3+ kationu saxlayır. Bu günə qədər hidrogen peroksidi katalaza enzimindən sürətli parçalayan katalizator nə tapılmış, nə də sintez edilməmişdir. Hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks katalaza peroksidat (CAT-H2O2) adlanır. Tənəffüs zamanı ağ ciyərlərimizdə hidrogen- peroksid alınır. Bu maddə tibdə istifadə edilməsinə baxmayaraq zəhərlidir. Bu səbəbdən orqanizmdə katalaza enziminə ( fermentinə )ehtiyac olur. Katalaza demək olar ki, bütün aerob orqanizmlərdə tapılmışdır. Katalaza dörd subvahiddən əmələ gəlmişdir və tərkibində təxminən 2 milyon aminturşu qalığı mövcuddur, yəni tetramerdir . Bu dörd subvahiddə hidrogen- peroksidlə reaksiyaya daxil olmağa imkan verən hem var.
Kataloq
Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. Kataloq sözü digər mənalarda da işlənə bilər: faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq. == E-kataloq == Hazırda qlobal səviyyədə İKT nin inkişafı əsasən veb texnologiyaların, o cümlədən internet servisinin dinamik inkişafı mövcud xidmətlərin elektron variantının hazırlanmasına səbəb olmuşdur. Elektron ticarət, elektron kommersiya, elektron təhsil və s. O cümlədən bildiyimiz fiziki kataloqları da indi elektron kataloqlar əvəzləməkdədir. Kitabxanalar, şirkətlər və s. qurumlar kütləvi şəkildə e-Kataloq servisindən istifadə etməkdədirlər. Dünya məkənında olduğu kimi Azərbaycan da elektron kataloq anlayışı inkişaf etməkdə və nəticə etibarı ilə müvafiq internet resurslar hazırlanmaqdadır. Növbəti linklər bu resursların bəziləri və ən populyarlarıdır. == Xarici keçidlər == Baku Info Arxivləşdirilib 2019-08-31 at the Wayback Machine Kataloq.net Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine Directory.Az Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine Azərbaycan Biznes Bələdçisi Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Katalpa
Katalpa (lat. Catalpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yumurtavari katalpa (Catalpa ovata) === Digər növləri === Catalpa bignonioides Walter – Catalpa brevipes Urb. – Catalpa bungei C.A.Mey. – Catalpa cassinoides Spreng. – Catalpa communis Dum.Cours. – Catalpa cordifolia Moench – Catalpa denticulata Urb. – Catalpa domingensis Urb. – Catalpa duclouxii Dode – Catalpa ekmaniana Urb. – Catalpa fargesii Bur.
Kayahan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. == Karyerası == Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Kotavan
Kutakan
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Mamalan
Mamalan (az-əbcəd. مامالان‎, fars. مامالان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 359 nəfər yaşayır (126 ailə).
Naftalan
Naftalan — Azərbaycan Respublikasının Gəncə-Daşkəsən iqtisadi rayonunda şəhər. Azərbaycanın qərb bölgəsində Goranboy şəhəri yaxınlığında turistik əhəmiyyətli şəhəri. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Adının etimologiyası == Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. == Tarixi == 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Xəmsə əsərində yazmışdır. O, Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi.
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.