Katalin Sili

Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri.

Katalin Sili
mac. Szili Katalin
Doğum tarixi 13 may 1956(1956-05-13) (68 yaş)
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, ecologist
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir.

2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur. 1998-2002-ci illərdə Macarıstan Milli Məclisi sədrinin müavini vəzifəsində çalışmışdır.

Macarıstanda 2005-ci il prezident seçkilərində Macarıstan Sosialist Partiyasından prezidentliyə namizəd idi. 7 iyul 2005-ci ildə Sili müxalifət namizədi Şoyom Lasloya seçkilərdə uduzur. Macarıstan konstitusiyasında prezidentin Macarıstan Milli Assambleyası tərəfindən seçilməsi nəzərdə tutulur. Buna görə müxalifətin qələbəsi gözlənilməz bir addım olur.

2009-cu ildən Sosialist Partiyasının daxili müxalifətinə keçir. Həmin il Sili parlamentin spikeri vəzifəsindən istefa verir, onu Bela Katon əvəz edir[1]. 2010-cu ildə Gələcək Hərəkat İttifaqını qurur və 2010-cu ildə Macarıstanda keçirilən parlament seçkilərində bəzi dairələrdə öz namizədlərini irəli sürür. Sili partiyanın yerli şöbəsinin sədri olduğu Baranya dairəsindən Sosialist Partiyasının partiya siyahısında Macarıstan Parlamentinə seçilir.

Müstəqil deputat

[redaktə | mənbəni redaktə et]

2010-cu il oktyabrın 3-də keçirilən yerli seçkilərdən sonra İctimai Birlik qurur və onun ilk sədri oldur. Nəticədə rəsmi olaraq müstəqil bir deputat kimi parlament fəaliyyətini davam etdirərək Macarıstan Sosialist Partiyasından və onların parlament qrupundan ayrılır. Ancaq seçilmiş millət vəkili olaraq, 2014-cü ildə bitən dörd illik müddətə xidmət edir.

17 oktyabr 2013-cü ildə Katalin Sili və onun partiyası olan İctimai Birlik, digər 11 partiya və vətəndaş qrupları ilə koalisiyaya girir və İctimai Sosial Partiyanı qurulur[2]. Onun yeni partiyası 5% faiz baryerindən keçə bilmir, nəticədə 20 il davam edən parlamentdəki mandatını itirir.

  1. "Katona Béla váltja Szilit az Országgyűlés élén". 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  2. "Ex-Socialist speaker of parliament forms Community for Social Justice party". 17 October 2013. 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2014.