Kotavan

KotavanAzərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Şirvan düzündədir.

Kotavan
40°22′31″ şm. e. 47°25′52″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdaş rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0320[1]
Xəritəni göstər/gizlə
Kotavan xəritədə
Kotavan
Kotavan

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Keçmişdə həm də Elavlı (elavlı nəsli bu kənddə məskunlaşdığı üçün) adlanmışdır. Yerli əhalinin məlumatına görə, kənd əvvəlcə Qarabağda olmuş, XVIII əsrdə indiki yerə köçürülmüşdür. Hazırda Ağdam rayonunun Boyəhmədli kəndinin ərazisində Kotavan arxı adlı yer mövcuddur. Bəzi tədqiqatçılara görə, kəndin adı fars dilindəki qut (qala) sözündən və məkan bildirən -van şəkilçisindən ibarət olub (-i bitişdirici saitdir), "qala yeri" mənasındadır. A.Bakıxanov keçmişdə kənddə möhkəm qalanın olduğunu yazırdı. İstər yazılı abidələrin, istərsə muasir monqol, buryat, uyğur dillərində xota/xotan/xoton/xot sözləri "Şəhər", "kənd", "Şəhər divarı", "ağıl", "tövlə" mənalarını ifadə edir. Van komponenti isə Qafqaz, Yaxın və Orta Şərq toponimiyasında "ev", "yer", "ölkə", "yaşayış məntəqəsi" və s. mənalarda işlənir. Odur ki, kəndin adını "kənd yeri", "yaşayış məskəni" kimi də izah etmək olar.[2]

Şəhidləri[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsində həlak olanlar

İkinci Qarabağ müharibəsində həlak olanlar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.