Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərimət Bürcəliyeva
Kərimət Məhəmməd qızı Bürcəliyeva (10 aprel 1925, Qazma – 20 noyabr 1985, Qazma, Balakən rayonu) — Sovet Azərbaycanlı tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).
İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir. == Bioqrafiyası == İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. Məhəmməd İkrim peyğəmbərliyin ilk illərində atası ilə birlikdə onu və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir. == Məkkənin fəthi == İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.
Kiriyet
Kiriyet (qaq. Kiriyet) — Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Uilyam Krimer
Vilyam Krimer - Ümumiyyətlə Randal olan göbək adıyla tanınan 1903-cü ildə Nobel Sülh Mükafatını qazanan, İngilis Liberal Parlament üzvü və pasifist. == Həyatı == Krimer İngiltərədə, Hampşirdə kiçik kasıb işçi sinifi olan bir ailənin uşağı olaraq doğulmuşdur. Doğumunun ardından ailəsi onu, digər iki qardaşıyla birlikdə uşaqlar evinə buraxaraq onları tərk etmişdir. 15 yaşına çatanda bir dülgər sexində şagird olaraq işə başladı. 1852-ci ildə isə Londona gedərək dülgər ustalığı etməyə başlamışdır.30 yaşına çatdığında işçilərin gündə doqquz saat işiylə əlaqədar Londonda dülgərlər ilə birlikdə kampaniya təşkil etdi. Bu kampaniya sayəsində London Ticarət Şurası üzvlüyündə milli bir lider halına gəldi. Krimer 1864-cü ildə qurulan Beynəlxalq İşçi Birliyinin 1865-ci ildə yeni baş katibi seçildi. Lakin iki il sonra bu vəzifəsindən istefa etdi. 1874-cü ildə Parlament üzvü üçün namizəd oldu, lakin qazana bilmədi. Ardından 1885-ci ildən 1895-ci ilə qədər və daha sonra vəfat etdiyi 1908-ci ilə kimi müstəqil Parlament üzvü olmuşdur.
Vilyam Krimer

Mustafa Edige Kırımal
Mustafa Edige Kırımal və ya Mustafa Edige Şinkeviç (1911, Bağçasaray, Tavriya quberniyası[d] – 22 aprel 1980, Münxen) — litva tatarı, ictimai xadim, Krım tatar milli mərkəzinin sədri. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası qarşısında Krım tatarlarının maraqlarını müdafiə etmiş və nasist işğalından sonra Krımda qurulmuş Simferopol Müsəlman Komitəsinin üzvü olmuşdur. == Həyatı və fəaliyyəti == Mustafa Edige Kırımal 1911-ci ildə Bağçasarayda anadan olub. Litva tatarlarından olan o, həm də Litva müsəlmanları müftisinin qardaşı oğlu idi. Birinci Dünya Müharibəsi ərəfəsində onun ailəsi Krıma köçür. Simferopol Pedaqoji İnstitutunda təhsil alıb. 1923-ci ildən 1927-ci ilə qədər Krımda fəaliyyət göstərən Milli Hərəkat Təşkilatında fəaliyyət göstərib. Sovet təqibindən qurtulmaq üçün birinci Azərbaycana gəlmiş Vəli İbrahimovun həbs edilib məhkəmə qərarı ilə güllələnməsindən sonra isə İrana keçmişdir. 1932-ci ildən İstanbulda yaşayıb 2 ildən sonra isə Vilnüsə köçüb. 1934-cü ildə Vilnüs Universitetinə daxil olub, 1939-cu ildə isə oranı bitirib.
Cəfər Seyidəhməd Krımər
Cəfər Seyidəhməd Krımər (1 sentyabr 1889 – 3 aprel 1960) – Krım Türklərinin liderlərindəndir. Yaltada doğulub. 1917-ci ilin 26 noyabrından Krım Cümhuriyyətində Hərb və Xarici İşlər Naziri olub. Krımın işğalından sonra Türkiyə və Avropada Krımın istiqlalı mücadiləsini aparıb. Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından olub. == Həyatı == Rəsulzadə və Mirzə Bala Məmmədzadənin önəmli yoldaşlarından biri də antisovet fəaliyyəti ilə tanınan, böyük türkçü Qaspıralı İsmayılın məktəbini davam etdirən Cəfər Seyidəhməd Krımərdi. Cəfər Krımər 1 sentyabr 1889-cu ildə Krımın Yafta vilayətinin Kızıltac kəndində anadan olmuşdur. Daha sonra gənc yaşlarında təhsil almaq üçün İstanbula getmişdir. 1917-ci ildə I Krım-Tatar Xalq Konqresinin yaradılmasında, 1917-ci il noyabrın 1-də Krım Xalq Cümhuriyyətinin elan edilməsində, konstitusiyanın, seçki qanununun hazırlanmasında Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin və Baş qərargahın yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1918-ci ildə bolşeviklər Krımı işğal edib Çələbi Cihan və dostlarını güllələyəndə Cəfər Seyidəhməd Krımər Türkiyəyə getməyə məcbur oldu.
Kırım Muxtar Respublikası
Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır. === Milli tərkibi === == İnzibati quruluşu == Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil.