Vilyam Krimer - Ümumiyyətlə Randal olan göbək adıyla tanınan 1903-cü ildə Nobel Sülh Mükafatını qazanan, İngilis Liberal Parlament üzvü və pasifist.
Vilyam Krimer | |
---|---|
William Randal Cremer | |
Doğum tarixi | |
Doğum yeri | Fareham,Böyük Britaniya |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | London, İngiltərə |
Vəfat səbəbi | ağciyər iltihabı |
Vətəndaşlığı | İngiltərə |
Elmi dərəcəsi | professor |
Üzvlüyü |
|
Mükafatları | Nobel sülh mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Krimer İngiltərədə, Hampşirdə kiçik kasıb işçi sinifi olan bir ailənin uşağı olaraq doğulmuşdur. Doğumunun ardından ailəsi onu, digər iki qardaşıyla birlikdə uşaqlar evinə buraxaraq onları tərk etmişdir. 15 yaşına çatanda bir dülgər sexində şagird olaraq işə başladı. 1852-ci ildə isə Londona gedərək dülgər ustalığı etməyə başlamışdır.30 yaşına çatdığında işçilərin gündə doqquz saat işiylə əlaqədar Londonda dülgərlər ilə birlikdə kampaniya təşkil etdi. Bu kampaniya sayəsində London Ticarət Şurası üzvlüyündə milli bir lider halına gəldi.
Krimer 1864-cü ildə qurulan Beynəlxalq İşçi Birliyinin 1865-ci ildə yeni baş katibi seçildi. Lakin iki il sonra bu vəzifəsindən istefa etdi. 1874-cü ildə Parlament üzvü üçün namizəd oldu, lakin qazana bilmədi. Ardından 1885-ci ildən 1895-ci ilə qədər və daha sonra vəfat etdiyi 1908-ci ilə kimi müstəqil Parlament üzvü olmuşdur.
Krimerin evləndiyi ilk həyat yoldaşı 1874-cü ildə, ikinci həyat yoldaşı isə 1884-cü ildə ölmüşdür. 1903-cü ildə Nobel Sülh mükafatından £ 8000 sterlinq qazanmışdır. 1875-ci ildə Haggerstonda qurulan bir İbtidai məktəbə Vilyam Krimer adı verilmişdir.