Mustafa Edige Kırımal

Mustafa Edige Kırımal və ya Mustafa Edige Şinkeviç (1911[1][2], Bağçasaray, Tavriya quberniyası[d]22 aprel 1980, Münxen) — litva tatarı, ictimai xadim, Krım tatar milli mərkəzinin sədri. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası qarşısında Krım tatarlarının maraqlarını müdafiə etmiş və nasist işğalından sonra Krımda qurulmuş Simferopol Müsəlman Komitəsinin üzvü olmuşdur. [3]

Mustafa Edige Kırımal
Doğum tarixi 1911[1][2]
Doğum yeri
Vəfat tarixi 22 aprel 1980(1980-04-22)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mustafa Edige Kırımal 1911-ci ildə Bağçasarayda anadan olub. Litva tatarlarından olan o, həm də Litva müsəlmanları müftisinin qardaşı oğlu idi. [4][5]Birinci Dünya Müharibəsi ərəfəsində onun ailəsi Krıma köçür. Simferopol Pedaqoji İnstitutunda təhsil alıb. 1923-ci ildən 1927-ci ilə qədər Krımda fəaliyyət göstərən Milli Hərəkat Təşkilatında fəaliyyət göstərib. Sovet təqibindən qurtulmaq üçün birinci Azərbaycana gəlmiş Vəli İbrahimovun həbs edilib məhkəmə qərarı ilə güllələnməsindən sonra isə İrana keçmişdir. 1932-ci ildən İstanbulda yaşayıb 2 ildən sonra isə Vilnüsə köçüb. 1934-cü ildə Vilnüs Universitetinə daxil olub, 1939-cu ildə isə oranı bitirib.

II Dünya Müharibəsi başladıqdan sonra Türkiyəyə geri dönüb. 1941-ci ilin dekabrında Berlinə gələrək, burada mühacir Krım tatarlarından ibarət, Nasist Almaniyasına loyal milli təmsilçilik qurmağa çalışır. 1942-ci ilin noyabr dekabr aylarında almanlar tərəfindən işğal edilmiş Krımda, Simferopol Müsəlman Komitəsinin üzvü olur. 1943-cü ilin yanvar ayında Üçüncü reyx tərəfindən rəsmi olaraq Krım tatar Milli Mərkəzinin sədri kimi tanınır. 17 mart 1945-ci ildə Krımal və Krım tatar Milli Mərkəzi Üçüncü Reyx tərəfindən krım tatarlarının yeganə rəsmi təmsilçisi kimi tanınıb.[6]

Müharibədən sonra Qərbi Almaniyada yaşayıb. 1952-ci ildə Münsterdə yerləşən Vilhelm Universitetində doktorluq dərəcəsi alıb. 1954-1972-ci illərdə Münhendə SSRİ tarixi və mədəniyyətinin öyrənilməsi institutunda fəaliyyət göstərib. 1952-ci ildə alman dilində "Krım türklərinin milli mübarizəsi" kitabını yazıb.

1980-ci ildə Almaniyada dünyasını dəyişərək orada dəfn edilib. 2007-ci ildə isə nəşi əvvəlki yerindən çıxarılaraq Bağçasarayda Zincirli mədrəsənin ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.[6]

  1. 1 2 Edige Kirimal // NUKAT. 2002.
  2. 1 2 Edige Kirimal // MAK (pol.).
  3. Заир Ъ-Акадыров. "Крымские татары заложили пантеон" (rus. ). kommersant.ru. 21 may 2007. 18 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.
  4. Edward Allworth. The Tatars of Crimea: Return to the Homeland : Studies and Documents. Duke University Press. 1998. səh. 342. ISBN 978-0-8223-1994-8.
  5. Marek Zybura. Józef Mackiewicz i krytycy: antologia tekstów. Wydawn. LTW. 2009. səh. 535. ISBN 978-83-7565-093-8.
  6. 1 2 "Mustafa Edige Kırımal". kiriminsesigazetesi.com. 6 oktyabr 2018. 6 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.