Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brayan Krenston
Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəhrəmanı Volter Vaytı canlandırdığına görə məşhurlaşıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal rolunda çəkilib. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və bir "Qızıl Qlobus" mükafatı laureatdır. == Həyatı == Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub. Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub. Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi. Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb.
Elvin Krenzlayn
Elvin Kristian Krenzlayn (12 dekabr 1876, Miluoki, Viskonsin – 6 yanvar 1928) — "müasir maneələri dəf etməklə qaçış yarışlarının atası sayılan" ABŞ-lı yüngül atletika idmançısı. O, 1900 Yay Olimpiya Oyunlarında iştirak etməklə Olimpiya Oyunları tarixində ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış ikinci idmançıdır. Beləki, 1896 Yay Olimpiya Oyunlarında almaniyalı idmançı Karl Şuman gimnastika və güləş üzrə dörd Olimpiya qızılı qazanmışdır. 2012-ci ilə kimi Elvin Krenzlayn bir Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə dörd qızıl medal qazanmış yeganə yüngül atletika idmançısı idi (Cessi Ouens 1936 Yay Olimpiya Oyunlarında ayrı-ayrı növlər üzrə üç Olimpiya qızılına və komanda estafet yarışlarından isə bir Olimpiya qızlına sahib olmuşdur). Krenzlayn həmçinin açıq ayaqla maneələri dəf etmənin ilk təşəbbüsçüsü kimi də tanınır. == Həyatı və karyerası == Kreznlayn ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində anadan olub. O, milliyətcə alman olan pivəçi İohann Georq Kreznlayn və Mariya Avqusta Şmidtin oğludur. Onun ailəsi sonralar ABŞ-nin Viskonsin ştatının Miluoki şəhərinə köçdü və Kreznlayn burda orta məktəbə gedib. Bu orta məktəbdə o, idmana cəlb olunub. 1895-ci ildə Vinkonsin Məktəblərarası Çempionat zamanı bir neçə növ üzrə - 100 yard məsafəyə qısa qaçış, 120 yard hündür maneələri dəf etməklə qaçış, 220 yard aşağı maneələri dəf etməklə qaçış, hündürlüyə tullanma və mərmi atma yarışlarında birinci yerin sahibi olub.
Dren
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Kran
Kran (qurğu)
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Üren
Üren Xan - türk və altay mifologiyasında hasat ilahı. Məhsulların bərəkətli olmasını təmin edir. Hasat mövsümündə əkinlərin harman edilməsində mülkiyyətçilərə asanlıq və güc verir. Harman alətlərinin İyelerini (qoruyucu ruhlarını) o göndərir. == Etimologiya == (Ür) kökündən törəmişdir. "Üremek" (törəmək) felindən qaynaqlanır. Ürün (məhsul) sözüylə eyni kökdən gəlir.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ren
Ren (fr. Rennes, IPA: [ʁɛn]) — Fransanın Brötan regionun paytaxtı , İl və Vilen departamentində yerləşən şəhərdir. == Demoqrafiyası == == Qardaşlaşmış şəhərlər == Setif, Əlcəzair Löven (nid. Leuven, fr. Louvain, alm. Löwen‎), Belçika Ekseter (ing. Exeter), Böyük Britaniya Xyüe (vyet. Huế), Vyetnam Erlanqen (alm. Erlangen‎), Almaniya Kork (ing. Cork, irl.
Brem Koen
Brem Koen (ing. Bram Cohen; 12 oktyabr 1975, Nyu-York, Nyu-York ştatı) — İnternet dünyasının məşhur şəxslərindən biri, "BitTorrent" protokolunun yaradıcısı, istedadlı proqramçı. == Həyatı == Brem Koen 12 oktyabr 1975-ci ildə ABŞ-də anadan olmuşdur. Onda proqramlaşdırma istedadı kiçik yaşlarından özünü büruzə verir. Belə ki, Brem hələ beş yaşı olarkən ilk dəfə Basic proqramlaşdırma dili ilə tanış olur. Gələcək proqramçı Nyu-Yorkda "Stuyvesant High School"da oxuyur, orada ən istedadlı tələbələrdən biri olur. Brem America Mathematical Olympiad (USAMO) kimi tematik olimpiadalarda iştirak edir, uğur qazanır və mütəxəssislərin diqqət cəlb edir. Onun öyrənmək qabiliyyəti və yüksək intellekti ətrafındakılar heyrətləndirirdi. 1993-cü ildə "Brem Koen Stuyvesant"ı bitirir və Buffalo Universitetinə daxil olur. Daha sonra Brem təhsili tərk edir və işə başlayır.
Eren Albayraq
Ərən Albayraq (orijinal adı: türk. Eren Albayrak. d. 23 iyun 1991; İstanbul, Türkiyə) — Türkiyəli futbolçudur. Hal-hazırda Super Liqa komandalarından olan Konyaspor komandasında oynayır. == Futbolçu karyerası == İlk dəfə Bursaspor komandasında oynayan Albayraq, 2006-cı ildə Bursasporda peşəkar futbolçu oldu və 23 sentyabr 2008-ci il tarixində Fənərbaxça ilə olan oynalınan Süper Liqa müsabiqəsində 80-cı dəqiqədə oyuna daxil olaraq ilk Süper Liqa matçında oynamış oldu. Daha sonra bəzən Süper Liqa matçlarında sonradan oyuna daxil olsa da, PAF-da komanda oyunçusu olaraq görülüb. Bursaspor komandasında Ərtoğrul Sağlamın müəllimlik etdiyi zamanlarda Məhəmməd Dəmir ilə bərabər A komandasına daxil edildi. Məhəmməd Dəmir ilə bərabər Bursaspor ilə mövsüm sonu bitəcək müqavilənin vaxtını artırmadıqları üçün, müqavilə bitdikdən sonra heyət xaricində qaldı. Liqanın son vaxtlarında, Qalatasaray komandasında sona qədər oynayacağı qəti qərarı olsada, mövsümün sonunda o Trabzonspor komandasına transfer olmuşdur.
Eren Yeqa
Eren Yeqa (yap. エレン・イェーガー, Eren Yēgā), animenin altyazılı və dublyaj versiyalarında Eren Jaeger (Almanca: Jaeger/Jäger, "Ovçu") Hacime İsayamanın yaratdığı Attack on Titan manqa seriyasının baş qəhrəmanı və uydurma personajıdır. Eren anasını yeyən və divar Mariyanın (ing. Wall Maria; Wōru Maria (ウォール・マリア)) Şiqanşina rayonundakı şəhərini yerlə-yeksan edən titanlar (yap. 巨人) kimi tanınan nəhəng canlılardan qisas almağa and içən bir yeniyetmədir. Titanları məğlub etmək üçün Eren hərbi xidmətə yazılır və "Kəşfiyyat Birliyi"(ing. Survey Corps) -nə qoşulur. (Titanlarla divarların xaricində döyüşən və həmçinin onların nə ilə vuruşduğunu bilmək üçün Titanların fiziologiyasını öyrənən elit əsgərlər qrupu). Hekayə irəlilədikcə Eren daha sonra "Hücum Titanı" (yap. 進撃の巨人, Shingeki no Kyojin) kimi tanınan titan olmaq gücünü qazanır.
Fren Dreşer
Frensin Coy Dreşer (ing. Francine Joy Drescher; 30 sentyabr 1957, Flaşinq[d], Nyu-York ştatı) — ABŞ aktrisası və yazıçısı. 1993-cü ildə "The Nanny" serialında rol aldı. Fren Fayn rolu ilə 2 dəfə Emmi mükafatına və bir dəfə Qızıl qlobusa namizəd göstərildi.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. == Həyatı == Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Karen Armstronq
Karen Armstronq (14 noyabr 1944[…], Vusterşir[d]) — dinə dair kitabları ilə tanınan İrlandiya katolik əsilli İngilis müəllifi və şərhçisidir. O, 14 noyabr 1944-cü ildə Worcestershire ştatının Wildmoor şəhərində anadan olub. Armstronq 2008-ci ilin fevralında 100.000 ABŞ dolları dəyərində TED Mükafatını alıb. == Kitabları == Dar Qapıdan (Through the Narrow Gate.) 1982. Dünyanın Başlanması (Beginning the World) 1983. İlk Xristian: Müqəddəs Paulun Xristianlığa Təsiri (The First Christian: Saint Paul's Impact on Christianity) 1983. Od dilləri: Dini və Poetik Təcrübə Antologiyası (Tongues of Fire: An Anthology of Religious and Poetic Experience) 1985. Müqəddəs Müharibə: Səlib yürüşləri və onların bugünkü dünyaya təsiri. (Holy War: The Crusades and their Impact on Today's World.) 1988. Məhəmməd: Peyğəmbərin tərcümeyi-halı (Muhammad: A Biography of the Prophet.) 1991.
Karen Karapetyan
Karen Vilhelmoviç Karapetyan (erm. Կարեն Վիլհելմի Կարապետյան; 14 avqust 1963, Stepanakert) — Ermənistan baş naziri(13 sentyabr 2016 – 9 aprel 2018), Ermənistan baş naziri səlahiyyətlərinin icraçısı(9 aprel-17 aprel 2018; 23 aprel 2018-ci ildən), İrəvanın keçmiş meri (2010–2011), hakim Ermənistan Respublika Partiyası tərəfindən Ermənistan baş nazirliyinə namizədliyi irəli sürülüb. == Tərcümeyi-halı == 1970–1980 — İrəvan şəhər Lev Tolstoy adına 128 saylı orta məktəbində təhsil alıb. 1980–1985 — İrəvan Dövlət Universitetinin riyaziyyat fakültəsində təhsil alıb. 1989 — iqtisad elmləri namizədi elmi adını alıb. 1996–1998 — "Ermenerji" QSM baş direktorunun müavini. 1998–2001 — "Ermenerji" QSM baş direktoru. 2001 — "Ermrosqazprom" QSC baş direktoru. 2008 — Ereksimbank şurasının sədri. 17 dekabr 2010–28 oktyabr 2011 — İrəvanın meri.
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Karen Kokburn
Karen Kokburn (2 oktyabr 1980, Toronto) — Kanadanı təmsil edən batut gimnastı. Karen Kokburn, 2000, 2004, 2008 və 2012-ci illərdə Kanadanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında bürünc, 2004 Afina və 2008 Pekin Olimpiadalarında isə gümüş medal qazanan Karen Kokburn, həmdə Dünya Çempionatlarında 2 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. == Karyerası == === 2000 Sidney Olimpiadası === Karen Kokburn, 2000-ci ildə Kanada bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Kokburn, 37.40 xal topladı və 8 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı. === 2004 Afina Olimpiadası === Karen Kokburn növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 39.20 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı. === 2008 Pekin Olimpiadası === Karen Kokburn üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 37.00 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq yenə Olimpiya Oyunlarının gümüş medalını qazandı. === 2012 London Olimpiadası === Karen Kokburn sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı.
Karen Qillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı. On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.
Karen Şahnəzərov
Karen Şahnəzərov (8 iyul 1952, Krasnodar) — rejissor. Əslən Şahnəzərovlardandır. Tanınmış Sovet və rus kinorejissoru, ictimai xadim, "Mosfilm" konserninin baş rejissoru və idarə heyətinin sədri, Rusiyanın Xalq artisti.
Karen Şeperd
Karen Şeperd (ing. Karen Sheperd; d. ABŞ) — ABŞ döyüş ustası, film və televiziya aktrisasıdır. Karate üzrə 1978-1980-cı illərdə qadınlar arasında 1-ci yeri tutmuşdur. 1997-ci ildə "Qara kəmər" jurnalında qadın mükafatçılar arasında 1-ci yerə layiq görülmüşdür. Həmçinin, Karen Kunq-fu, Ciu-citsu, Kenpo, Cüdo və digər döyüş sənətləri ilə məşğul olub.
Karen Blinksen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı bir müəllif və yazıçı. İngilis dilli ölkələrdə Isak Dinesen, Alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə də məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri və hekayələrindən biri olan Babetta bayramı ilə lap çox tanınır, onların hər ikisinin əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi. Kiçik qardaşı Tomas Dinesen Birinci Dünya Müharibəsində Victoriya Xaçını qazanmışdı.
Karen Cromie
Karen Cromie (24 sentyabr 1979 – 28 yanvar 2011) — İrlandiyalı Paralimpiyaçı, İngilis avarçəkmə və basketbol idmançısıdır. Pekin 2008 Olimpiadasında Paralimpiya Divizionunda yarışdı və beşinci oldu. 2005–2006-cı illər arasında Cromie GB Əlil arabalı Basketbol Milli Komandasının tərkibində basketbol oynamış və gümüş medal qazanmışdır. 2009-cu ildə İrlandiya Paralimpiya Basketbol komandasına seçilmiş və 2011-ci ildə 31 yaşında intihar edərək ömrünü başa vurmuşdur.
Karen Dəmirçyan
Karen Dəmirçyan (17 aprel 1932, İrəvan, Ermənistan SSR, SSRİ – 27 oktyabr 1999, İrəvan) — SSRİ partiya xadimi Ermənistan KP MK-nın birinci katibi
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Ərən
Ərən - türk xalq inancında Övliya deməkdir. İrən və ya Yirən də deyilir. Ərmiş olaraq da adlandırılar. Özünü Tanrıya və onun yoluna həsr etmiş, fövqəladə işlər bacaran və Tanrı tərəfindən qorunan, kömək edilən müqəddəs adam. == Xüsusiyyətləri == Fövqəladə hissləri və bacarıqları vardır. İstədikləri zamanda istədikləri məkanda ola bilərlər. Tanrı onların dualarını qəbul edər. Dua etsələr bol yağış yağar və bərəkət gəlir. Dağ ətəklərində gəzər, dağlarda və mağaralarda yaşayırlar. Eliklərlə (dağ keçiləriylə) və geyiklərlə gəzərlər.
Alp Ərən
Alp Ərən-Salur Qazanın evi yağmalandığı boyda adı çəkilən Oğuz qəhrəmanlarından biri İlək qoca oğlu Alp Ərəndir. Alp Ərən qədim türk dilində «igid», «qəhrəman döyüşçü» mənasını ifadə edir.