Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi.
Hart Kreyn | |
---|---|
ing. Harold Hart Crane | |
Doğum tarixi | 21 iyul 1899[1][2][…] |
Vəfat tarixi | 27 aprel 1932[2][3][…] (33 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Fəaliyyəti | şair, yazıçı |
Fəaliyyət illəri | 1916-cı ildən |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | romantizm |
Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil.
Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır. Şahidlər onun ömrünün son günlərində ölmək üçün çabaladığını iddia edir. Belə ki, o dəfələrlə sərsəm hərəkətlərlə döyülmək üçün qadağan olunmuş hərəkətlər edir, intim mövzularda danışır, çoxlu içirdi. Nəhayət, çox içdiyi günlərdən birində aprelin 27-də Nyu-Yorka gedən gəminin göyərtəsindən özünü dənizə atır. Onu tapmaq üçün uzun vaxt sərf olunsa da, axtarışlar bir nəticə vermir.
Amerikalı şair Hart Kreyn 1932-ci ildə 32 yaşında özünü dənizə ataraq intihar edib. Kreyndən üç il əvvəl şair dostu Harri Krosbi intihar etmişdi. Bir il əvvəl isə o, atasını itirmişdi. Kreyn gəmi ilə Meksikadan qayıdarkən özünü dənizə atıb və son dəfə qışqıraraq bu sözləri deyib: “Hamınız salamat qalın”.