Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luise Stablein
Luise Stablein (15 sentyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Luise Stablein Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Liza luciae
Sent–Lüsiya kefalı (lat. Liza luciae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Lujits dilləri
Sorb dilləri (y.sorb Serbsce, a.sorb Serbski) — Hind-Avropa dillərinin Qərbi Slavyan filialı altında təsnif edilirlər. Almaniya şərq ində yerləşən Lusatiya regionunda Slavyan azlıqı olan Sorbların anadilidir. Tarixən kimi tanınan Vend dili (Wendish) və ya Lusatiya dili (Lusatian) kimi də tanınır. polyak, Kaşub, Çex və Slovak dillərinə sıx bağlıdır. İki ədəbi dili var: Yuxarı sorbca (y.sorb hornjoserbsce), ki Saksoniyada 40,000 nəfər tərəfindən danışılır və Aşağı sorbca (a.sorb dolnoserbski) Brandenburqda 10,000 nəfər tərəfindən danışılır. Bu iki dil danışılan ərazi Lusatiya kimi tanınır (Łužica,Yuxarı sorbcada Łužyca Aşağı sorbcada, və ya Lausitz Almancada).
Luis
Luis — ad. Luis Kerroll — ingilis yazıçısı. Luis Quzman — Puerto-Riko əsilli ABŞ aktyoru.
Lujin boğazı
Lujin boğazı — Sakit okeanına daxil olan Ançiferova adasını Paramuşir adasından ayırır. Oxot dənizini Dördüncü Kuril boğazı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 15 km təşkil edir. Dərinliyi 700 m-ə çatır. Şərq sahilində Fusso vulkanı vardır. Boğazda Neproydennıy, Kapustnıy (Paramuşir),Terkut (Ançiferova) burunları vardır. Bura Fusso və Selasura çayları tökülür. Mərkəzi hissədə Mayora körfəzi yerləşir. Kapustıy burnundan Lujina boğazı Dördüncü Kuril boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Mahlon Lumis
Mahlon Lumis (ing. Mahlon Loomis; 21 iyul 1826 – 13 oktyabr 1886) — yer atmosferində yüklü təbəqələrin olması ideyasına əsaslanaraq simsiz rabitə və elektrik enerjisi istehsal edən sistem təklif etməklə tanınan amerikalı diş həkimi və ixtiraçı. == Həyatı == Mahlon Lumis 26 iyul 1826-cı ildə Amerikanın Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Mahlon Lumis simsiz teleqrafiyanın ilk tədqiqatçılarından biridir. Lumis 1872-ci ildə naqilsiz əlaqə üçün dünyada ilk patenti almışdır. Təəssüflər olsun ki, onun aparatlarının çertyojları günümüzə qədər saxlanmayıb. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Margeret Lurie
Margeret Lurie (22 aprel 1999-cu ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Ageratina luciae-brauniae
Ageratina luciae-brauniae (lat. Ageratina luciae-brauniae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aşağı lujits dili
Aşağı sorb dili (a.sorb Dolnoserbski) Şərqi Almaniyanın Brandenburq regionunun bu gün tərkib hissəsi olan tarixi Aşağı Lusatiya vilayətində danışılan Slavyan azlıq dili
Yuxarı lujits dili
Yuxarı sorb dili(y.sorb Hornjoserbšćina) — Almaniyanın Saksoniya regionunun bu gün tərkib hissəsi olan tarixi Yuxarı Lusatiya vilayətində sorblar tərəfindən danışılan bir azlıq dili. Aşağı sorb, çex, polyak, slovak və kaşub dilləri ilə birlikdə Qərbi slavyan dil ailəsini formalaşdırır.
Bernard Luis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Filipe Luis
Filipe Luis Kasmirski (d. 9 Avqust 1985, Yaraqua do Sul, Santa Catarina), Braziliyalı futbolçu. La Liqa ekiplerinden Atletiko Madrid'də və Braziliya milli futbol komandasında forma geyinmekdədir. Müdafiənın solunda və ya Yarımmüdafiəçi kimi çıxış edir .
Herbert Luis
Herbert Luis (alm. Herbert Louis‎; 12 mart 1900, Berlin – 11 iyul 1985, Münxen) — Almaniyadan dəvət edilmiş və Türkiyədə müasir coğrafiya elminin qurucularından biri olmuşdur. == Həyatı == Herbert Lius 12 mart 1900-cü ildə Almaniyanın paytaxtı Berlində anadan olub. Berlin Universitetinin Fən Ədəbiyyat Fakültəsində coğrafiya, geologiya və fizika fakültəsində təhsil almışdır. Məzun olduqdan sonra, 1935-ci il 12 avqustda Berlin Universitetində coğrafiya professoru vəzifəsinə təyin olunmuşdur.1925-ci ildə doktorluq müdafiə etmişdir. 1930-cu ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən Ankaraya dəvət edilmiş və yeni qurulan Dil və Tarix Coğrafiya Fakültəsində coğrafiya professoru təyin edilmişdir. Herbert Louis Türkiyədə 8 il pedaqoji və araşdırma fəaliyyəti aparmışdır. 1943-cü ildə Almaniyanın Köln Universitetində Coğrafiya kafedrasında Ədliyyə professoru təyin edilmiş və 1965–1966-cı illərdə qonaq professor kimi Türkiyədə həmin fakültəyə dəvət edilmişdir. Türkiyədəki fəaliyyəti dövründə onun dərs dediyi tələbələr təkcə orta təhsil müəssisələrində müəllim kimi işləməmiş, həm də, universitetlərdə elm sahəsində, müxtəlif hökumət işlərində çalışmışlar. 1968-ci ildə Almaniyanın Münhen Universitetinin coğrafiya şöbəsi Ord.
II Luis
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
Luis Kerrol
Luis Kerrol (27 yanvar 1832[…] – 14 yanvar 1898[…]) — ingilis yazıçısı. Daha çox Alisa möcüzələr ölkəsində və Alisa xəyal güzgüsündə əsərləri ilə tanınır. == Həyatı == Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş. Bir gün parkda oynayan 3 qız uşağının foto çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlamışdır. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın ğördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur.
Luis Kerroll
Luis Kerrol (27 yanvar 1832[…] – 14 yanvar 1898[…]) — ingilis yazıçısı. Daha çox Alisa möcüzələr ölkəsində və Alisa xəyal güzgüsündə əsərləri ilə tanınır. == Həyatı == Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş. Bir gün parkda oynayan 3 qız uşağının foto çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlamışdır. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın ğördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur.
Luis Moura
Luis Paradela
Luis Xavier Paradela Diaz (21 yanvar 1997-ci ildə anadan olub) — Kuba təmsilçələrindən olan Pinar del Rio klubunda hücumçu kimi çıxış edən peşəkar Kuba futbolçusudur. == Milli karyerası == Paradela Kuba milli futbol komandasında debütünü 27 avqust 2018-ci ildə Barbados millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Kuba rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, 8 sentyabr 2018-ci ildə Törks və Kaykos adaları millisinə qarşı oyunda het-triklə yadda qalmış və millisi rəqibinə 11-0 hesabı ilə qalib gəlmişdir. Bu nəticə Törks və Kaykos adaları millisinin ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Milli komanda === 11 sentyabr 2018 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Kuba hesablamasının birinci siyahısındadır.
Luis Quzman
Luis Quzman (isp. Luis Guzmán; 28 avqust 1956) — Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Luis Rios
Luis Fernando Rios (d. 30 may 1953) — Argentinalı biatlonçu. Luis Rios Argentinanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luis Rios birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Rios 40:36.5 saniyəlik nəticəsi ilə 64 atlet arasında 60-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Luis Ruiz
Luis Armando Ruiz Karmona (3 avqust 1997, Karakas) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zulia klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Həyatı == 3 avqust 1997-ci ildə anadan olub. == Milli karyerası == Luis Ruiz Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Luis Seqoviya
Luis Covanni Seqoviya Veqa (isp. Luis Geovanny Segovia Vega; 26 oktyabr 1997, Kito, Ekvador) — Ekvador təmsilçilərindən olan El Nasyonal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Seqoviya peşəkar karyerasına El Nasyonal klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 25 iyul 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. Seqoviya ilk qolunu 27 avqust 2015-ci ildə El Nasyonal klubu ilə Kito şəhəri təmsilçisi olan Universidad Kito klubuna qarşı oyunda vurmuşdur. == Milli karyerası == 2017-ci ildə Seqoviya Ekvadorun gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Seqoviya Çili, Paraqvay, Venesuela, Uruqvay, Argentina və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Lüzine
Lüzine (fr. Luzinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38215. Kommunanın 1999-cu il üçün əhalisi 2157 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Luis Stadlober
Luis Stadlober (23 iyul 1991) — Avstriyalı xizək yürüşçüsü. Luis Stadlober Avstriyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luis Stadlober birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Stadlober 3:23.01 saniyəlik nəticəsi ilə 80 atlet arasında 53-cü yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Luis Suarez
Luis Alberto Suarez Diaz (24 yanvar 1987[…], Salto) — Uruqvaylı futbolçu. Braziliyanın "Qremio" klubunun və Uruqvay milli futbol komandasının oyunçusu. == Klub karyerası == === Nasyonal === Peşəkar futbolçu kimi karyerasını Uruqvayda Nasyonal FK klubunda başlayıb. 2005–2006-cı il mövsümündə Uruqvay çempionluğunu qazanıb. Bu klubda 27 oyunda meydana çıxıb və 10 qol vurub. === Groningen === 1 iyul 2006 tarixində, Groningen Suarezin azad agent olaraq transfer etdi. Suárez, 2006–07 mövsümündə 29 matça çıxdı və 10 qol vurdu. Groningen forması ilə ilk matçına 20 avqust 2006-cı ildə, Feyenoord matçında forma geydi. Maç 3–0 qalibiyyət ilə nəticələndi. Groningen adına ilk qolu isə 1 oktyabr 2006 tarixində, Vitesse qarşısında 2 qol vuraraq qeyd etdi.
Luis Vinisiyo
Luis Vinicius de Menezes (port. Luís Vinícius de Menezes; 28 fevral 1932, Belu-Orizonti), Luis Vinisio (port. Luís Vinício olaraq da bilinir port. Luís Vinício) və ya Luis Vinício (it. Luís Vinicio) — Braziliya və İtaliya vətəndaşlığı olmuş keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyerasını bitirəndən sonra məşqçi kimi işləyib. "Viçentsa" klubunun A Seriyasında ən çox qol vuran oyunçusu. == Karyerası == Luis Vinisiyo karyerasına 1950-ci ildə "Botafoqo" klubunda başlamışdır. "Botafoqo" klubunda Vinisiyo üçün orda ən uğurlu il 1953 idi, bu ildə futbolçu 14 qol vurmağı bacarır.
Artur Lüis
Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[…], Kastris, Britaniyanın Küləkli adaları[d] – 15 iyun 1991[…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır. == Həyatı == Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür.
Karl Lüis
Frederik Karlton "Karl" Lüis (1 iyul 1961[…], Birminqem) — 10 olimpiya medalı (9 qızıl olmaqla) və 10 dünya çempionatı medalı (8 qızıl olmaqla) qazanan, yüngül atletika üzrə keçmiş amerikan idmançısıdır. Onun karyerası, 1979-cu ildən 1996-cı ilə qədər davam etmişdir. Lüis, 1981-ci ildən 1990-cı illərin əvvəlinə qədər 100 m, 200 m və yerindən uzunluğa tullanma yarışlarında güclü sprinter kimi özünü sübut etmişdir. O, 1984-cü ildən bəri 100 m, 4×100 m və 4×200 m estafet yarışlarında dünya rekordlarını müəyyən etmişdir. Karyerası boyu, Lüis 15 dəfə 100 m üzrə 10 saniyə, 10 dəfə 200 m üzrə 20 saniyə vaxtlarla rekordlar qırmışdır. O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən "Əsrin atletikaçısı", Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Əsrin idmançısı" kimi adlara layiq görülmüşdür. Karyerasını bitirəndən sonra, Lüis aktyor kimi fəaliyyət göstərdi və bir çox filmlərdə çəkilmişdi. 2011-ci ildə, o Nyu Cersi Senatında demokrat kimi yer almağa səy göstərdi, lakin səsvermə haqqından məhrum edildi. Lüis, sonralar brend məhsullar istehsalı ilə məşğul olan və xidmətlər göstərən C. L. E. G. adlı marketinq şirkətinə sahibləndi. == Yüngül atletika karyerası == === Həyatı və yarış atleti kimi formalaşması === Frederik Karlton Lüis 1961-ci ilin 1 iyulunda Alabama ştatının Birmingem şəhərində Uilyam və Evelin Lüislərin övladı kimi dünyaya gəlmişdir.