Luis Kerroll

Luis Kerrol (27 yanvar 1832[1][2][…]14 yanvar 1898[1][2][…]) — ingilis yazıçısı və riyaziyyatçısı. Daha çox Alisa möcüzələr ölkəsindəAlisa xəyal güzgüsündə əsərləri ilə tanınır.

Luis Kerroll
ing. Lewis Carroll
Doğum adı Charles Lutwidge Dodgson
Təxəllüsü Lewis Carroll
Doğum tarixi 27 yanvar 1832(1832-01-27)[1][2][…]
Vəfat tarixi 14 yanvar 1898(1898-01-14)[1][2][…] (65 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı[5]
Uşağı yoxdur
Təhsili
Fəaliyyəti riyaziyyatçı, məntiqşünas, fotoqraf, şair, uşaq ədəbiyyatı yazıçısı, gündəlik yazıçısı[d], romançı, yazıçı, avtobioqraf[d], filosof
Fəaliyyət illəri 1852–1898
Əsərlərinin dili ingilis dili
Janrlar uşaq ədəbiyyatı, riyazi məntiq, ədəbi absurd[d], poeziya, Xətti cəbr, Sosial seçim nəzəriyyəsi
Tanınmış əsərləri Alisa möcüzələr ölkəsində
Alisa xəyal güzgüsündə (kitab)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş. Bir gün parkda oynayan 3 qız uşağının foto çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlamışdır. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın ğördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur. Yazıçının ikinci "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Bu əsəri müəllif 1871-ci ildə qələmə almışdır. Kerrol "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərləri yazmışdır. Ömrünün axırına kimi şəkillər çəkən və gözəl əsərlər yazan Kerrol 1898-ci ildə vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]