Frederik Karlton "Karl" Lüis (1 iyul 1961[1][2][…], Birminqem[1]) — 10 olimpiya medalı (9 qızıl olmaqla) və 10 dünya çempionatı medalı (8 qızıl olmaqla) qazanan, yüngül atletika üzrə keçmiş amerikan idmançısıdır. Onun karyerası, 1979-cu ildən 1996-cı ilə qədər davam etmişdir.
Karl Lüis | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Frederik Karlton "Karl" Lüis | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Frederik Karlton "Karl" Lüis | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi |
Birmingem, Alabama, ABŞ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 188 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 80 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lüis, 1981-ci ildən 1990-cı illərin əvvəlinə qədər 100 m, 200 m və yerindən uzunluğa tullanma yarışlarında güclü sprinter kimi özünü sübut etmişdir. O, 1984-cü ildən bəri 100 m, 4×100 m və 4×200 m estafet yarışlarında dünya rekordlarını müəyyən etmişdir. Karyerası boyu, Lüis 15 dəfə 100 m üzrə 10 saniyə, 10 dəfə 200 m üzrə 20 saniyə vaxtlarla rekordlar qırmışdır.
O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən "Əsrin atletikaçısı", Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Əsrin idmançısı" kimi adlara layiq görülmüşdür.
Karyerasını bitirəndən sonra, Lüis aktyor kimi fəaliyyət göstərdi və bir çox filmlərdə çəkilmişdi. 2011-ci ildə, o Nyu Cersi Senatında demokrat kimi yer almağa səy göstərdi, lakin səsvermə haqqından məhrum edildi. Lüis, sonralar brend məhsullar istehsalı ilə məşğul olan və xidmətlər göstərən C. L. E. G. adlı marketinq şirkətinə sahibləndi.
Frederik Karlton Lüis 1961-ci ilin 1 iyulunda Alabama ştatının Birmingem şəhərində Uilyam və Evelin Lüislərin övladı kimi dünyaya gəlmişdir. O, atletlər ailəsində böyümüşdür. Onun anası, 1951-ci ildə keçirilən Pan Amerika oyunlarında iştirak etmişdi.[3] Onların yüngül atletika üzrə fəaliyyətləri Karl və bacısı Karola təsirsiz ötüşməmişdi. Karol, həmçinin yerindən uzunluğa tullanma üzrə yarışlarda iştirak etmiş, 1984 yay Olimpiya oyunlarını 9-cu yerdə bitirmiş və 1983-cü ildə keçirilmiş dünya çempionatında bürünc medal qazanmışdı.[4][5]
Lüisin ilk məşqçisi başqa yerli atletləri də hazırlayan atası olmuşdu.[7] 13 yaşında, Lüis yerindən uzunluğa tullanma yarışlarında iştirak etməyə başladı və Nyu Cersi ştatının Uillinqboro qəsəbəsində yerləşən ali məktəbdə Endi Dudek və Pol Minor onun məşqçiləri oldu.[3][8] Yerindən uzunluğa tullanma yarışlarında iştirak edən bütün yeniyetmə atletlərin reytinq siyahısında 4-cü yeri tutdu.[3]
Çoxlu kolleclər Lüisi özlərinə cəlb etməyə çalışdılar və o, Tom Tellezin məşqçi olduğu Hyuston Universitetində olmağı seçdi. Tellez, Lüisin bütün karyerası boyu onun məşqçisi kimi qaldı. 1979-cu ildə ali məktəbi bitirdikdən sonra, Lüis 8.13 m məsafəyə tullanaraq rekord qırdı.[9] 1979-cu ilin sonunda, Lüis yerindən uzunluğa tullanma üzrə dünyada 5-ci nəticə göstərmişdir.[10]
Ali məktəbdəki son ilində, keçmişdə dizindən aldığı zədə yenidən öz təsirini göstərdi, halbuki Tellezlə işləmək Lüisin ağrısız öz texnikasını artırmağa imkan yaratdı və 8.35 m məsafəyə tullanma ilə 1980 Milli Kollegial Atletika Assosiasiyası titulunu qazandı.[3]
Baxmayaraq o yerindən uzunluğa tullanma üzrə təcrübəli idi, lakin yaxın məsafəyə qaçış üzrə məşqlərə başladı. Onu 1930-cu illərin yaxın məsafəyə qaçış və yerindən uzunluğa tullanma yarışları üzrə əfsanəvi atlet Cessi Ouens ilə müqayisə etməyə başladılar. Lüis, yerindən uzunluğa tullanma və 4×100 m estafet yarışları üzrə komandanın üzvü kimi 1980 yay Olimpiya oyunlarında ABŞ-nin olimpiya yığmasına seçildi.[3] 1980 yay Olimpiya oyunlarının boykotu ilə Lüis Moskvada yarışa bilmədi, lakin olimpiadanı boykot edən ölkələr arasında 1980-ci ilin iyulunda "Liberty Bell Classic" adlı turnir təşkil olundu. O, 7.77 m məsafəyə tullanaraq bürünc medal və 4×100 m estafet yarışlarında 38.61 s. vaxt ilə qızıl medal qazandı.[11] İlin sonunda, Lüis yerindən uzunluğa tullanma üzrə dünyada 6-cı və 100 m üzrə isə 7-ci yeri tutdu.[10][12]
1981-ci ilin əvvəlinə əsasən, Lüisin yerindən uzunluğa tullanma üzrə ən yaxşı nəticəsi 1979-cu ildə ali məktəbdəki rekordu idi. 20 iyunda, Lüis hələ yeniyetmə olarkən yüngül atletika üzrə çempionatda 8.62 m tullanışla şəxsi göstəricisini demək olar ki, yarım metrdən də çox yaxşılaşdırdı.[13]
Dünya rekordları üçün yüksəkliyin seyrək havasında təyin olunmuş hədəflər münasibdir.[14] Lüis, dəniz səviyyəsində rekordlarını müəyyən etməyə əzmkar idi. Onun 1982-ci ildə keçirilmiş yarışda yerindən uzunluğa tullanma üzrə yüksəklikdə tullanışı barədə suala cavabında, o dedi: "Mən rekord istəyirəm və bunu etməyi planlaşdırıram, lakin yüksəklikdə deyil."[15] O, 1980-ci illərin əvvəllərində məşhurluq qazananda, kişilərin 100 m, 200 m və yerindən uzunluğa tullanma üzrə rekordları Mexiko şəhərində müəyyən edilmişdi.[14]
Lüis, həmçinin 1981-ci ildə 100 m üzrə dünyanın ən sürətli sprinteri oldu. O, 10.00 s. vaxt ilə 16 may tarixində Dallasda tarixin ən yaxşı 3-cü nəticəsini göstərdi.[16] İlk dəfə üçün, Lüis həm 100 m, həm də yerindən uzunluğa tullanma üzrə dünyada № 1 idi. O, ilk milli titullarını 100 m və yerindən uzunluğa tullanma üzrə qazanmışdı. Eyni zamanda, o ABŞ-da həvəskar atlet kimi "Ceyms Sullivan" mükafatını qazanmışdı.
1982-ci ildə, Lüis öz gücünü göstərməyə davam edirdi və ilk dəfə Bob Bimonun 1968 yay Olimpiya oyunlarında yerindən uzunluğa tullanma yarışlarındakı 8.90 m ilə olan dünya rekordu təkrarlandı, tez-tez bu hal ən böyük atletika nailiyyətlərindən biri kimi xarakterizə olunurdu.[17] Lüisdən əvvəl 8.53 m, 2 insan tərəfindən bu nəticə üstələnmişdi: Bob Bimon və 1980 yay Olimpiya oyunlarının çempionu Lutz Dombrovski. 1982-ci il ərzində, Lüis 8.53 m məsafəni 5 dəfə üstələdi, eləcə də 24 iyulda İndianapolisdə 8.76 m məsafə ilə nəticə göstərdi.[18] O, həmçinin 100 m üzrə 10.00 s. vaxt ilə qaçaraq, rekorda imza atdı.
O, reytinqdə 100 m və yerindən uzunluğa tullanma üzrə 1-ci və 200 m üzrə isə 6-cı oldu. Eyni zamanda, ilin atleti adlandırılırdı. O, öz hegemonluğunu yerindən uzunluğa tullanma üzrə davam etdirmiş, eyni dövrdə 9 dəfə reytinqdə yüksək mövqelərə qalxmış və digər illərdə 2-ci nəticə göstərmişdi.[10]