Herbert Luis (alm. Herbert Louis; 12 mart 1900[1], Berlin – 11 iyul 1985[1], Münxen) — Almaniyadan dəvət edilmiş və Türkiyədə müasir coğrafiya elminin qurucularından biri olmuşdur.
Herbert Luis | |
---|---|
alm. Herbert Louis | |
Doğum tarixi | 12 mart 1900[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 1985[1] (85 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Herbert Lius 12 mart 1900-cü ildə Almaniyanın paytaxtı Berlində anadan olub. Berlin Universitetinin Fən Ədəbiyyat Fakültəsində coğrafiya, geologiya və fizika fakültəsində təhsil almışdır. Məzun olduqdan sonra, 1935-ci il 12 avqustda Berlin Universitetində coğrafiya professoru vəzifəsinə təyin olunmuşdur.1925-ci ildə doktorluq müdafiə etmişdir. 1930-cu ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən Ankaraya dəvət edilmiş və yeni qurulan Dil və Tarix Coğrafiya Fakültəsində coğrafiya professoru təyin edilmişdir. Herbert Louis Türkiyədə 8 il pedaqoji və araşdırma fəaliyyəti aparmışdır. 1943-cü ildə Almaniyanın Köln Universitetində Coğrafiya kafedrasında Ədliyyə professoru təyin edilmiş və 1965–1966-cı illərdə qonaq professor kimi Türkiyədə həmin fakültəyə dəvət edilmişdir. Türkiyədəki fəaliyyəti dövründə onun dərs dediyi tələbələr təkcə orta təhsil müəssisələrində müəllim kimi işləməmiş, həm də, universitetlərdə elm sahəsində, müxtəlif hökumət işlərində çalışmışlar. 1968-ci ildə Almaniyanın Münhen Universitetinin coğrafiya şöbəsi Ord. Professorluqdan təqaüdə çıxdıqdan sonra, 11 iyul 1985-ci ildə Bavyerada öz işlərini, tədqiqatlarını və nəşrlərini davam etdirmişdir. Luis, ölümündən bir qədər əvvəl Dil və Tarix Coğrafiya Fakültəsinin ilk illəri haqqında bir mühazirə hazırlamışdı. bu mühazirədə deyildiyi kimi: "Başlanğıcda hər şey əskik idi. Müasir coğrafiya aid xəritələr, kitabxanalar, kitablar yox idi. başqa sahələrdə də\ vəziyyət eynilə belə idi." Louis digər professorlar kimi iş materialları ilə özü özünü təmin edirdi.[2]
Peşə fəaliyyəti ilə bağlı Herbert Luis Almaniya xaricində başda Türkiyə olmaq üzrə, dünyanın müxtəlif ölkələrində, xüsusilə Britaniya adalarında, Balkan Yarımadasında, Şərq və Cənub-Şərqi Asiyada Şərq Afrikada və Şimali Amerikada araşdırma gəzintiləri etmiş, bir çox beynəlxalq konqreslərdə iştirak etmiş, araşdırmalarının nəticələrini sayı 110-u keçən elmi əsərlərində ortaya qoyulmuşdur. Bunların çoxu məqalə, hesabat şəklində, 10 qədəri da kitab halında nəşr olunmuşdur. Bundan başqa Herbert Loius, məşhur Erdkunde (Archiv für wissenschaftliche Geografhie) jurnalının yaradıcı heyətində iştirak etmiş və Münhen Texniki Universiteti coğrafiya professoru Hartke ilə birlikdə Münchener Geographicshe Abhandlungen adlı jurnalı dərc etmişlər.[3] Ümumi coğrafiya və ölkələr coğrafiyası sahələrində müxtəlif mövzular üzərində işləmiş olan Herbert Loius, xüsusilə Geomorfologiya, İqlimşünaslıq, bitki coğrafiyası, hidrologiya, əhali və məskunlaşma coğrafiyası, xəritəşünaslıq mövzularına üstünlük vermişdir. Bunlar arasında Türkiyə coğrafiyası ilə əlaqədar olanlar daha əhəmiyyətli bir yer tutur. 1923–1926-cı illərdə Balkan Yarımadasında araşdırmalar aparmış, Albaniya, Bolqarıstan və Yunanıstanın mufassal xəritələrinin üzərində işləmiş və bunların elmi şərhlərini vermişdir. Coğrafi hadisələrin elmi üsullarla araşdırılması haqqında 20-ə yaxın məqalə və əsərdə yeni tədqiqat üsullarını ortaya qoymuşdur.[2]
Herbert Luis çoxşaxəli fəaliyyəti olan bir tədqiqatçı idi və tədqiqatlarının əsasını geomorfologiya sahəsində aparmışdır. Dünyanın müxtəlif yerlərində və Türkiyədə apardığı tədqiqatların nəticəsi olaraq Türkiyədə 1979-cu ildə "Allgemeine Geomorphologie" adlı böyük tədqiqat işinin 4-cü nəşri çap edilmişdir. İqlim, təbii şərait və bitki örtüyünün tədqiqi ilə əlaqəli "Das natürliche Pflanzenkleid Anatoliens" adlı kitabı çap olunmuşdur. Bu iki əsər dünya universitetlərində əsas dərslik kitabları olaraq istifadə olunur və coğrafiyaçılar tərəfindən əsas qaynaqlardan biridir. Luis həmçinin 1935-ci il əhalinin siyahıyaalma nəticələri əsasında "Bevölkerungskartoder Türkei" kitabında populyasiya və məskunlaşma məsələlərini araşdırmışdır.[3] Herbert Luis, Türk Coğrafiya İnstitutunun qurucularından biridir.1941-ci il 6 – 21 iyun tarixində Ankara Universiteti Dil və Tarix Coğrafiya Fakültəsində təşkil edilən Coğrafiya Birinci Qurultayında iştirak etmişdir.[4] Luis Coğrafiya İnstitutunda yalnız tələbələrə deyil, həm də müəllim heyətinə və coğrafiya elminə çox böyük töhfə vermişdir. İşlədiyi ilk illərdən bəri Luis bir tərəfdən pedoqoji fəaliyyətlə məşğul olmuş, digər tərəfdən hər il böyük tədqiqat səfərləri edirdi. O ilk dəfə Türkiyədə Coğrafiya Həftələri təşkil etmişdir. Bu peşə həftələri sayəsində Türkiyədə olan iki Coğrafiya institutunun əməkdaşları məlumat və fikir mübadiləsi apardılar. Karyerası dövründə Luis araşdırmalarının nəticələrini bir çox kitab, məqalə və hesabatlarında nəşr etdirmişdir. Dünyanın müxtəlif ölkələrində Luisin nəşr olunmuş işlərinin sayı 110-dan artıqdır.[2]
Herbert Luisin dövrünün məşhur elm adamı olmağının əsas səbəblərindən biri də elmin aparıcı dillərini bilməsi idi. O ana dili olan Alman dilindən əlavə fransız, ingilis və türk dillərini də bilirdi.[2]