Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)
Mavi (Əsədabad)
Mavi (fars. ماوی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 186 nəfər yaşayır (56 ailə).
Mavi Balina
Mavi Diviziya
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Mavi Feniks
Mavi Feniks — Tailand Hərbi Hava Qüvvələrinə məxsus ilk aerobatika komandasıdır. Uçuşlar üçün 5 ədəd Pilatus PC-9 təyyarəsi istifadə olunur. Komanda 2012-ci ildə Tailan Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi şərəfinə qurulmuşdur və Tailand Hərbi Hava Qüvvələri Aviasiya-Təlim Məktəbinin nəzdindədir.
Mavi yeləklər
Blucekinq (ing. Bluejacking) – Bluetooth simsiz şəbəkəsi vasitəsi ilə gözlənilməş şəkildə və sanki "heç bir yerdən" gəlməyən adsız mesajlarla telefon istifadəçilərini spamlama üsulu. Əsasən, əyləncə və tanışlıq üçün istifadə olunur. Bu mesajlaşma növündən istifadə edənlər özlərino blucekerlər, yəni "mavi yeləklər" olaraq adlandırır.Haker cəmiyyətində çoxları onları “şən zarafatcıllar” kimi qəbul edir və onları Ağ şlyapaların və Qara şlyapaların arasındakı boz zonada yerləşdirirlər. Texniki olaraq, nəzarət bəzi telefonların standart olaraq mesajlarını Bluetooth ilə digər telefonlara göndərilməsinə icazə verdiyi üçün mümkündür. Mavi yeləklər, adətən, mesajlarını qəbul edən telefona yerləşdirmək üçün telefonun kontaktında olan insanlardan istifadə edir və mesajlarını ad və soyad hissələrinə yazırlar. == Tarixi == Sinqapurlu Adrian Çianq blucekinqin yaradıcısı hesab olunur. O, 2002-ci ildə dünyanın Bluetooth vasitəsilə ilə yazılan ilk mesajını göndərmişdi. O, bankda olarkən telefonunun Bluetoothunu aktivləşdirir və qoşulduğu Nokia 7650 telefonuna "Buy Ericson" ("Ericson al") mesajını göndərir. Adrian Çianq bunu "blucekinq" adlandırdı.
Mavi İmpuls
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Mavi Şeytanlar
Mavi Şeytanlar (ing. Blue Devils) — Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronu. 4 may 1949-cu ildə qurulmuşdur. 2-ci Dünya Müharibəsindən sonra Kanadada yaradılan il aerobatika komandasıdır. Uçuşlar üçün de Havilland Vampire təyyarləri istifadə olunurdu. 19 avqust 1951-cu ildə son avianümayişini həyata keçirmişdir. Mövcud olduğu üç il ərzində Mavi Şeytanlar Kanada və ABŞ-də 45 hava şousunda çıxış etmişdirlər.
Mavi Fuqatelər
Mavi Fuqatelər (ing. Blue Fugates) və ya Kentukkidəki mavi adamlar (ing. Blue People of Kentucky) — 200 ildən çox müddət ərzində ABŞ-nin Kentukki ştatında yaşamış fransız əsilli Martin Fuqatenin nəslindən olan genetik problemə görə dünyaya gəlmiş mavi dərili insanlar. == Nəslin başlanğıcı == Martin Fuqate 1820-ci ildə Kentukki ştatının qərbində yerləşən sakit bir qəsəbə olan Trablısım Krikdə məskunlaşıb. Ailə qurduğu Elizabet Smit adlı qadından 7 uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi ki, bu səbəbdən də uşaqlarından dördü mavi dərili doğulmuşdu. Elə həmin vaxtdan da 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulmuşdur. == Sosial vəziyyətləri == Yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi.
Mavi Lotus
Mavi Lotus - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 15-ci hissəsidir.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Mavi Nil
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Mavi akvilegiya
Mavi akvilegiya (lat. Aquilegia coerulea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Mavi ağəsmə
Mavi ağəsmə (lat. Clematis glauca) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Mavi bayraq
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi. == Tarixi == "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. == Təltif edilmə == Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Mavi beret
Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri : Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri. Belarus Ordusu - Mobil Qüvvələr. BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu. Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir.
Mavi evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Mavi fişka
Mavi fişka (ing. Blue chips) — sabit gəlirlilik göstəricilərinə malik ən böyük, ən likvid və etibarlı şirkətlərin, habelə bu şirkətlərin özlərinin səhmləri. Birjadakı əsas spekulyasiya həcmi mavi fişkalarla hazırlanır. == Tarixi == "Mavi fişka" ifadəsi birja bazarlarına kazinolardan, daha doğrusu kart oyunu pokerindən gəldi. Ən sadə poker fişkalar ənənəvi olaraq ən dəyərli olan mavi fişkalarla ağ, qırmızı və mavi fişkalar daxildir. Beləliklə, ağ fişkanın qiyməti 1 dollardırsa, qırmızı adətən 5 dollar, mavi isə 25 dollardır. Birjada satılan səhmlərlə əlaqəli "mavi fişka" termini 1920-ci illərdən bəri fəal şəkildə istifadə olunur. Dow Jones folkloruna görə, bu terminin genişləndirilməsini 1920-ci illərdə, Gingold, daha sonra Merrill Lynch olacaq broker firmasında ticker maşınında dayandığı zaman Oliver Qinqold (gələcək Dow Jones-un əməkdaşı) tərəfindən irəli sürülmüşdür. Bir hissə 200 və ya 250 dollar ya da daha çox olan bir neçə ticarətə diqqət yetirdikdən sonra W. E. Hutton & Co. bir hisse senedi broker firması Lucien Hooper'a söylədi "Mavi fişka promosyonlardan yazmaq" üçün ofisə qayıtmaq niyyətində olduğunu.
Mavi göl
Mavi göl (Gürcüstan)
Mavi göyümçiçək
Mavi göyümçiçək (lat. Polemonium coeruleum) — göyümçiçək cinsinə aid bitki növü.
Mavi kit
Adi mavi zığ-zığ
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Dəniz mavisi
Dəniz mavisi — rəng. Yaşıl-mavi rəngin variantlarından biridir. Veb rəngi olan dəniz mavisi, televizor və kompüterlərin ekranında istifadə edilən üç rəngdən biridir. HSV rəng açarında dəniz mavisi göy və yaşılın ortasında yerləşir.
Dərin mavi dəniz (film, 1999)
82 milyon dollarlıq büdcəsi ilə Dərin mavi dəniz filmi, 1993 -cü ildə çəkilmiş Climber (Alpinist) filmindən sonra kommersiya baxımından uğurlu bir film çəkməmiş olan Renni Harlin üçün bir sınaq işi olmuşdur. Film əsasən Meksikanın Rosarito şəhərindəki Fox Baja Studiyalarında çəkilmişdir; Burada çəkiliş qrupu James Cameronun 1997 -ci ildə çəkdiyi “Titanik” filmi üçün tikilmiş böyük su çənlərinin üstündə setlər yaratmışdır. Filmin bəzi səhnələrində əsl köpək balıqlarından istifadə olunsa da, əksər köpək balığı səhnələri ya animatronik, ya da kompüter qrafikası ilə yaradılmışdır. Filmin musiqisini Trevor Rabin bəstələyib; LL Cool J “Deepest Bluest (Shark's Fin)” və “Say What” adlı iki mahnı ilə filmə öz töhfəsini vermişdir. Film sənayesinin yay mövsümündə kinoteatrlarda nümayiş etdirilən Dərin mavi dəniz filmi, ABŞ və Kanadada 73 milyon ABŞ dolları və dünya miqyasında 164 milyon ABŞ dolları gəliri ilə orta miqyasda ticarət uğuru əldə etmişdir. == Süjet xətti == Süzen Makalister “Akvatika” adlı sualtı elmi laboratoriyaya başçılıq edir. Orada mako-köpəkbalığının beynindən hasil edilən maddə əsasında Altsheymer xəstəliyinə qarşı preparat hazırlanır. Həkim Makalister təbiət qaydalarını pozaraq, cövhərin həcmini artırmaq üçün gen mühəndisliyinə əl atır. Eksperiment nəticəsində köpəkbalıqları əsl ağıllı və hiyləgər qatillərə çevrilirlər. Dəniz yırtıcılarından birinin azadlığa çıxması ilə qanlı faciə baş verir.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.
Mavi Dənizin Sahilində (1936)
Mavi Ekranın Yolları (1966)
== Məzmun == Bu, kəndə kömək məqsədilə yaradılmış kənd təsərrüfatı televiziya kinoalmanaxıdır.
Mavi taclı Madonna
Mavi taclı Madonna (it. Madonna del Diadema blu) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1512-1518-ci illərdə, yaradıcılığının Roma dövründə çəkmişdir. Əsər hal-hazırda Fransada, Paris şəhərindəki Luvr muzeyində saxlanılır. Mavi taclı Madonna əsərini Rafael Santi öz şagirdi Gianfrancesco Penni ilə birlikdə işləmişdir. Luvr muzeyində əsərin adı iki şəkildə göstərilmişdir: Bakirə qız körpə Sent Con ilə və Bakirə qız Göy Diadema ilə. == Əsərin tarixi == Əsər XVI əsrə kimi Chateauneuf qalereyasında, Paris şəhərində saxlanılırdı. Tablonun ilk sahibi Markiz de la Valliere olmuşdur.
Mavi ulduz əməliyyatı
Mavi ulduz əməliyyatı — 1981-ci il 1-8 iyun tarixlərində Amritsar şəhərində Harmandir Sahib (Qızıl məbəd) kompleksinin binalarından dini lider Carnail Sinqx Bindranval və onun ardıcıllarını aradan qaldırmaq üçün keçirilən əməliyyat. Hücuma başlama qərarı baş nazir İndira Qandi tərəfindən verildi.
Mavi və Ağ (partiya)
Mavi və Ağ (ittifaq) (ivr. ‏כָּחוֹל לָבָן Kaḥol Lavan‏‎) — İsraildə bir mərkəzçi və liberal siyasi ittifaqdır. İttifaq, Baş nazir Benyamin Netanyahunu məğlub etmək ümidi ilə İsrailin Müqavimət Partiyası Yeş Atid və Telem tərəfindən aprel ayında keçiriləcək Knesset seçkilərində iştirak etmək üçün quruldu. Mavi və Ağ özünü bütün vətəndaşları siyasi və dini cəhətdən təmsil edən bir plüralist bir birlik olaraq təyin edir. "Mavi və ağ" ifadəsi İsrail bayrağının rənglərinə aiddir və ümumiyyətlə bir şeyin adətən İsrail olduğunu təsvir etmək üçün istifadə olunur.
Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Mavi ən isti rəngdir (film, 2013)
Maviayaq sümsükquşu
Maviayaq sümsükquşu (lat. Sula nebouxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinin sümsükquşu cinsinə aid heyvan növü. 10 növü var. Bu nadir ayaqlı quşları ilk dəfə Qalapaqos adalarında Çarlz Darvin təsnif edib. 1882-ci ildən sonra elmə bu quşların varlığı haqqında məlumatlar daxil olub. Cənnət quşları kimi erkəkləri nikah oyunu zamanı öz gözəlliklərini nümayiş etdirməkdən çəkinmirlər. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri Peruyla yanaşı, Kaliforniya körfəzində də tapmaq mümkündür. Qruplar şəklində ov edirlər, cütləşdikdən sonra dişi əsasən üç yumurta qoyur.
Mavidiş Harold
I Harold Göydiş (dan. Harald Blåtand; 911, Danimarka – 1 noyabr 985) — Danimarka və Norveç kralı, Qoca Qormun oğlu.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.