Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monasit
Monasit — mineral, (Se, La)[PO4]. Qatışıqları (%): ThO2- 28-dək; SiO2- 6-dək; CaO- 2-dək; V2O5 — 5-dək və b. == Haqqında == Monasit — monoklinik. Kristalları {100} üzrə yastılaşmış, prizmatik, izometrik, pazabənzər. Ayrılması {100Mi} üzrə mükəmməl, {010} üzrə qeyri-mükəmməl. Rəngi qəhvəyi, sarı; bəzən yaşılımtıl. Parıltısı qatranı. Sərtliyi 5–5,5. Xüsusi çəkisi 4,9–5,5. Çox vaxt radioaktivdir.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. == Tarix == Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Fonolit
Fonolit — porfir və ya afir quruluşlu leykokrat vulkanik süxur Nefelinli siyenitlərin effuziv analoqu olub orta tərkibli qələvi sıralı süxur qrupuna, feldşpatoidli fonolitlər ailəsinə aiddir. Qələvi çöl şpatları və feldşpatoidlərdən (nefelin, sodalit, hauin, nozean, analsim, kankrinit, leysit və başqa), qələvi piroksendən və (və ya) amfiboldan, bəzən biotit və olivindən ibarətdir. Əsas kütləsinin tərkibi nefelin və ya anortoklazın üstünlüyü ilə fərqlənir. Nadir hallarda şüşəli (az miqdarda) olur. Silisium oksidinin miqdarına (50–53%) görə qələvi sıralı əsasi süxurlar qrupuna aid olan fonolitlər (nefelin-sodalitli, leysitli və başqa) də məlumdur. Tərkib, quruluş və mineralların nisbətinə görə müxtəlif növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Monsonit
Monsonit - siyenitlə qabbro arasında keçid təşkil edən siyenit qrupuna aid aydın kristallik intruziv süxur. Tərkibi: eyni miqdarda ortoklaz və plaqioklazdan (labrador, bəzi hallarda andezin), 35%-yaxın avgit, hornblend və biotitdən ibarətdir. Monsonit eyni adlı quruluşla səciyyələnir. Sinonim: Qabbro-siyenit. == Həmçinin bax == Siyenit Qabbro Plagioklaz Avgit Hornblend Biotit == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Monorim
Monorim və ya monorifma (fr. monorime; yun. μόνος və ῥυθμός sözlərindən yaranmışdır, mənası – "birqafiyəli") — bir qafiyədən istifadə edən şeir və ya onun hissəsi. Aleksandr Kvyatkovskinin tərifinə görə, "həmahəng qafiyə"dir. Monorim orta əsr şərqi poeziyasında, məsələn, qəzəllərdə və bir sıra Avropa poetik ənənələrində, məsələn, Uelsdə, geniş istifadə olunurdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Монорим // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. А. Н. Николюкина. 2001.
Monoid
Monoid — Özündə vahid element saxlayan yarımqrup monoid adlanır. Aydındır ki, çoxluq kimi monoid yarımqrupun alt çoxluğudur.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.
Karbon monoksid
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Monopsis conspicua
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.
Josefoartiqasia monesi
Josefoartiqasia monesi — təxminən 2 milyon il bundan əvvəl Cənubi Amerikada yaşamış bir gəmiricidir.İndiyədək cəmi bir Josefoartiqasia monesi qalığı tapılıb.Pakarana onun hal-hazırda yaşayan ən yaxın qohumudur.Təxminən bir ton çəkisi olan bu gəmirici mövcud olan digər gəmiricilərdən daha böyükdür. Onların kəllə sümüyü 53 sm, kəsici dişləri isə 30 sm uzunluğunda olmuşdur. Təxmini bədəninin uzunluğu 3m, hündürlüyü isə 1,5m olmuşdur. Elmə məlum olan bu ən böyük gəmiricinin kəllə sümüyünü tətbiq edən alimlər müəyyənləşdiriblər ki, tarixdən öncəki dövrün otyeyənlərinin ön dişləri pələnginki qədər möhkəm olub. Bununla yanaşı, 30 sm uzunluğundakı bu əyilmiş ön dişlər çənə əzələlərinin əmələ gətirdiyi gücdən üç dəfə çox gücə tab gətirə bilib.Bu gəmiricilər rəqibləri ilə vuruşarkən, yırtıcılara qarşı müdafiə olunarkən və həmçinin qida tapmaq üçün torpağı qazarkən ön dişlərindən istifadə etmişlər. 1987 - ci ildə kəşf olunmuş, lakin 2008 - ci ilə qədər açıqlanmamış gəmiricinin kəllə sümüyü Uruqvayın Mİlli tarix və antropologiya muzeyində saxlanılır. Bu gəmiricilər suda yaşayan yumşaq bitki növləri ilə qidalanmışlar, çünki onların kiçik azı dişləri digər bitki növləri ilə qidalanmaq üçün kifayət etmirdi. == İstinadlar == 1." Böyükdür, həm də dişləyir ", National Geographic-Azərbaycan, noyabr, №15, 2015 2. https://en.wikipedia.org/wiki/Josephoartigasia_monesi 3. Millien, Virginie (May 2008).
Kilit Monsonit yatağı
Kilit Monsonit yatağı- Ordubad rayonu ərazisində,Kilit kəndindən 2 kilometr şimal-şərqdə Kilit çayının sağ sahilindədir.Geoloji quruluşunda Mehri-Ordubad plutonunun monsonit fazasının süxurları təşkil edir.Faydalı qat xırda və orta dənəli,boz və tünd-boz rəngli kvarslı monsonitdən təşkil olunmuşdur.Sahəsi 0.03 kvadrat kilometr,faydalı qatın öyrənilmiş qalınlığı 50-90 metrdir.Monsonit yüksək dekorativliyə malik olub,üzlük daşı kimi köbə(bordyur) və binaların fasad hissələrinin tikintisində,abidələrin hazırlanmasında istifadə oluna bilər.Yatağın sənaye ehtiyatı 1260.1 min kub metrdir.
Qruppoid,yarımqrup,monoid
Yalnız bir binar cəbri əməlin təyin edildiyi cəbri strukturaya qruppoid deyilir; deməli, qruppoid üçün ⊗ {\displaystyle \otimes } əməlinə nəzərən aşağıdakı şərt ödənməlidir: ∀ ( a , b ∈ M ) {\displaystyle \forall (a,b\in M)} ∃ ! ( c ∈ M ) {\displaystyle \exists !(c\in M)} ( a ⊗ b = c ) . {\displaystyle (a\otimes b=c).} Qruppoiddə bu şərtdən əlavə assosiativlik xassəsinə aid ∀ ( a , b , c ∈ M ) {\displaystyle \forall (a,b,c\in M)} [ a ⊗ ( b ⊗ c ) = ( a ⊗ b ) ⊗ c ] {\displaystyle [a\otimes (b\otimes c)=(a\otimes b)\otimes c]} aksiomu da ödənərsə, buna yarımqrup deyilir. Deməli, yarımqrup elə cəbri strukturdur ki, orada iki şərt ödənir: 1) ⊗ {\displaystyle \otimes } əməlinin təyin edilməsi; 2) bu əməlin assosiativlik xassəsinə malik olması. Cəbrə aid ədəbiyyatda bəzən yarımqrup əmələ gətirən M {\displaystyle M} çoxluğunu məhz assosiativ qruppoid adlandırırlar. Xüsusi şərtləşmə olmadıqda qruppoiddə təyin edilən ⊗ {\displaystyle \otimes } kompozisiyası adətən vurma əməli kimi qəbul edilir və bu < Γ , ⋅ > {\displaystyle <\Gamma ,\cdot >} kimi işarə edilir. Lakin bəzən təyin edilən ⊗ {\displaystyle \otimes } cəbri əməli toplama kimi də qəbul edilir. Vurma əməlinə nəzərən qruppoidə multiplikativ, toplama əməlinə nəzərən qruppoidə isə additiv qruppoid deyirlər. Sonrakı mühakimələrimizi adətən multiplikativ qruppoid, yarımqruplar üzərində aparmağı şərtləşək. Əgər qruppoiddə və yarımqrupda əlavə bir aksiom — vurmada kommutativlik xassəsi ( a b = b a ) {\displaystyle (ab=ba)} ödənərsə, onda uyğun olaraq bunları kommutativ qruppoid və kommutativ yarımqrup adlandırırlar.
Monopsis debilis var. conspicua
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.
Monopsis simplex var. conspicua
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.