Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nataliya
Nataliya — Ukraynada ad. Nataliya Leqonkova — Ukraynalı marafonçu. Nataliya Sançez — Kolumbiyalı oxatan. Natalya Lavrova — Rusiyanı təmsil edən bədii gimnast. Natalya Sneqovaya — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru Natalia Ginzburq — italyan yazarı Nataliya Sinişin — Ukrayna əsilli Azərbaycanlı güləşçi Nataliya Budilo — Belarusu təmsil edən bədii gimnast. Nataliya Kelli — Avstriya müğənnisi Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı.
Nataliya Aleksandrova
Nataliya Yuriyevna Aleksandrova (d. 8 avqust 1984) — Belarusu təmsil edən bədii gimnast. Nataliya Aleksandrova, 2004-cü ildə Belarusu XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Nataliya Aleksandrova, 2004-cü ildə Belarus bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yeniya Burlo, Qlafira Martinoviç, Zlatislava Nersesyan, Qalina Nikandrova və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.
Nataliya Alekseyevna
Nataliya Alekseyevna (Rusca: Наталья Алексеевна; 25 iyun 1755, Prentslau[d], Brandenburq – 15 aprel 1776 və ya 1776, Sankt-Peterburq) — Rusiya imperatoru I Pavelin ilk xanımıdır.
Nataliya Arsenyeva
Nataliya Arsenyeva (tam adı: Nataliya Arsenyeva, belar. Наталля Аляксееўна Арсеньева, rus. Ната́лья Алексе́евна Арсе́ньева; 20 sentyabr 1903, Bakı – 25 iyul 1997, Roçester[d], Nyu-York ştatı) — Belarus dramaturqu, şairə və tərcüməçi. Françişak Kuşalın həyat yoldaşıdır. == Həyatı == 1903-cü il sentyabrın 20-də Bakıda Rusiya işçilərinin ailəsində anadan olmuşdur. Birinci Dünya müharibəsi zamanı (1915) Arsenyev ailəsi Yaroslavl şəhərinə köçürülür, burada şairə ilk şeirini (rus dilində) yazır. 1920-ci ildə ailə Vilnüsə qayıdır. Nataliya gəncliyini Vilnüsdə keçirmiş və burada 1921-ci ildə Belarus gimnaziyasından məzun olmuşdur. Vilnüs Universitetinin incəsənət fakültəsində təhsil almışdır. Maksim Qoretski onun poetik bacarığına xüsusi diqqət ayırırdı.
Nataliya Aşumova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Nataliya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Nataliya Barbu
Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı. == Həyatı == Nataliya Barbu 22 avqust, 1979-cu il tarixində Moldovanın Beltsı şəhərində anadan olmuşdur. Həmçinin skripka ifaçısı kimi də tanınan Nataliya hazırda SONY BMG şirkəti ilə əməkdaşlıq edir. Yerli “Moldstar”, beynəlxalq müsabiqələr - “Slavyan bazarı”, “Mamamia” və “Yeni dalğa” kimi yarışların mükafatçısıdır. Əsasən pop-rok və qotik-rok janrında mahnılar ifa edir. 2007-ci ildə “Fight” (“Döyüş”) adlı mahnı ilə Moldovanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 109 xal toplayaraq 10-cu olmuşdur.
Nataliya Borisenko
Natalya Borisenko (d. 3 noyabr 1975) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Natalya Borisenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Nataliya Budilo
Nataliya Budilo (8 avqust 1979) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Budilo Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Nataliya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Nataliya Karpenkova
Nataliya Vladimirovna Karpenkova (d. 1 fevral 1970) — Belarusu təmsil edən batut gimnastı. Nataliya Karpenkova, 2000-ci ildə Belarusu XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medal qazanan Nataliya Karpenkova, həmdə Avropa Çempionatlarında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Nataliya Karpenkova, 2000-ci ildə Belarus bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karpenkova, 35.80 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
Nataliya Kelli
Nataliya Kelli — 18 dekabr 1994-cü ildə Hartford, Konnektikut ştatında, Amerika Birləşmiş Ştatlarında anadan olan Avstriya müğənnisidir. Nataliyanın atası Amerikalı, anası isə Braziliyalıdır. Nataliya Kelli 2013 Avroviziya Mahnı Müsabiqəsində İsveçin Malmö şəhərində Avstriyanı "Shine" mahnısı ilə təmsil edib.
Nataliya Kobrinska
Nataliya Kobrinska (ukr. Наталія Іванівна Кобринська) — ukraynalı yazıçı. == Bioqrafiya == Natalia Ozarkeviç 8 iyun 1855-ci ildə Beleluya kəndində keşiş ailəsində anadan olmuşdur․ O, beş uşağın ən böyüyü idi. İlk ukraynalı feministlərdən biri. Dul qaldıqdan sonra o, qadınların bərabər hüquqlarının fəal təbliğatçısı olur, qadınların universitetlərə daxil olmasına icazə vermək üçün petisiyalar göndərir, qadınların azad edilməsi mövzusunda romanlar yazır və Stanislavov şəhərində Rus Qadınları Assosiasiyasını qurur. 1889-cu ildə Olena Pçilka ilə birlikdə o, qadınlar tərəfindən redaktə edilən və nəşr olunan qadın jurnallarının əsasını qoyan "Birinci Vinok" almanaxını nəşr etdirir. Natalya İvanovna Kobrinska 1920-ci il yanvarın 22-də Bolexiv şəhərində tif xəstəliyindən vəfat etmişdir.
Nataliya Krasilnikova
Nataliya Krasilnikova (d. 2 yanvar 1982) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Nataliya Krasilnikova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Nataliya Leqonkova
Nataliya Leqonkova (27 dekabr 1987) — Ukraynalı marafonçu. Nataliya Leqonkova Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nataliya Leqonkova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 46 dəqiqə 8 saniyəyə qət edərək 157 marafonçu sırasında 87-ci yeri tutdu.
Nataliya Maqnat
Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəbi tənqid və estetika üzrə əsərlərin müəllifi, “Sol məktəb” və SİNKP adlı gizli solradikal təşkilatların rəhbəri. == Kimliyi == Skripkaçı və uşaq həkimi ailəsində doğulmuşdur. “İngilis və alman dilləri üzrə müəllimə” ixtisası ilə V. İ. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunu (MDPİ) bitirmişdir. 1970-lərin sonu, 1980-lərin birinci yarısında Rusinformmədəniyyətində işləmişdir. Yenidənqurma başlayandan sonra peşəkar səviyyəsində bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onun tərəfindən əsasən Oldos Haksli, Henri Kattner, Rocer Jelyaznı, Duqlas Adams, Qlen Kuk, Corc R. R. Martin, Cek Vens, Qordon Dikson, Bertran Çandler, Konni Uillis, Rocer Makbrayd Allen, Terri Bruks, Maykl Suenvik, Pol Di Filippo və başqalarının əsərləri tərcümə edilmişdir; tərcümələrinin bir çoxu dəfələrlə yenidən çap edilmişdir. Dekabr 1972 – yanvar 1973-cü ildə (MDPİ-də onunla bir yerdə təhsil alan Olqa Baraş və İnna Okupla birlikdə) “Sol məktəb” adlı gizli solradikal qrupun əsasını qoymuş, onun nəzəriyyəçəsi olmaqla, qrupa faktiki olaraq rəhbərlik etmişdir. 1974-cü ilin sentyabrında “Sol məktəb” Yeni Kommunistlər Partiyası (YKP) adlı başqa bir gizli solradikal qrupla birləşmişdir. Birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adlandırılmışdır. N. Maqnat SİNKP-nın müvəqqəti rəhbərliyinə - “beşliyə” daxil olmuş, əsas rəhbərliyi və nəzəri işin bir hissəsini (estetika məsələləri üzrə) öz üzərinə götürmüşdür.
Nataliya Molçanova
Nataliya Vadimovna Molçanova (8 may 1962, Ufa – 2 avqust 2015) — Başqırd əsilli Rusiya sərbəst-dalışçısı, dünya sərbəst-dayvinq çempionu, Rusiya Sərbəst-Dalış Federasiyasının keçmiş prezidenti, 40-dan çox dünya rekordunun sahibi, nəfəs-tutuma dalışı əsnasında 100 metr işarəsinin qət edən və nəfəsini 9 dəqiqədən çox tutan dünyanın ilk qadını. Molçanova, "Bəlkə də dünyanın ən yaxşı sərbəst-dalışçısı" olaraq xarakterizə edilmişdir. 2 avqust 2015 tarixində bir rusa xüsusi dərs verən zaman itkin düşmüşdür. Axtarış işlərinin ləğv edilməsindən sonra 5 avqustda "vəfat etmiş" hesab edilmişdir. == Şəxsi həyatı == Nataliya Molçanova, 1962-ci ilin may ayının 8-də Rusiya SSR-nın muxtar respublikalarından biri olan Başqırd MSSR-nın paytaxtı, Ufa şəhərində anadan olmuşdur. Molçanovanın bir oğlu (Aleksey) və bir qızı (Aksana) var.
Nataliya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). == Həyatı == Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Nataliya Vodyanova
Nataliya Vodyanova (rus. Наталья Водянова) (təxəllüsü Водя́нова 28 fevral 1982, Qorki) — rusiyalı model, aktrisa və filantrop. == Həyatı == Nataliya Mixaylovna Vodyanova 28 fevral 1982-ci ildə indiki Nijni Novqorod şəhərində, Larisa Viktorovna Qromova və Mixail Vodyanovun ailəsində anadan olmuşdu. Bundan başqa onun 2 balaca bacıları - Oksana Vodyanova (uşaqlıqdan invalid, Autizm xəstəliyinin kəskin formasından əziyyət çəkir) və Kristina Vodyanova (1997-ci ildə anadan olmuşdu, Londonda yaşayır və təhsil alır). Milliyətcə rusdur; ata tərəfdən isə erzyandır. 16 yaşından Yevgenia Çkalovanın «Евгения» model agentliyinə daxil olunur. Orada ona ingilis dilini öyrənməyə tövsiyə edirlər. Beksteyclərin birində onunla Viva Model Management model evi maraqlanır; onu Parisə dəvət edirlər. Bir neçə aydan sonra o Fransaya köçür. == Karyera == Nataliya Gucci, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Louis Vuitton, Marc Jacobs, Ralph Lauren, Chloe, Valentino, Givenchy, Jean-Paul Gaultier, Miu Miu, Hermes, Kenzo, Viktor & Rolf, Dolce&Gabbana, Balenciaga, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı.
Nataliya İqnatyeva
Nataliya İqnatyeva (d. 17 avqust 1978) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Nataliya İqnatyeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Nataliya İqnatyeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Nataliya Şarovskaya
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Nataliya Şepelina
Nataliya Şepelina (24 fevral 1981, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Nataliya Şepelina, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Nataliya Şepelina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Nataliya Şerer
Nataliya Şerer (28 oktyabr 1985) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Şerer Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Nataliya Şubrtova
Nataliya Şubrtova (slovak. Natália Šubrtová; 1 may 1989, Kejmarok, Çexoslovakiya) — Slovakiya xizəkçisi, Paralimpiya Oyunlarında lider; Qış Paralimpiya Oyunlarının doqquz qat çempionu. == Həyatı == Martin şəhərində yaşamış və orada orta məktəbi bitirmişdir. Matey Bel Universitetinin məzunu və beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Peşəkar xizəkçidir, 2010-cu ildən bəri Paralimpiya yarışlarında paralimpiya xizəkçisi Henrieta Farkaşovanın yönəldicisi olaraq yarışır və onunla birlikdə Vankuverdə üç qızıl və bir gümüş medalı qazanmışdır. Soçidə keçirilən yarışlarda üç medal (iki qızıl və bir bürünc), Vankuverdə isə beş medal (dörd qızıl və bir gümüş) qazanmışdır. Böyük bacısı və kiçik qardaşı var. İngilis, ispan və portuqal dillərində danışır. Kitab oxumağı və səyahət etməyi sevir.
Nataliya Morar
Nataliya Morar (rum. Natalia Morari 12 yanvar 1984, Hinçesti[d]) — The New Times jurnalının müxbiri və siyasi müşahidəçisi kimi tanınan moldovalı jurnalist və teleaparıcı. Morar 2007-ci ildə "Kremlin Qara Büccəsi" adlı qalmaqallı nəşri, Rusiyaya giriş üçün dörd illik qadağa ilə nəticələnir. 2010-cu ildən 2012-ci ilə qədər Moldaviyanın Publika TV televiziya kanalında "Fabrika" tok-şousunun aparıcısı olur. 2013-cü ildən 2017-ci ilə qədər "Siyasət" verilişinə, 2015-ci ildən 2017-ci ilə qədər TV7 telekanalında "İnterpol" verilişinə, 2017-ci ildən 2018-ci ilə qədər TV8 telekanalında "Siyasət" verilişinə aparıcılıq edir. 2018-ci ildən bəri televiziyada "Nataliya Morarın Siyasəti" verilişini yayımlayır. == Bioqrafiyası == Nataliya Morar Moldova SSR-nin Kotov (indiki Hinçesti) şəhərində anadan olub. Ata aqressiv olması səbəbindən ana Nataliyanın dörd yaşı olarkən ondan boşanmaq qərarına gəlir. "Gaudeamus" rus-rumın litseyində oxuyan Nataliya 2002-ci ildə Moskvaya köçür. Burada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinə daxil olur.
Nataliya Şerstyuk-Timoşkina
Nataliya Şerstyuk-Timoşkina (qızlıq soyadı: Şerstyuk; d. 25 may 1952; Lezniki, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Nataliya Şerstyuk, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Nataliya Şerstyuk, həmdə Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Nataliya Şerstyuk, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Nataliya Şerstyuk növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Natalya
Natalya — ad.