Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri
Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, həmçinin həmin idarənin yerləşdiyi bina. == Poçt və Teleqraf Nazirliyi == Azərbaycan Xalq Cümhuriyyəti Poçt və Teleqraf Nazirliyi ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanıdır. Əsası 1918-ci il mayın 28-də qoyulmuşdur. Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı 1-ci müvəqqəti hökumət kabinəsində təsis edilmiş ilk poçt və teleqraf naziri vəzifəsinə, eyni zamanda, yollar naziri olan Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi. Həmin il iyunun 17-də F.Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində də hər iki vəzifənin icrası ona tapşırılmışdı. 1918 ilin sentyabrında Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət olan Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra F.Xoyski hökuməti Bakıya köçdü və 1918 il oktyabrın 6-da onun 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən, poçt və teleqraf naziri vəzifəsinin icrası Ağa bəy Aşurova həvalə olundu. Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayandan sonra parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.Xoyskinin yaratdığı üçüncü hökumət kabinəsində poçt və teleqraf naziri vəzifəsi sosialist Aslan bəy Səfikürdskiyə tapşırıldı. 1919 il aprelin 14-də və dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində isə poçt və teleqraf naziri vəzifəsini sosialist Camo Hacınski tutdu. == Xalq Maarifi Nazirliyi == 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1–3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi.
SSRİ hərbi nazirliklərinin rəhbərləri
SSRİ hərbi nazirliklərinin rəhbərləri — Sovet Rusiyası və SSRİ hərbi nazirliklərinin rəhbərləri (1917–1991). == Respublika Silahlı Qüvvələrinin Baş Komandanı == Baş Komandan: Nikolay Krılenko — (20 noyabr 1917–13 mart 1918) İoakim Vasetis — (6 sentyabr 1918–8 iyul 1919) Sergey Kamenev — (8 iyul 1919–1 aprel 1924) == RSFSR bütün dəniz qüvvələrinin komandanları == Modest İvanov — (1917–1918) Pavel Dıbenko — (1918–1918) Vasili Altfater — (1918–1919) == SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı == SSRİ-nin birinci hökuməti formalaşana qədər RSFSR Komissarlığı Xalq Komissarları: Nikolay Podvoyski — (8 noyabr 1917–13 mart 1918) Lev Trotski — (29 avqust 1918–26 yanvar 1925) Mixail Frunze — (26 yanvar — 31 oktyabr 1925) Kliment Voroşilov — (6 noyabr 1925–20 iyun 1934) == SSRİ Müdafiə Xalq Komissarlığı == Xalq komissarları: Kliment Voroşilov — (20 iyun 1934–7 may 1940) Semyon Timoşenko — (7 may 1940–19 iyul 1941) İosif Stalin — (19 iyul 1941–25 fevral 1946) == SSRİ Hərbi Dəniz Donanması Xalq Komissarlığı == 1937-ci ildə SSRİ Müdafiə Xalq Komissarlığından ayrılıb, 1946-cı ildə Siahlı Qüvvələr Xalq Komissarlığı ilə birləşdirilib. Xalq Komissarları: Pyotr Smirnov — (30 dekabr 1937–30 iyun 1938) Mixail Frinovski — (8 sentyabr 1938–20 mart 1939) Nikolay Kuznetsov — (28 aprel 1939–25 fevral 1946) == SSRİ Silahlı Qüvvələr Xalq Komissarlığı (15.3.1946-cı il tarixindən nazilirlik) == Müdafiə və Hərbi Dəniz Donanması Xalq Komissarlıqlarının birləşməsi nəticəsində yaranıb. Xalq Komissarları (15.3.1946-cı il tarixindən nazirlər): İosif Stalin — (25 fevral 1946–3 mart 1947) Nikolay Bulqanin — (3 mart 1947–24 mart 1949) Aleksandr Vasilevski — (24 mart 1949–25 fevral 1950) == SSRİ Hərbi Nazirliyi == SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Nazirliklərinə bölünməsi nəticəsində yaranıb. Hərbi Nazir : Aleksandr Vasilevski — (25 fevral 1950–15 mart 1953) == SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Naziliyi == SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Nazirliklərinə bölünməsi nəticəsində yaranıb. Hərbi Dəniz Naziri: İvan Yumaşev — (25 fevral 1950–20 iyul 1951) Nikolay Kuznetsov — (20 iyul 1951–15 mart 1953) == SSRİ Müdafiə Nazirliyi == Hərbi və Hərbi Dəniz nazirliyinin birləşməsi nəricəsində yaranıb.
Xarici İşlər Nazirlikləri
Xarici işlər nazirliyi — dövlətlərin icraedici hakimiyyət orqanı, digər dövlətlərlə diplomatik əlaqələr sisteminə rəhbərlik edən dövlət qurumu (xarici siyasət). Hər dövlətin Xarici İşlər Naziri vəzifəsini bir səlahiyyətli nazir tərəfindən icra edilir.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
Bakirlik
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
İkinci Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nazilli
Nazilli — Türkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir. == Etimologiya == Nazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır. == Tarixi == Türklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. == Fəaliyyəti == Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə == Tabeliyindəki qurumlar == Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti === Maliyyə Elm-Tədris Mərkəzi === SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. === Məlumat Hesablama Mərkəzi === Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi (Azərbaycan) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Nazirlər Kabineti
Nazirlər Kabineti (termin)
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. == Quruluşu və vəziyyəti == === "Maql" dünyası ilə əlaqəsi === Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.
Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Vergilər Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarix == 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır. 23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. 12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib. 3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib. 6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
Xariciyyə Nazirliyi
Xariciyyə Nazirliyi və ya Xariciyyə Nəzarəti (Türkcə: Hariciye Nezareti) — Osmanlı imperiyasının idaəretmə strukturundakı qurumlardan biri. 1836-cı ildə qurulan bu qurum müasir Xarici İşlər Nazirliyini əvəz etmişdir. == Haqqında == Xariciyyə Nəzarətinin tarixi kökləri XVII əsrdə divan-ı hümayunun önəmini itirib, dövlət idarəsinin Bab-ı Əliyə keçməsinə qədər uzanır. Reis ül-Küttab və tabeliyindəki divan katibləri bu əsnada Bab-ı Əliyə köçürüldülər. Bab-ı Əli sədrəzəmin idarə etdiyi divanın keçirildiyi və dövlət məsələlərinin müzakirə edildiyi idarəyə çevrildi. Reis ül-Küttab artan bürokratik ehtiyaclar səbəbilə divan tabeliyindəki bəzi bölümlərin də məsuliyyətini alaraq sədrəzəmin və divan-ı hümayunun katibliyini öz üzərinə götürdü. Keçmişdən bəri əcnəbi dövlərlərlə xəbərləşmə və anlaşmların qeydiyyatını aparan Reis ül-Küttab, o əsnalarda əcnəbilər arasından seçilən divan tərcüməçiliyini də öz üzərinə almışdı. Nəticədə Reis ül-Küttab xarici əlaqələrdə önəmli dövlət məmuriyyətinə çevrildi. Avropa dövlətlərinin XVIII əsrdə, xüsusilə də, 1774 tarixli Kiçik Qaynarca sülhündən sonra üzə çıxan hərbi və iqtisadi üstünlüyü Osmanlı dövlətində Avropa modellərinə uyğun tənzimləmələrin vacibliyini göstərdi. Sultan Səlimin 1793-cü ildən etibarən London, Paris, Vyana və Berlində səfirliklər açması bu yolda atılan önəmli addımlardan biridir.
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi (Azərbaycan)
Natiqlik sənəti
Natiqlik və ya bəlağətli nitq sənəti — inandırmaq məqsədi ilə kütlə qarşısında çıxış etmə sənəti. Natiqlik ritorika, aktyorluq texnikası (təqdimat) və manipulyasiya üsullarının harmonik vəhdətidir. Natiqin məqsədi öz nöqteyi-nəzərini müdafiə edərək, öz mövqeyini rəqibə və ya auditoriyaya təqdim etməkdir. Hazırlanmış nitq və natiqlik üsullarından istifadə edərək bu məqsədinə nail olur. Natiqlik sənəti və onun xassələrini ritorika elmi öyrənir. == Natiqlikdə arqumentasiya == Kütləvi nitqdə arqument tezisi sübut etməyə yönəlmiş faktlar, tədqiqat məlumatları, hadisələr, praktik nümunələrdir. Antik ritorikada Aristotel arqumentin üç növünü ayırd edirdi: etos, patos, loqos. Etos – öz nitqi ilə insanları müəyyən hərəkətlərə sövq etməyə, bəyanatın mövzusuna baxış və münasibəti dəyişməyə çağırmağa hazırlaşan şəxsin etik, mənəvi mövqeyidir; etos ən birbaşa danışıq və ya yazılı söz üçün vətəndaş məsuliyyəti hissi ilə əlaqələndirilir. Loqos – insanlar üçün mühüm düşüncədir, dialektik səviyyədə onların fəal əks etdirilməsi və mənimsənilməsi mövzusuna çevrilməli olan ideyadır. Pafos – vəziyyətə, ifadənin məqsədinə uyğun gələn və ifadənin mənasının başa düşülməsinə və mənimsənilməsinə ən çox kömək edən obrazlı nitq formasıdır.
Nəqliyyat Nazirliyi
Nəqliyyat Nazirliyi (Azərbaycan)
Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi (Azərbaycan)
Kamran Nəzirli
Nəzirli Kamran İsmayıl oğlu (19 iyun 1958, Astara) — azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016),, filologiya üzrə fəlsəfə doktoru (2004). == Həyatı == Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Azərbaycanın Astara rayonunda müəllim ailəsində anadan olmuşdur. M. Ə. Sabir adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə ingilis və Amerika ədəbiyyatı nümayəndələrinin bir çox əsərlərini orijinaldan dilimizə çevirmiş və Azərbaycan mətbuatında dərc etdirmişdir. Həmin illərdən başlayaraq mətbuatda publisistik məqalə, oçerk, hekayə və tərcümələri ilə çıxış edir. Ənvər Rza, Allahverdi Tağızadə, Zeydulla Ağayev, İsmixan Rəhimov, Asif Əfəndiyev, Ağacavad Əlizadə, Qılıncxan Bayramov kimi pedaqoq, alim və yazıçıların dərnəklərində iştirak etmiş, Bakı ədəbi mühiti ilə yaxından tanış olmuşdur. 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirmişdir. Ayrı-ayrı illərdə "Sovet kəndi" (1984–1987) qəzetində, Azərinformda (1987–1989), Azərbaycan KP MK aparatında (1989–1991), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində (1991–1995), beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində (1996–2000), Pakistan İslam Respublikasında (1993–1994), Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi (2001–2009)və s. müxtəlif vəzifələrdə çalışmış, bir sıra müstəqil qəzetlərin, habelə "Ədalət", "7 gün", "525-ci qəzet"in redaktoru və köşə yazarı olmuşdur.
Kənan Nadirli
Kənan İlqar oğlu Nadirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. == Hərbi xidməti == Kənan könüllü olaraq İkinci İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Nadir Nadirli
Nadir Arzu oğlu Nadirli (23 mart 1992; Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). == Həyatı və fəaliyyəti == Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur. Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972). Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.
Ərtoğrul Nadirli
Ərtoğrul Hümbət oğlu Nadirli (31 mart 1997; Sədərək rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Turizm naziri
Turizm naziri — Turizm Naziri turizm, istirahət və ya mədəniyyət sahəsində ixtisaslaşmış dövlət idarəsinin rəhbəridir.
ABŞ Müdafiə Nazirliyi
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (ing: United States Department of Defense, USDOD, DOD, DoD) — Birləşmiş Ştatların Silahlı Qüvvələrinə cavabdeh olan bir dövlət nazirliyidir. 18 sentyabr 1947-ci ildə yaradılmışdır və qərargahı ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Pentaqondur. Müdafiə Nazirliyinə cavabdeh olan şəxsə Müdafiə naziri deyilir (ing: Secretary of Defense az: Müdafiə katibi). ABŞ-nin hazırkı Müdafiə naziri Mark Esperdir. Müdafiə naziri birbaşa prezidentə hesabat verir. Müdafiə Nazirliyi; ABŞ Quru Qoşunları Dairəsi, ABŞ Hərbi Dəniz Qüvvələri Dairəsi, ABŞ Hərbi Hava Qüvvələri Dairəsi, Milli Təhlükəsizlik Agentliyi və ABŞ Müdafiə Kəşfiyyatı Xidmətindən ibarətdir.
Azərbaycan Energetika Nazirliyi
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.
Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.