Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Azərbaycan Respublikası Energetika Nazirliyi— yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Energetika Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 22 oktyabr 2013 |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Üzeyir Hacıbəyli 84 (Hökumət evi), AZ1000 |
Rəhbərlik | |
Nazir | Pərviz Şahbazov |
Nazir müavinləri |
Samir Vəliyev Elnur Soltanov Kamal Abbasov |
Aparat rəhbəri | Zaur Məmmədov |
|
|
Rəsmi saytı | minenergy.gov.az |
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmış, Nazirliyin vəzifə, funksiya və hüquqları Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməsində müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 dekabr tarixli 150 saylı Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may 404 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 3 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılmışdır.