Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
An Other Cup
An Other Cup — Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
Love, Chunibyo & Other Delusions
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.
Mother Mother
Mother Mother — Kanadada 2005-ci ildə qurulan indi-rok qrupu. Qrupun hazırkı heyətində Rayan Qaldemond (gitara, vokal), Molli Qaldemond (sintezator, vokal), Casmin Parkin (sintezator, vokal), Ali Siadat (baraban) və Mayk Yanq (bas-gitara) yer alır. Uzun müddətdir qrupun bas-gitaraçısı olan Ceremi Peyc 2016-cı ildə ayrıldı.
Azeri Brothers
"Azeri brothers" (azərb. Azəri qardaşları‎) — Azərbaycanlı pəhləvanlar – Hüseyn və Laçın Abdulhüseynov qardaşlarından ibarət qrup. 9 qat rəsmi dünya rekordçularıdır. Abdulhüseynov qardaşları Quba rayonunda anadan olublar. Onlar vaxtilə məşhur pəhləvan olmuş atalarının yolunu davam etdirirlər. Ataları Əli və əmiləri Qəmbər qədim pəhləvanlıq sənəti ilə mesqul olmuş, bir çox ölkələrdə Azərbaycanı təmsil etmişlər. Əli pəhləvan 1992-ci ildə Qubada "Pəhləvan Əli" İdman Klubunu yaratmışdır. Uşaq vaxtlarından idmanla məşğul olmağa başlayan Hüseyn və Laçın qardaşlarda həmin klubda məşqlər etmiş, bir neçə idman növü ilə məşğul olmuşlar. 2000-ci illərdə qol güləşi üzrə keçirilmiş respublika çempionatlarında dəfələrlə qalib olmuşlar. Abdulhüseynov qardaşları hazırda öz rayonlarında gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar.
DC Towers
DC Towers — Avstriyada və Vyana şəhərində hündürlüyündə görə birinci olan göydələn. Tikili Kayzermülen rayonunda, Dunay çayının sahilində yerləşir. Binanın ümumi sahəsi 93,600 m², 66,000 m²-i isə ofis otaqları üçün ayrılmışdır. Göydələnin inşası 2010-cu ildən 2013-cü ilə qədər davam etmişdir. Binanın xarici qara görüntüsü, Vyana şəhərinin iş bölgəsində digər tikililərdən fərqləndirir. Bina tək bir memarlıq üslubunda - futurizm üslubunda tikilmişdir. Göydələnin bir tərəfi "üzlü" görünən bir prizma formasındadır. Binanın başa çatdırılmasında üçün əsas materiallar - şüşə və ən əsası dəmir-betondan hazırlanmış çərçivədən istifadə edilmişdir. Binanın çox hissəsi ofislərdən, bundan başqa otel, fitness salonu və üst mərtəbələrdə yerləşən restoranlardan ibarətdir.
Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Jonas Brothers
The Jonas Brothers - ABŞ rok musiqi qrupu. 2005-ci ildə yaradılan qrup Disney Channel televiziya şəbəkəsində göründükdən sonra populyarlıq qazanmağa başladı. Qrupun 3 üzvü: Kevin Conas, Co Conas və Nik Conas qardaşlarıdır. Vikoff, Nyu Cersidə yaradılan Jonas Brothers qrupu sonralar Little Falls, Nyu Cersiyə doğru irəlilədi, hansı ki onlar 2005-də burda Hollywood Recordsun köməkliyi ilə ilk mahnılarını yazdılar. 2008-ci ilin yayında isə onlar Disney Channel Original Movie Camp və bunun davamı olan Camp Rock 2: The Final Jam seriallarında oynadılar. Həmçinin Disney Channeldə öz şəxsi Jonas serialını yayımlayan qardaşlar burda Kevin, Co və Nik Lukas kimi Lukas qardaşları qrupunu canlandırdılar. Sonralar serial Jonas L.A. kimi adlandırılmağa başladı və 2-ci mövsümdən sonra dayandırıldı. İndiyə qədər qrup 5 studiya albomu buraxmışdır: It's about time (2006), Jonas Brothers (2007), A Little Bit Longer (2008), Lines, Vines and Trying Times (2009) və Happiness Begins (2019) Qrup 2008-ci ildə Qremmi mükafatının Yeni Artist kateqoriyası üzrə namizəd göstərildi və elə həmin il American Music Award tərəfindən İlin Yeni Artisti mükafatına layiq görüldü. Hələ 2009-cu ilin mayında Lines, Vines and Trying Times albomunu buraxmamışdan əvvəl onlar dünya üzrə 8 milyondan artıq albom satmışdılar. 2010 və 2011-ci illər qrup üçün durğunluq illəri oldu.
Mother (ERA)
Mother – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ikinci sinql. Mahnının musiqisi Eric Levinindir. Mahnının mövzusu ana fədakarlığı və qayğıkeşliyinin Müqəddəs Məryəm ananın timsalında göstərilməsidir. Mahnıya həmçinin klip də çəkilmişdir.
Olbers paradoksu
Olbers paradoksu – dəyişməz və sonsuz kainat fikri ilə gecənin qaranlıq faktı arasında ziddiyyəti özündə əks etdirən paradoks. 20-ci əsrə qədər kainat haqqında kifayət qədər məlumat olmadığından, kainatın dəyişməz və əbədi olduğuna dair geniş yayılmış bir fikir var idi. Ancaq bu dəyişməz və sonsuz kainat fikri öz içində qəribə bir paradoks saxlayırdı. Haradasa 500 il kimi uzun bir müddətdə bu paradoks, bir çox astronomun, elm insanının və hətta Edqar Allan Po kimi bir şairin belə uzun müddət üzərində düşünməsinə səbəb olmuşdu. Paradoksun 500 illik bir keçmişi olsa da, alman həkim və astronom Haynrix Olbers, 1823—cü ildə mövzu ilə bağlı yazdığı məqalə ilə paradoksu elmi mübahisələrin içinə daşıyaraq bu gün öz adı ilə anılmasına da təmin etdi. Paradoks sadəcə gecənin nə üçün qaranlıq olduğunu soruşurdu. Olbers paradoksuna görə kainat hərəkətsiz və sonsuzdursa, göy üzündə baxdığımız hər bir yerdə mütləq bir ulduz və ya hər hansı bir işıq mənbəyi olmalıydı. Sonsuz kainatda saysız-hesabsız ulduzun işığı ilə göy üzünün örtülmüş olması lazım idi. Bu halda gecələr göy üzündə qaranlıq bir nöqtə belə qalmayacaq, gecə də gündüz kimi aydınlıq olacaqdı. Ancaq vəziyyət heç də belə görünmürdü.
Warner Brothers
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Otter adası
Otter adası (ing. Otter Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Müqəddəs Paul adasının cənub-qərbində yerləşir. Adanın sahəsi 0,6686 km²-dir. Adada ov etmək qadağandır.
S!sters
S!sters — Almaniyanın Hannover şəhərindən olan Laura Kastel və Karlotta Trumanın birlikdə yaratdığı musiqili duet. S!sters "Sister" mahnısı ilə Almaniyanın NDR telekanalının təşkil etdiyi Unser Lied für Israel yarışmasında qalib gələrək, Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
Baku Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Devid Oqden Stiers
David Allen Ogden Stiers (ing. David Allen Ogden Stiers; 31 oktyabr 1942, Peoria, Illinois – 3 mart 2018, Newport, Oregon) — ABŞ aktyoru.
Mother's Milk
Mother's Milk — Red Hot Chili Peppersnın dördüncü studiya albomudur. 16 avqust 1989-ci il tarixində yayımlanan albom EMI etiketi ilə satışa buraxılmışdır.
Port Baku Towers
Port Baku Towers — Bakıda, Neftçilər prospektində, dəniz limanının yanında yerləşən yüksək mərtəbəli ofis binası. Yüksək səviyyəli kompleksdə iki qüllə mövcuddur. Port Baku Residence və The Crescent Development Project ilə şəhərin mərkəzindən Sumqayıt şəhərinə köçürülmüş limanın torpaqları üçün nəzərdə tutulmuş ilk transformativ memarlıq obyektidir. Binada "A" sinif otaqları, ticarət zonaları, beynəlxalq SPA və səhiyyə mərkəzi, restoran və kafe var. 1200 avtomobil üçün park yeridə var.. 1-ci qüllə 2011-ci ildə, 2-ci qüllə isə 2022-ci ildə hazır olub. Binanın memarlıq üslubu müasirdir. Ən yüksək qüllə aşağı və yuxarı əsaslarla üçbucaqlı bir prizma formasında qurulmuşdur. Belə bir geometriya sayəsində, cənub qülləsi baxış bucağından asılı olaraq görünüşü bir çox istiqamətdə təqdim edir: şəhərin şərq və qərb hissələrindən düz düzbucaqlı kimi görünür, lakin şimaldan silindrik bir bina kimi görünür. Prizmanın kənarında tikinti yığıncağının lateral üzləri Bakının cənubundan görünür.
The Jonas Brothers
The Jonas Brothers - ABŞ rok musiqi qrupu. 2005-ci ildə yaradılan qrup Disney Channel televiziya şəbəkəsində göründükdən sonra populyarlıq qazanmağa başladı. Qrupun 3 üzvü: Kevin Conas, Co Conas və Nik Conas qardaşlarıdır. Vikoff, Nyu Cersidə yaradılan Jonas Brothers qrupu sonralar Little Falls, Nyu Cersiyə doğru irəlilədi, hansı ki onlar 2005-də burda Hollywood Recordsun köməkliyi ilə ilk mahnılarını yazdılar. 2008-ci ilin yayında isə onlar Disney Channel Original Movie Camp və bunun davamı olan Camp Rock 2: The Final Jam seriallarında oynadılar. Həmçinin Disney Channeldə öz şəxsi Jonas serialını yayımlayan qardaşlar burda Kevin, Co və Nik Lukas kimi Lukas qardaşları qrupunu canlandırdılar. Sonralar serial Jonas L.A. kimi adlandırılmağa başladı və 2-ci mövsümdən sonra dayandırıldı. İndiyə qədər qrup 5 studiya albomu buraxmışdır: It's about time (2006), Jonas Brothers (2007), A Little Bit Longer (2008), Lines, Vines and Trying Times (2009) və Happiness Begins (2019) Qrup 2008-ci ildə Qremmi mükafatının Yeni Artist kateqoriyası üzrə namizəd göstərildi və elə həmin il American Music Award tərəfindən İlin Yeni Artisti mükafatına layiq görüldü. Hələ 2009-cu ilin mayında Lines, Vines and Trying Times albomunu buraxmamışdan əvvəl onlar dünya üzrə 8 milyondan artıq albom satmışdılar. 2010 və 2011-ci illər qrup üçün durğunluq illəri oldu.
The Statler Brothers
The Statler Brothers - Amerikan musiqi qrupudur. Kvartet 1955-ci ildə yerli səhnədə çıxış edərkən yaradılıb. 1964-72-ci illərdə onlar Conni Keş üçün əsas və ehtiyat ifaçılar kimi oxuyublar. Əvvəlcə yerli kilsələrdə "Cənubi müjdə" musiqisini ifa edən qrup özlərini "Dörd Ulduzlu Kvartet", daha sonra isə "Krallar" kimi təqdim edirdi. 1963-cü ildə "The Kingsmen" adlı qaraj rok qrupunun "Louie, Louie" mahnısı məşhurlaşdıqda qrup özlərini "[he Statler Brothers" adlandırmaq qərarını verdi. Adına baxmayaraq, qrupun yalnız iki üzvü (Don və Harold Reid) əsl qardaş idi və heç bir üzvdə Statler soyadı yox idi. Qrup əslində özlərini otel otağında gördükləri üz toxumasının markasına görə adlandırdılar (daha sonra özlərini asanlıqla "Kleenex Brothers" adlandırılaraq lağ edilə bilinəcəyindən xəbərdar idilər). Don Reid aparıcı ifaçı, Harold Reid - Donun böyük qardaşı, bass oxudu; Phil Balsley bariton çaldı və Lew DeWitt tenor oxudu. O həm də 1982-ci ildə Cimmi Fortune tərəfindən səhhətindəki problemə görə dəyişdirilməzdən əvvəl gitaraçı idi. Qrupun üslubu onların tarixi kökləri ilə sıx bağlı idi.
Duplass Brothers Productions
Duplass Brothers Productions — aktyor, rejissor və yazıçı olan Mark və Cey Düplass qardaşları tərəfindən təsis edilmiş ABŞ film şirkəti. Şirkət müstəqil filmləri və teleserialları istehsal edir. Onlar "The Puffy Chair", "Güvənliyə zəmanət verilmir", "Sevdiyim insan" və "Skelet əkizlər" kimi filmlər, həmçinin "Togetherness" və "Room 104" teleserialları çəkiblər. Connect 5 (1996) The Puffy Chair (2006) Baghead (2008) Cyrus (2010) Jeff, Who Lives at Home (2011) Güvənliyə zəmanət verilmir (2012) The Do-Deca-Pentathlon (2012) Bad Milo! (2013) Sevdiyim insan (2014) Skelet əkizlər (2014) Adult Beginners (2014) The Overnight (2015) Creep (2015) Mandarin (2015) 6 Years (2015) Manson Family Vacation (2015) The Bronze (2016) Blue Jay (2016) Rainbow Time (2016) Take Me (2017) Outside In (2017) Duck Butter (2018) Unlovable (2018) Paddleton (2019) Horse Girl (2020) Language Lessons (2021) 7 Days (2021) As of Yet (2021) Spin Me Round (2022) This Is John (2003) Scrapple (2004) The Intervention (2005) Togetherness (2015–16 for HBO) Animals.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
The Marshall Mathers LP
The Marshall Mathers LP — ABŞ repçisi Eminemin üçüncü studiya albomu. 23 may 2000-ci ildə Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılmışdır. Albom 2001-ci ildə "Qremmi" mükafatına layiq görülmüşdür. 2000-ci ildə çıxan albom ilk həftəsində 1760000 nüsxə satılmış və tarixin ən sürətli satılan albomu olaraq Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. Albom RIAA tərəfindən almaz sertifikata layiq görülmüş və bütün dünyada 22 milyon nüsxə satılmışdır. Albom tənqidçilər tərəfindən bu günə kimi yaradılmış ən yaxşı rep albomu kimi qəbul olunub.
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Tərs funksiya
Tutaq ki, y = f ( x ) {\displaystyle y=f(x)} , x ∈ D ( f ) {\displaystyle x\in D(f)} ədədi funksiya verilmişdir. Onda hər bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} ədədinə yeganə y 0 = f ( x 0 ) ∈ E ( f ) {\displaystyle y_{0}=f(x_{0})\in E(f)} ədədi uyğundur. Funksiyanın verilən y 0 {\displaystyle y_{0}} qiymətinə görə arqumentin uyğun qiymətinin tapılmasına, daha doğrusu f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} , y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} tənliyinin x {\displaystyle x} -ə nəzərən həllinə tez-tez rast gəlinir. Həmin tənliyin bir yox, bir neçə və hətta sonsuz sayda həlli ola bilər. y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafiki ilə y = y 0 {\displaystyle y=y_{0}} düz xəttinin kəsişdiyi bütün nöqtələrin absisləri f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} tənliyinin Əgər f {\displaystyle f} funksiyası hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} qiymətini ancaq yeganə bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} qiymətində alırsa, onda o funksiya dönən adlanır. Belə funksiyalar üçün f ( x ) = y {\displaystyle f(x)=y} tənliyini istənilən y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətində x-ə nəzərən birqiymətli həll etmək olar, daha doğrusu hər bir y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətinə yeganə x ∈ D ( f ) {\displaystyle x\in D(f)} qiyməti uyğundur. Bu uyğunluq funksiya təyin edir, özü də f {\displaystyle f} funksiyasının tərsi adlanır və f − 1 {\displaystyle f^{-1}} simvolu ilə işarə olunur. Qeyd edək ki, hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} üçün y = y 0 {\displaystyle y=y_{0}} düz xətti dönən y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafikini yeganə ( x 0 , y 0 ) {\displaystyle (x_{0},y_{0})} nöqtəsində kəsir, burada f ( x 0 ) = y 0 {\displaystyle f(x_{0})=y_{0}} . Tərs funksiyanın arqumentini x {\displaystyle x} hərfi ilə, onun qiymətini isə – y {\displaystyle y} hərfi ilə işarə edərək, f {\displaystyle f} funksiyasının tərs funksiyasını y = f − 1 ( x ) , x ∈ D ( f − 1 ) {\displaystyle y=f^{-1}(x),x\in D(f^{-1})} , şəklində yazırlar. Sadəlik üçün f − 1 {\displaystyle f^{-1}} simvolu əvəzinə g {\displaystyle g} hərfindən istifadə edəcəyik.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Tərs qəfəs
Tərs qəfəs-mücərrəd üçölçülü bir fəzada qurulmuş nöqtəvi qəfəsdir. Bunun hansı fəzada necə qurulduğunu və ümumiyyətlə nəyə yaradığını yaxşı anlamaq üçün tərs qəfəs anlayışının bərk cisimlər fizikasındakı roluna nəzər salaq. Kristallik bərk cisimlərin bütün fiziki xassələri, əsas etibarı ilə iki faktor əsasında formalaşır. Bunlardan biri bərk cismi təşkil edən atomların quruluşu, ikincisi isə bərk cisimlərin öz kristal quruluşudur. Bir bərk cismin kristal quruluşa sahib olması nəzəri problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Beləki bərk cismin fiziki xassəsini ifadə edən və koordinatın funksiyası olan hər bir fiziki kəmiyyət koordinatın üçölçülü periodik funksiyası olur. Bu o deməkdir ki, bir nəzəri məsələnin həlli üçün yazılacaq tənliklərin bərk cismi təşkil edən bütün atomlar üçün deyil, periodun müəyyən elədiyi oblastda yer alan atomlar üçün yazılması kifayətdir. Period isə kristal qəfəsin köçürmə simmetriyasını müəyyən edən a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} vektorları ilə verilir. Bu vektorlara qəfəsin bazis vektorları və onların ədədi qiymətləri olan a , b , c {\displaystyle a,b,c} -lərə qəfəs sabitləri deyilir. Hər bir qəfəs üçün a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları üzərində qurulumuş paralepiped həmin qəfəsin elementar özəyi adlanır və onun həcmi V 0 = ( a → 1 [ a → 2 a → 3 ] ) {\displaystyle V_{0}={\Bigl (}{\vec {a}}_{1}[{\vec {a}}_{2}{\vec {a}}_{3}]{\Bigr )}} .