Henrix Hers

Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857 − 1 yanvar 1894) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir.

HENRİX HERS
alm. Heinrich Rudolf Hertz
Doğum tarixi
Doğum yeri Hamburq, Almaniya
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Bonn, Almaniya
Vəfat səbəbi sepsis
Dəfn yeri
  • Olsdorf qəbiristanlığı[d]
Vətəndaşlığı
Uşaqları 2[1]
Təhsili
Fəaliyyəti fizik, filosof, ixtiraçı, universitet müəllimi[d]
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Fizika 9. § 3.4. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 72.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əliquliyev R.M.,Salmanova P.M. İnformasiya cəmiyyəti: maraql; xronoloji faktlar.Bakı:"İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh


  1. https://www.dhm.de/lemo/biografie/heinrich-hertz.