HERÓQLİF
HERSÓQ
OBASTAN VİKİ
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] == Tətbiqi == === Benzotiadiazollar === Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] === Benzotiazollar === Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. == Boyalar == Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
Alisa Hers-Sommer
Alisa Hers-Sommer, həmçinin Alisa Sommer (26 noyabr 1903[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan – 23 fevral 2014[…], London) — kimi tanınan Alisa Hers-Sommer, pianoçu, musiqi müəllimi, bir əsrdən artıq yaşamış Bohemialı və nasistlər tərəfindən yəhudi mənşəli olduğu üçün göndərilən olduğu Theresienstadt düşərgəsindən xilas olmuşdur. O, 1986-cı ildən həyatının sonuna qədər Londonda Belsize Parkda yaşamış və 110 yaşında dünyanın ən yaşlı Holokostdan sağ çıxmış biri kimi tanınmışdır. Hers Sommerin həyatı haqqında film The Lady in Number 6 (6 Nömrəli Qadın) hal-hazırda Ən Yaxşı Qısametrajlı Sənədli Film kimi Akademik Mükafata namizəd göstərilmişdir. == Həyatı == Hers 26 Noyabr 1906 cı ildə Praqada(Avstriya-Macarıstan) doğulmuşdur.Sommerin Mariana adlı əkiz bacısı da var idi. O, 1931-ci ildə biznesmen və həvəskar musiqiçi Leopold Sommer ilə evləndi. Onların Rafael Sommer adlı uşaqlarıı olduqdan sonra Leopold Auşvitsə göndərilir.Ölüm düşərgəsindən xilas olmağına baxmayaraq 1941-ci ildə Daxau şəhərində vəfat etdi. Alisa İsraildə yaşadığı müddətdə Yerusəlimdə musiqi müəllimi kimi çalışırdı.Sonralar 1986-cı ilde Londona köçdü.Alisin yeganə övladı violençel ifaçısı və dirijor Rafael Sommer 2001-ci ildə vəfat etmişdir. Alisa Hers-Sommer 23 fevral 2014-cü ildə məlum səbəblərdən 110 yaşında vəfat etmişdir.
Henrix Rudolf Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Bosniya və Herseqovina
Bosniya və Herseqovina (bosn. və xorv. Bosna i Hercegovina, serb. Босна и Херцеговина) — cənub-şərqi Avropada dövlət. Bosniya və Herseqovina Balkan yarımadasına yerləşir. Şərqdə Serbiya, cənub-şərqdə Monteneqro, şimalda və cənub-qərbdə Xorvatiya ilə həmsərhəddir. Cənubda isə 24 kilometrlik uzunluğunda Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Sarayevo, ümumi sahəsi 51,129 kvadrat kilometrdir. Bosniya və Herseqovina ərazi quruluşu baxımından konfederativ ölkədir. Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar.
Bosniya və Herseqovina 2010 Avroviziya Mahnı Müsabiqəsində
Bosniya və Herseqovinanı Osloda keçiriləcək 2010 Avroviziya Mahnı Müsabiqəsində Vukajin Brajic adlı gənc müğənni təmsil edəcək. Artıq təmsilçinin müsabiqədə ifa edəcəyi mahnı da məlumdur. Vukajin Brajic "Munja I Grom" ("İldırım və şimşək") mahnısını ifa edəcək.
Bosniya və Herseqovina 2014 Qış Paralimpiya Oyunlarında
Bosniya və Herseqovina 2014 Qış Paralimpiya Oyunlarında — Bosniya və Herseqovina paralimpiyaçılarının 7-16 mart 2014-cü ildə keçirilən Qış Paralimpiya Oyunlarında iştirakı. Bosniya və Herseqovina Milli Paralimpiya Komitəsi 7-16 mart 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Qış Paralimpiya Oyunlarında iştirak üçün bir heyət göndərdi. Bununla, ölkənin Qış Paralimpiadasına edəcəyi ikinci iştirak təsdiqləndi. Heyət iki dağ xizəkçisi Senad Türkoviç və İlma Kazaziçdən ibarət idi. İkisi də mübarizəni tez dayandırdı. == Paralimpiadanın fonunda == Bosniya və Herseqovinanın Paralimpiadada ilk iştirakı 1996-cı ildə keçirilən 1996 Yay Paralimpiya Oyunlarında baş tutmuşdur. Ölkənin Qış Paralimpiadasında ilk iştirakı 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən 2010 Qış Paralimpiya Oyunlarında olmuşdur. Bundan sonrakı hər paralimpiya oyunlarında ölkənin Milli Paralimpiya Komitəsinin heyəti iştirak etmişdir. 2014 Qış Paralimpiya Oyunları 7-14 mart 2014-cü ildə Rusiyanın Soçi şəhərində baş tutdu, 45 ölkədən 547 idmançı bu oyunlara qatıldı. Bosniya və Herseqovinanın Soçiyə göndərdiyi nümayəndə heyəti iki dağ xizəkçisi İlma Kazaziç və Senad Türkoviçdən ibarət idi.
Bosniya və Herseqovina 2015 Avropa Oyunlarında
Bosniya və Herseqovina — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Bosniya və Herseqovina ümumilikdə 57 idmançı ilə təmsil olunub.
Bosniya və Herseqovina 2018 Qış Olimpiya Oyunlarında
Bosniya və Herseqovina 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 2 idman növündə 4 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Bosniya və Herseqovina «A» kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Bosniya və Herseqovina «A» kateqoriyası üzrə bir kişi və «B» kateqoriyası üzrə bir qadınla təmsil olunmaq hüququ əldə etmişdir.
Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsində
Bosniya və Herseqovina Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Avroviziyada Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində iştirak etmişdir. Bosniya və Herseqovina müsabiqədə göstərdiyi zəif nəticələrə görə 1998 və 2000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədən kənarlaşdırılmışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Bosniya və Herseqovina hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Bosniya və Herseqovina Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və ən yaxşı nəticəsi 2006-cı ildə Hari Mata Harinin ifa etdiyi "Lejla" mahnısı ilə əldə etdiyi 3-cü yerdir. 2013-cü ildə ciddi maliyyə çətinlikləri ilə üzləşən ölkənin Avroviziyada iştirak etməyəcəyi açıqlanmışdır. Bosniya və Herseqovina üç illik fasilədən sonra 2016-cı ildə müsabiqəyə geri dönsə də, 2017-ci ildə yenidən maliyyə problemləri səbəbi ilə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Bosniya və Herseqovina Federasiyası
Bosniya və Herseqovina Federasiyası (bosn. və xorv. Federacija Bosne i Hercegovine) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya Serb Respublikasıdı).
Bosniya və Herseqovina Milli Futbol Superkuboku
Bosniya və Herseqovina Milli Futbol Superkuboku —
Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası
Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası ― Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən əsas kitabxanası. Kitabxananın binasının rəsmi açılışı 20 aprel 1896-cı ildə olmuşdur. 1992-ci il avqustun 25-də kitabxana binası yanır və 700 əlyazma, inkunabula və digər qiymətli ədəbiyyat nümunələri oğurlanır. Bundan sonra binanın təmiri 4 mərhələdə; 1996-1997, 2000-2004, 2012, 2013-cü ildə həyata keçirilir və nəhayət 2014-cü il mayın 9-da restavrasiyadan sonra kitabxananın təmtəraqlı açılış mərasimi baş tutur.
Bosniya və Herseqovina Mərkəzi Bankı
Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi
Bosniya və Herseqovina Qadın Antifaşist Cəbhəsi (serb-xorv. Антифашистички фронт жена Босне и Херцеговине / Antifašistički front žena Bosne i Hercegovine) — Bosniya və Herseqovina Sosialist Respublikasında mövcud olmuş qadın təşkilatı. Bosniya və Herseqovina Kommunist Partiyasının əmrilə qadınların partizan hərəkatında daha fəal iştirakını təmin etmək üçün 1942-ci ilin fevral ayında yaradıldı. Cəbhənin əsasında 1942-ci ilin dekabr ayında Bosanski Petrovats şəhərində vahid Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi yaradıldı. == Öncəki dövr == İkinci Dünya Müharibəsindən əvvəl Yuqoslaviya əhalisinin əhəmiyyətli hissəsi şəhərlərdə yaşayırdı, lakin qadınların cəmiyyətdəki mövqeyi dəyişmirdi. Xristianlıq ilə İslam arasında faktiki mübarizə mövcud olan Bosniya və Herseqovinada vəziyyət daha da çətin idi. Antropoloq Vera Ştayn Erlixin sözlərinə görə, bir sıra kəndlərdə qız qaçırılması və onlara qarşı təcavüz halları adiləşmişdir, qadınlardan yalnız müəyyən paltarların geyinməsi tələb olunurdu və demək olar ki, dükan və fabriklərdə işləməyə icazə verilmirdi. Çox sayda yerli qadın sakinləri savadsız idilər və müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər.
Bosniya və Herseqovina Respublikası
Bosniya və Herseqovina Respublikası — müasir Bosniya və Herseqovina ərazisində mövcud olan dövlət. Dövlət 1992-ci ildə Yuqoslaviyadan ayrılaraq müstəqillik deklorasiyası imzalasından Deyton sazişinin tam olaraq tətbiqindən sonra 1997-ci ilə qədər mövcudluğunu saxlamışdır. Dövlət ərazisinin böyük hissəsində Bosniya müharibəsi getmişdir. Müharibənin gedişində ölkə ərazisində milli azlıqlar olan serblər və xorvatlar tərəfindən tanınmayan dövlətlər qurulmuşdur. Xorvatlar Xorvat Hersek-Bosna Respublikası, serblər isə Serb Respublikasını qurmuşdur. Özünün mövcudluğunun ilk iki ilini dövlət boşnakların maraqlarını qoruyurdu. Bu dövrdə dövlət respublikanın az bir hissəsinə nəzarət edirdi. Vəziyyət 1994-cü ildə Vaşınqton müqaviləsinin imzalanmasından sonra dəyişmişdir. Nəticədə bosniya və xorvatlardan ibarət olan koalisiya qurulur. 1995-ci ilin sonlarında Deyton sazişinin imzalanması ilə alyansa Serb Respublikasında qatılmışdır.
Bosniya və Herseqovina Silahlı Qüvvələri
Bosniya və Herseqovinanın Silahlı Qüvvələri (Boşnaqca, Xorvatca, Serpcə: Oružane snage Bosne i Hercegovine, OSBIH; Kiril alfabesi: Оружане снаге Босне и Херцеговине, ОСБИХ)Bosniya-Herseqovinanı kənardan gələ biləcək təhlükələrə qarşı qorumaqla vəzifəli olan Boşnak , Xorvat və Serblərdən ibarət olan silahlı qüvvələrdir. Bosniyalı Serblər, 1992-2006 illəri arası ayrı bir ordu olan Srpska Respublikasının Ordusunda xidmət ediblər.[1] Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine == Tərkibi == 2004-ci ildə yaradılan Bosniya Və Herseqovina Müdafiə Nazirliyi, silahlı qüvvələrə cavabdehdir. Silahlı qüvvələrdə təxminən 9.200 fəal və peşəkar hərbçi, 4.600 ehtiyat əsgər və 1.000 mülki şəxsi heyət var.
Bosniya və Herseqovina Sosialist Respublikası
Bosniya və Herseqovina Sosialist Respublikası (serb-xorv. Socijalistička Republika Bosna i Hercegovina, Социјалистичка Република Босна и Херцеговина) — müasir Bosniya və Herseqovina ərazisində mövcud olan dövlət. Yuqoslaviyanın tərkibinə daxil olan 6 müttəfiq dövlətdən biri. Dövlət 1946-cı ildə Bosniya və Herseqovina Xalq Respublikası olaraq təşkil edilmişdir. 1963-cü ildə konstutsiyaya edilən referendum ilə Bosniya və Herseqovina Sosialist Federasiyası adlandırılmışdır. 1992-ci ilin aprelində müstəqil Bosniya və Herseqovina Respublikası olaraq Yuqoalaviyanın tərkibindən çıxmışdır. Xorvatlar Xorvat Hersek-Bosna Respublikası (18 noyabr 1991), serblər isə Serb Respublikasını (9 yanvar 1992) qurmuşdur. Bosniya və Herseqovina bu dövrdə dövlət ərazisinin az bir hissəsinə nəzarət edirdi. Vəziyyət 1994-cü ildə Vaşınqton müqaviləsinin imzalanmasından sonra dəyişmişdir. Nəticədə bosniya və xorvatlardan ibarət olan koalisiya qurulur.
Bosniya və Herseqovina bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir. Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.
Bosniya və Herseqovina coğrafiyası
Bosniya və Herseqovina Avropanın cənub-şərqində yerləşir. Ölkənin sahəsi 51,1 min km²-dir. Şimal, cənub və qərb hissəsində Xorvatiya (932 км), şərqində Serbiya (357км), cənub-şərqində isə Monteneqro (249 км) ilə sərhədə malikdir. Sərhədlərinin ümumi uzunluğu 1459 km-dir. Sahəsinə görə dünya ölkələri arasıında 128-ci yerdədir. Ərazisinin 99,8% quru, 0,2% su sahəsidir. Bosniya-Herseqovinanın şimal ərazisi istisna olaraq Dinar öndağlığı daxilində yerləşir. Ərazisi bir-birinə paralel şəkildə şimal-qərbdən cənub-qərbə uzanır. Bu silsilələr arasında ölkənin iri şəhər və qəsəbələri yerləşir. Silsilələrin hündürlüyü mərkəzdən Xorvatiya sərhədinə doğru artır.
Bosniya və Herseqovina dinarı
Bosniya və Herseqovina dinarı (Bosniya dinarı) (bosn. Bosanskohercegovački dinar) — Bosniya və Herseqovina Respublikasında 1992—1998-ci illərdə istiadə edilən pul vahidi. == Tarixi == 1 iyul 1992-ci ildə Bosniya Və Herseqovina Xalq bankı özünün milli valyutası olan dinarı dövrüyəyə buraxır. Dövrüyəyə buraxılan 10, 25, 50, 100, 500 və 1000 dinar nominallarla yanaşı Yuqoslaviya dinarıda istifadə edilirdi. 10 noyabr 1992-ci ildə 10 dinar banknotları istifadəyə verilir. 15 avqust 1994-cü ildə denominasiya (10 000:1) gerçəkləşdirilir. Bosniya dinarı Bosniya və Herseqovina Respublikasının yeganə pul vahidi elan edilir. İkinci buraxılış banknotlar istifadəyə verilir (10, 20, 50, 100 və 500 dinar). Alman markasına uyğun məzənnə müəyyən edilir: 100 dinar = 1 marka. Dinar faktiki olaraq bosniya-müsəlmanlarının nəzarət etdiyi ərazilərdə istifadə edilir.
Bosniya və Herseqovinanın Avstriya-Macarıstan işğalı
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı (alm. Okkupationsfeldzug in Bosnien‎) — Osmanlı İmperiyasının Bosniya vilayətini nəzarət altına keçirmək üçün Avstriya-Macarıstan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyat, 1878-ci ildə Berlin konqresi nəticəsində baş vermişdir. == İlkin şərait == 1878-ci ildə rus-türk müharibəsi Osmanlı İmperiyasının məğlubiyyəti ilə başa çatdı. Balkan yarımadasının ərazi və siyasi şəraitini yenidən qurmaq üçün böyük dövlətlər Berlin konqresini çağırdı. Berlin müqaviləsi qurultayının yekun aktının 25-ci maddəsinə əsasən, Avstriya-Macarıstan Bosniya və Herseqovina ərazisini qeyri-müəyyən müddətə işğal etmək, habelə Sancak bölgəsinə hərbi birləşmələr daxil etmək hüququnu (formal olaraq bu bölgə üzərində türklərin suverenliyinin qoruyaraq) qazandı. Qərar rusiyapərəst yönümlü böyük Cənubi Slavyan dövlətinin Balkanlarda meydana gəlməsinin qarşısını almaq üçün qəbul edildi (bu Serbiya və Monteneqronun birləşməsi halında mümkün ola bilərdi). Həm Serbiya, həm də Osmanlı İmperiyası Bosniyanın Avstriya-Macarıstan işğalına fəal şəkildə qarşı çıxırdı. Osmanlı İmperatorluğu Avstriya-Macarıstan Xarici İşlər Naziri Dyula Andraşindən təminat aldı ki, nazirin ölkəsi işğalı "müvəqqəti" olaraq nəzərdə tutur. == Əməliyyat == İşğal zamanı Bosniya vilayətinin 51 147 km² ərazisi, 1.142.000 nəfər əhalisi var idi. Sakinlərin 43%-ı pravoslav serbləri, 39%-ı müsəlmanlar (boşnaklar) və 8%-ı katolik xorvatları idi.
Bosniya və Herseqovinanın gerbi
Bosniya və Herseqovinanın gerbi Bosniya və Herseqovinanın müstəqillik qazandığı 1992-ci ildən bəri istifadə edilən əvvəlki dizaynı əvəz edərək 1998-ci ildə qəbul edildi. Dövlət bayrağının dizaynını izləyir. Üç tərəfli qalxan, Bosniyanın üç əsas etnik qrupunu simvollaşdırmaq üçün istifadə olunur, həmçinin ölkənin formasına uyğundur. == Tarixi gerblər == Bosniyaya aid olan ən erkən gerblərdən biri 1340-cı ildə tamamlanan Foynika qalxanından gəlir. Sonrakı əsrlərdə Avropa mənbələri bu təsvirdən çox təsirlənən gerbləri Bosniyaya aid edirdilər. 1377-ci ildən 1463-cü ilə qədər indiki Bosniya-Herseqovina və Dalmatiya bölgəsini idarə edən Bosniya Krallarının gerbləri, ağ maili zolaq ətrafında düzülmüş altı qızıl fleur de lys ilə mavi bir qalxandan ibarət idi. Gerbin zirvəsində fleur de lisdən bir tac içərisində yerləşdirilmiş bir tovuz quşu lələyi olaraq təsvir edilib. 1463-cü ilə qədər Osmanlılar Bosniyada kral gerblərindən istifadəni dayandırdılar. Kralların heraldik nümayişi sonradan respublikanın 1992-ci ildə qəbul etdiyi gerblər üçün əsas olacaqdır. Herseqovina və Bosniya 1878-ci ildə Avstriya-Macarıstan İmperiyası tərəfindən işğal edildikdən sonra hər iki kondominium İmperiyadan gerb aldı.
Bosniya və Herseqovinanın incəsənəti
Bosniya və Herseqovinanın incəsənəti dedikdə - Bosniya və Herseqovinanın əyalətində tarixdən əvvəlki dövrlərdən bu günə qədər yaşayan xalqların ( Boşnaklar, Serblər və Xorvatlar) incəsənəti nəzərdə tutulur. == Qədim miras == === Ümumi məlumat === İndiki Bosniya və Herseqovinanın hüdudlarında bir çox mədəni təbəqə yaranmışdır. Onların görünüşü və itməsi müxtəlif xalqların ölkə ərazisinə köçü ilə əlaqədardır.
Bosniya və Herseqovina–Türkiyə münasibətləri
Türkiyə–Bosniya və Herseqovina münasibətləri — Bosniya və Herseqovina Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 29 Avqust 1992-ci ildə ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulur. Bosniya və Herseqovina ilə Türkiyə arasında Osmanlının Balkan yarımadasını fəth etməsindən sonra qurulan möhkəm tarixi əlaqələr mövcuddur. Müasir Bosniya və Herseqovina ərazisinin, Osmanlı İmperiyasına birləşdirilməsindən sonra burada əhəmiyyətli bir türk diasporu meydana gəlir. Bosnaklar bölgədə islamı qəbul edən ilk slavyanlar olur. Türklərin çoxu Birinci Dünya müharibəsi dövründə Bosniyanı tərk etməyə başlayır, bundan sonra Osmanlı İmperiyası çökür. 1923-cü ildə Mustafa Kamal Atatürk müasir Türk dövlətinin qurucusu olur. Bu zaman isə Bosniya və Herseqovina ərazisi Yuqoslaviyanın bir hissəsi olur. Yuqoslaviya hökuməti dövründə İosip Broz Titoun Soyuq Müharibə dövründə digər kommunist dövlətlərin liderləri kimi əhalinin dini tətbiqlərinə açıq şəkildə qarşı çıxmamasına baxmayaraq Bosniya həyatında dinin rol azalır. 6 fevral 1992-ci ildə Türkiyə Bosniya və Herseqovinanı müstəqil bir dövlət olaraq tanıyır və 29 avqust 1992-ci ildə hər iki ölkə arasında diplomatik əlaqələr qurulur.
Bosniya və Hersoqovina 2010 Avroviziya Mahnı Müsabiqəsində
Bosniya və Herseqovinanı Osloda keçiriləcək 2010 Avroviziya Mahnı Müsabiqəsində Vukajin Brajic adlı gənc müğənni təmsil edəcək. Artıq təmsilçinin müsabiqədə ifa edəcəyi mahnı da məlumdur. Vukajin Brajic "Munja I Grom" ("İldırım və şimşək") mahnısını ifa edəcək.
Bosniya və Hersoqovina şəhərlərinin siyahısı
Bosniya və Hersoqovina şəhərləri.
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı (alm. Okkupationsfeldzug in Bosnien‎) — Osmanlı İmperiyasının Bosniya vilayətini nəzarət altına keçirmək üçün Avstriya-Macarıstan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyat, 1878-ci ildə Berlin konqresi nəticəsində baş vermişdir. == İlkin şərait == 1878-ci ildə rus-türk müharibəsi Osmanlı İmperiyasının məğlubiyyəti ilə başa çatdı. Balkan yarımadasının ərazi və siyasi şəraitini yenidən qurmaq üçün böyük dövlətlər Berlin konqresini çağırdı. Berlin müqaviləsi qurultayının yekun aktının 25-ci maddəsinə əsasən, Avstriya-Macarıstan Bosniya və Herseqovina ərazisini qeyri-müəyyən müddətə işğal etmək, habelə Sancak bölgəsinə hərbi birləşmələr daxil etmək hüququnu (formal olaraq bu bölgə üzərində türklərin suverenliyinin qoruyaraq) qazandı. Qərar rusiyapərəst yönümlü böyük Cənubi Slavyan dövlətinin Balkanlarda meydana gəlməsinin qarşısını almaq üçün qəbul edildi (bu Serbiya və Monteneqronun birləşməsi halında mümkün ola bilərdi). Həm Serbiya, həm də Osmanlı İmperiyası Bosniyanın Avstriya-Macarıstan işğalına fəal şəkildə qarşı çıxırdı. Osmanlı İmperatorluğu Avstriya-Macarıstan Xarici İşlər Naziri Dyula Andraşindən təminat aldı ki, nazirin ölkəsi işğalı "müvəqqəti" olaraq nəzərdə tutur. == Əməliyyat == İşğal zamanı Bosniya vilayətinin 51 147 km² ərazisi, 1.142.000 nəfər əhalisi var idi. Sakinlərin 43%-ı pravoslav serbləri, 39%-ı müsəlmanlar (boşnaklar) və 8%-ı katolik xorvatları idi.
Bosnya və Herseqovinanın incəsənəti
Bosniya və Herseqovinanın incəsənəti dedikdə - Bosniya və Herseqovinanın əyalətində tarixdən əvvəlki dövrlərdən bu günə qədər yaşayan xalqların ( Boşnaklar, Serblər və Xorvatlar) incəsənəti nəzərdə tutulur. == Qədim miras == === Ümumi məlumat === İndiki Bosniya və Herseqovinanın hüdudlarında bir çox mədəni təbəqə yaranmışdır. Onların görünüşü və itməsi müxtəlif xalqların ölkə ərazisinə köçü ilə əlaqədardır.

Значение слова в других словарях