Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boz oxlar
Qırmızı Oxlar
Red Arrows (azərb. Qırmızı Oxlar‎) - Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1965-cü ildə, Kral Hərbi Hava Qüvvələri tərəfində maliyyələşdirilən qeyri-rəsmi komandaların əvəzinə yaradılıb. Öncədən komanda uçuşlar üçün əvvəllər Yellowjacks-a məxsus olan Folland Gnat təyyarələrindən istifadə edirdi. 1968-cı ildə şouda istifadə olunan təyyarələrin sayı doqquza qədər artırıldı. 1979-cu ildən etibarən komanda aviaşoular üçün BAE Hawk təyyarəsi istifadə edir. == Hadisələr == 29 avqust 2022: Aviaşouda quş dəstəsinə tuş gələn təyyarənin füzelyajı deşilib. Pilot təyyarəni yerə endirə bilib.
Üç oxlar
Üçrəngli Oxlar
Üçrəngli Oxlar (it. Frecce Tricolori) İtaliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Aermacchi MB-339 təyyarlərinin xüsusi modernizasiya olunmuş versiyası istifadə olunur. Qrup 10 təyyarədən ibarətdir. 9-u qrup şəklində uçuş və 1 solo. Eskadron İtaliyanın Milli Simvollarında biridir.
Qara Oxlar
Qara Oxlar (ing. Black Arrows) — Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş ilk rəsmi aerobatika eskadronudur. Təyyarələr qara rəngə boyanmışdır. İlk komanda 5 təyyarədən ibarət idi. 1957-ci ildə ilk dəfə 9 təyyarə ilə şou göstərməyə başladı. Komanda 1958-ci ildə hələ də qırılmamış rekorda imza atdı. 22 təyyarə ilə çəllək(en) və ölü döngə(ru) fiqurlarını icra etdilər. 1961-ci ildə Qara Oxlar ləğv olundu və onların yerini Göy Almazlar aldı.
Olav Byaland
Olav Byaland (ing. Olav Bjaaland; 5 mart 1873, Morgedal[d], Telemark[d] – 8 iyun 1961) - Norveçli xizək çempionu və qütb araşdırmaçısı idi. O, Amundsenin Cənub qütbünə ekspedisiyasının tərkibində Cənub qütbünə çatan ilk 5 adamdan biri kimi tarixə düşmüşdür. == Həyatı == Olav Olavsen Byaland Norveçin Telemark əyalətində yerləşən Morqedal şəhərindəki Syondre Byaland fermasında dünyaya göz açmışdır. Əsrin sonunda Byaland Hemmesteveit qardaşlarla birlikdə Norveçin ən yaxşı xizəkçiləri arasında idi. 1902-ci ildə o, Skandinaviya ölkələri arasında keçirilən və bu günə qədər Skandinaviya xizəkçiliyində klassik tədbirə çevrilmiş Holmenkollen Xizək Festivalında qalib gəlmişdir. 1909-cu ildə Byaland beş nəfərlə birlikdə Fransaya Avropanın ən yaxşı xizəkçiləriylə yarışmaq üçün dəvət edilmişdi. Bu səyahətində o, təsadüfən Roald Amundsenlə qarşılaşdı. O vaxta qədər xeyli uğur qazanmış Amundsen Byalandı gələcəkdə baş tutacaq Şimal qütb ekspedisiyasına dəvət etdi. Byaland bu təklifdən çox həyəcanlanmış və Şimal qütbünə çatacaqlarına inanmışdı.
V Olav buzlağı
V Olav buzlağı (norv. Olav V Land) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Onun sahəsi 4150 km²-dir. Adanın ən böyük buzlağıdır. Ümumi arxipelaqın isə ikinci buzlağıdır (Şimal-Şərq Torpağı adasında yerləşən Austfonna buzlağı 8492 km² əraziyə sahibdir). Buzlaq 1957–1991-ci illərdə Norveç kralı olmuş V Olafın şərəfinə adlandırılmışdır.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Orlov
Orlov — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. == Otlaq dövriyyəsi == Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. == Otlaq eroziyası == Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. == Otlaq qrupları == Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. == Otlaq resursları == Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Oxdar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Ozlar
Ozlar (rus. озы, ing. eskers) — isveç., as- silsilə, tirə, eskerlər, qumdan, çınqıldan, çaqıldaşlardan təşkil olunub, əsas relyefdən asılı olmayaraq buzlağın geri çəkilmə cəbhəsinə perpendikulyar, yaxud paralel uzanan uzun /bir neçə on kilometr, əyri- üyrü tirə. Eni bir neçə metrdən 2–3 km-ə qədər, hündürlüyü isə 20 və daha çox olur. Əsasən buzlaqdaxili ərinti su axınları ilə yaranır. Estoniya, Latviya Respublikalarında və Rusiyanın şimal-qərbində geniş yayılmışdır.
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. == Oğlan və Kişilik == Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Oğlaq
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
İxlas
İxlas— Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq mənasını verir. İxlasla, ixlas ilə şəklində zərf kimi, ixlas göstərmək şəklində feil kimi istifadə olunur. İxlasla, ixlas ilə – sədaqətlə, səmimi qəlblə, ürəkdən, ixlas göstərmək – yaltaqlanmaq, kiminsə xeyrinə çıxış etmək deməkdir. İxlas sözü ərəb mənşəli alınma sözdür, Azərbaycan dilində sərbəst söz kimi işlənir; eləcə də, Azərbaycan dilinə fars dilindən keçmiş, əsasən sözdüzəldici şəkilçi - suffiks rolunu oynayan "kar", "keş" ilə birləşərək, yeni ixlaskar, ixlaskeş sözlərinin tərkibində də iştirak edir. İxlas sözü Azərbaycan klassik ədəbiyyatında, Mirzə Fətəli Axundovun (Axundzadə) ( Nuxalılar: Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz, ”Hekayəti Molla İbrahim-Xəlil Kimyagər“; Mirzə Möhsün: Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam, „Aldanmış kəbakib”), Nəcəf bəy Vəzirovun əsərlərində (Mirzə Həbib: Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var, "Təzə əsrin ibtidası") və s., eləcə də dini xarakterli mətnlərdə (İman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz, Emeli saleh olmasi ucun Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır) rast gəlinir.
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. == Ümumi məlumat == Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Oxlivə
Oxlivə (lat. Smyrnium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
OLAP
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. == Ümumi məlumat == Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. == Analitik analizin imkanları == OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Olay
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Slav
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Aleksey Orlov
Aleksey Qriqoryeviç Orlov(rus. Алексей Григорьевич Орлов, 24 sentyabr (5 oktyabr) 1737, Lyutkino[d], Moskva quberniyası[d] – 24 dekabr 1807 (5 yanvar 1808), Moskva) — rus hərbçisi. == Həyatı == Aleksey Orlov 1737-ci ildə məşhur, alicənab bir ailədə doğulmuşdur. Onun atası Novqorod regionunun qubernatoru olmamışdan qabaq Dövlət məsləhətçisi dərəcəsini qazanmaq üçün Böyük Pyotr müharibələrində iştirak etmişdir. Alekseyin qardaşlarından biri Qriqori II Yekaterinanın favoriti olmuşdur. 1762-ci ildə ordudan getdikdən sonra Aleksey Orlov qardaşları- Qriqorinin və Fyodorun hərbi xidmətdə olduğu Peterburq şəhərinə gedir. Bu müddət ərzində onun qardaşları III Pyoturun arvadı Yekaterina ilə yaxın əlaqədə olmuşlar. === 1762-ci il qiyamı === III Pyotr həm əhali arasında, həm də məhkəmədə rəğbətlə qarşılanmırdı. Həm də o illərdə etinasız yanaşdığı arvadı II Yekaterinaya diqqət göstərmirdi. Alekseyin qardaşı Qriqori onun çoxlu sevgililərindən biri olmuşdur.
Beta Oğlaq
Beta Capricorni, β Capricorni qısaldılmış formada Beta Cap, β Cap — Capricornus bürcündə bir çox ulduz sistemi və günəşdən 328 işıq ili təşkil edir. Sistem beş ulduzdan ibarətdir. Dürbün və ya kiçik bir teleskopla, Beta Capricorni ikili cüt halına gətirilə bilər. İki dənəsinin parlaqlığı Beta¹ Capricorni və ya Beta Capricorni A; dimmer, Beta² Capricorni və ya Beta Capricorni B. Hər ikisi də özləri çoxlu ulduzlardan ibarətdir. Beta¹ Capricorni üç komponentə malikdir; Beta Capricorni Aa (həmçinin Dabih [4] adı verilmiş) və ikili cüt, Beta Capricorni Ab (iki komponent Beta Capricorni Ab1 və Ab2 olaraq təyin olunur) adlı bir ulduzdur. Beta² Capricorni də Beta Capricorni Ba və Bb komponentləri olan ikili cütdür. Digər yaxın ulduzları John Herschel tərəfindən aşkar edilmişdir. Bəzən Beta Capricorni D və E kimi adlandırılanlar, sadəcə optik cütlərin və ya Beta Capricorni sisteminin bir hissəsinin olub-olmadığı aydın deyil. == Xüsusiyyətləri == Beta¹ Capricorni, dimensional Beta² Capricorni'nin +6.09-da görünən bir qüvvətə malik olduğu halda, iki hissənin daha parlaqdır. İki komponent göydə 3.5 arcminut ilə ayrılaraq, onları ən azı 21 min AU (0.34 işıq ili) ayırır.