Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pətənək
Pötənə — quşların mədə hissəsi. == Mətbəxdə == Pötənə Azərbaycan milli mətbəxində geniş istifadə olunur. Toyuq pötənəsindən qovurma da hazirlanir. Hazırlanma qaydasi: Toyuq pötənəsi isti suda dəfələrlə yuyulduqdan sonra, 3–4 saat bişirilir. 3–4 saat bişirildikdə yumşaqlaşmış pötənə kərə yağında qovrulur.
Pəçənək dili
Pəçənək dili — peçeneqlər tərəfindən danışılan Oğuz qrupuna aid bir türk dilidir. Pəçənəklər Orta Asiyadan Avropaya gəlmişlər və Balkanlara yerləşmişlər. Bizansa axınlar etmişlər Pəçənək Xanlığını qurmuşlar. Daha sonra Pəçənək Xanlığı Bizanslılar tərəfindən yıxılmışdır.
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Gəzənək
Gəzənək — İranın Mazandaran ostanının Amül şəhristanının Larican bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 323 nəfər və 94 ailədən ibarət idi.
Kəpənək
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. == Xarici quruluşu == Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Pərəndək
Pərəndək — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,184 nəfər və 1,631 ailədən ibarət idi.
Avrora (kəpənək)
Avrora (lat. Anthocharis cardamines) — Pieridae fəsiləsinə aid kəpənək növü. Növün latın adı tırtılının qidalandığı bitkinin adı ilə bağlıdır. == Görünüşü == Qanadlar arasında məsafə 38–48 mm,, qanadların uzunluğu isə 17–23 (20–24) mm təşkil edir. == İnkişaf == Dişi il ərzində 1, bəzən 2–3 yumurta qoyur. Tırtılları mayın sonlarından iyulun ortalarına qədər yaşayır. Pup şəklində qışlayırlar. === Yarımnövləri === A. c. alexandra (Hemming, 1933) — Altay ərazisində yayılmışdır. Digər adı A. c.
Böyük Kəpənək
Böyük Kəpənək, Musaelyan (1935), Basen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-1830-cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "geçə, yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yıpınçı" mənasında "Kitabi Dədə Qorqud"da rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir.
Bəsərək (Xudabəndə)
Bəsərək (fars. بصرك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (54 ailə).
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi. Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Kiçik Kəpənək
Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. == Toponimi == Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən əmələ gələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır.
Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər. "Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
Kəpənək spredi
Maxaon (kəpənək)
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Monarx kəpənək
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Qızılqarın kəpənək
Qızılqarın kəpənək (lat. Euproctis chrysorrhoea) — buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qanadları açılmış halda 32–40 mm böyüklükdə olur. Bu kəpənək əsasən ağ rənglidir. Bəzi hallarda ön qanadları üzərində olduqca kiçik miqyaslı qara nöqtələrə də təsadüf olunur. Dişi fərdlərin qarıncıq nahiyəsində qızılı rəngdə topa halında tükcüklər vardır. Kəpənəyin adı da buradan götürülmüşdür. Bığcıqları lələkvaridir. Yumurtası girdə, sarımtıl-ağ rənglidir. Yumurta yarpağın üzərinə qoyularkən, kəpənək yarpaq səthini qarıncığı nahiyyəsindəki tükcüklərlə örtür.
Qızılca (kəpənək)
Qızılca (lat. Thersamonia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Kəpənək simptomu
Kəpənək simptomu (ing. Malar rash) – SLE-də kəskin fotohəssas dəri zədələnməsinin variantı olub, sistem xəstəliyin aktivliyini göstərir, burun və yanaqlarda eritema (burun-dodaq büküşlərini zədələmir) dəridən qalxan papula və ya pilək, çapıqsız sağalır. Sifətin qızarmasının digər səbəblərinini (rozasea, seboreya, kontakt, atopik, aktinik dermatiti) istisna etmək lazımdır.
Böyük dəyənək siyasəti
Böyük dəyənək siyasəti — Ruzvelt hökumətinin Latın Amerikasındakı kursu. == Böyük dəyənək siyasətinin məqsədi == Böyük dəyənək siyasətinin 2 məqsədi var idi: Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq Latın Amerikasının ABŞ-nin maraq dairəsinə daxil olmasını təmin etmək. Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi.
Kəpənək (film, 2017)
Kəpənək (ing. Papillon) — Mixail Noerin rejissorluğu ilə çəkilən, 2017-ci il bioqrafik dram filmidir. Kəpənək ilk dəfə 2017-ci il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində 9 Sentyabr 2017-ci ildə nümayiş edilib. == Çəkilişlər == Kəpənək, Monteneqro, Malta və əsasən, Belqradda, Serbiya da daxil olmaqla müxtəlif yerlərdə çəkilmişdir.
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Peşələr
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Qızıl Kəpənək mükafatı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. == Tarixi == İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. == Mükafatlandırma kateqoriyaları == === Mövcud kateqoriyalar === ==== Televiziya mükafatları ==== Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı ==== Musiqi mükafatları ==== İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi ==== Xüsusi mükafatlar ==== Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. == Azərbaycan Mükafatı == === 2017-ci il === Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Yalançı alabəzək kəpənək
Yalançı alabəzək kəpənək - (lat. Syntomis phegea) buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin syntomidae fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yalançı alabəzək kəpənək, pulcuqluqanadlılar (Lepidoptera) dəstəsinin Syntomidae fəsiləsindən olub, qanadları açılmış halda 32–38 mm-dir. == Həyat tərzi == Kəpənəyin yırtıcı tırtıllarının təkipəksarıyanın yumurta və kiçik yaşlı tırtılları ilə qidalanması Qafqazda, o cümlədən Azərbaycanda ilk dəfə 1972-ci ildə Yalama meşə təsərrüfatlarında Zəkəriyyə Məmmədov, R.M.Əfəndi tərəfindən qeydə alımnmışdır. Sonralar 2004-2006-cı illərdə Şəki-Zaqatala bölgəsində təkipəksarıyana qarşı bioloji mübarizə məqsədilə arealdaxili köçürmə üsulu ilə onun tırtıllarından istifadə edilmişdir. Bu baxımdan Lənkəran bölgəsində pardığımız tədqiqatlara əsasən, alabəzək kəpənəyin tırtılları üzərində geniş müşahidələr və hesablama işlərinin aparılmasını məqsədəuyğun hesab etdik. Kəpənəklərin təbiətdə uçuşu may ayının axırından, avqust ayının axırınadək davam edir. Onlar meşənin tala hissələrində bitən gandalaş bitkisinin çiçəkləri ilə qidalanaraq cütləşirlər. Cütləşdikdən 5-6 gün sonra, meşə ağaclarının kök hissəsinə yaxın yem bitkiləri, ağacların gövdələrində olan mamırlar üzərinə qrup halında kiçik yumurtalar qoyurlar. Payıza yaxın, sentyabr ayının axırlarında yumurtalardan tırtıllar çıxmağa başlayırlar. Tırtıllar üçüncü yaş dövrünədək yem bitkiləri ilə qidalanırlar və sonra qışlamaya gedirlər.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. == Həyatı == Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Kəpənək effekti (film, 2004)
Kəpənək effekti (ing. The Butterfly Effect) — 2004-cü ildə ABŞ-də çəkilmiş filmdir. Baş rollarını Eşton Kutçer, Emi Smart, Erik Stolts bölüşdürür. == Məzmun == Filmin baş qəhrəmanı hesab edilən Evan əqli problemləri olan bir uşaqdır, pis hadisələr yaşamışdır amma əqli problemlərinə görə bu yaşadıqlarını tam olaraq xatırlaya bilmir. İllər sonra Evan Treborn artıq bir hafizə problemi olmayan normal bir gənc olur. Bir gün uşaqlıqda tutduğu gündəliyini təsadüfən tapır və oxuyur, zamanda səyahət edərək uşaqlığının xatırlaya bilmədyi qaranlıq qisimlərinə dönür. Uşaqlığına səyahəy zamanı, həmin anda baş verən hadisələrə müdaxiləsi hazırda yaşadığı zamandakı həyatına böyük təsir göstərir və hər dəfə geri dönərkən yaxınlarından kiminsə zərər gördüyünə şahid olur və yenidən zamanda səyahət edərək, keçmişə qayıdaraq ətrafındakıların normal bir həyat yaşması üçün mübarizə aparır... == Xarici keçidlər == Kəpənək effekti — Internet Movie Database saytında.
Neşərək Qadınəfəndi
Neşərək Qadınəfəndi (1848, Soçi – 11 iyun 1876, Konstantinopol) — 32. Osmanlı sultanı Əbdüləzizin üçüncü xanımı. == Həyatı == Neşərək xanım 1848-ci ildə Şimali Qafqazda — Qara dəniz sahilindəki Soçi şəhərində əslən ubix bir ailədə dünyaya gəldi. Əsl adı Nəsrin olan bu qızcığaz İsmayıl bəy Bərəkənin (d. 1812 — ö. 1876) qızı idi. Həsən bəy və Osman Paşa adlı 2 qardaşı Sultan Əbdülhəmidin ən yaxın adamları idi. Xalası isə Osmanlı paşalarından birinin xanımı idi. 1859-cu ildə 4 çərkəz ailəsindən bir heyət toplandı və bölgədəki rus zülmünü Osmanlı sultanına şikayət etmək üçün İstanbula yollandı. Bu heyətə Nəsrinin atası İsmayıl bəy də var idi.
Bəndəbikə kəşənə
Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi. Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir. Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir. Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı. Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır.