Neşərək Qadınəfəndi

Neşərək Qadınəfəndi (1848, Soçi11 iyun 1876, Konstantinopol) — 32. Osmanlı sultanı Əbdüləzizin üçüncü xanımı.

Neşərək Qadınəfəndi
تمريض المرأة
Şəxsi məlumatlar
Doğum tarixi 1848
Doğum yeri
Vəfat tarixi 11 iyun 1876(1876-06-11)
Vəfat yeri
Atası İsmayıl bəy Bərəkə
Həyat yoldaşı Əbdüləziz
Uşaqları Mehmed Şövkət Əfəndi
Əminə Sultan

Neşərək xanım 1848-ci ildə Şimali QafqazdaQara dəniz sahilindəki Soçi şəhərində əslən ubix bir ailədə dünyaya gəldi. Əsl adı Nəsrin olan bu qızcığaz İsmayıl bəy Bərəkənin (d. 1812 — ö. 1876) qızı idi. Həsən bəy və Osman Paşa adlı 2 qardaşı Sultan Əbdülhəmidin ən yaxın adamları idi. Bibisi isə Osmanlı kaptanı-dəryalarından Atəş Mehmed Paşanın (ö. 1867) xanımı idi.

1859-cu ildə 4 çərkəz ailəsindən bir heyət toplandı və bölgədəki rus zülmünü Osmanlı sultanına şikayət etmək üçün İstanbula yollandı. Bu heyətə Nəsrinin atası İsmayıl bəy də var idi. İstanbula gələn bu 4 çərkəz bəyinə Osmanlı sultanı tərəfindən torpaq və mülklər hədiyyə edildi. Nəticədə İsmayıl bəy də ailəsiylə birlikdə Silivri yaxınlığında ona verilən mülkdə yaşamağa başladılar. 1868-ci ildə isə bu münasibətləri gücləndirmək üçün Nəsrin xanım Sultan Əbdüləzizlə evləndirildi və Osmanlı sarayına gəlin köçdü. İlk öncə adı dəyişdirilərək Neşərək qoyuldu. 1872-ci ildə Yozğadda bir məscid inşa etdirdi. 1872–1874-cü illərdə 2 övladı dünyaya gəldi: Şahzadə Mehmed Şövkət ƏfəndiƏminə Sultan.

30 may 1876-cı ildə əri Sultan Əbdüləziz saray çevrilişi nəticəsində taxtdan endirilmiş, bir neçə gün sonra isə müəmmalı şəkildə Fəriyə sarayında ölü tapılmışdı. Ərinin ölümündən bir həftə sonra da Neşərək xanım Fəriyə sarayında vəfat etdi.

Ölümünün ardından həm Sultan Əbdüləzizin, həm də bacısının intiqamını almaq istəyən qardaşı Həsən bəy Bərəkə 15 iyun tarixində Mithat Paşanın köşkündə toplanan dövlət adamlarının məclisinə hücum edərək xarici işlər naziri Mehmed Rəşid Paşanı, keçmiş sədrəzəmlərdən Hüseyn Avni Paşanı və digər şəxsləri öldürdü. Çərkəz Həsən hadisəsində 5 nəfər ölmüş, 10 nəfər yaralanmışdı. Nəticədə ələ keçirilən Həsən bəy edama məhkum edildi.