Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Paşalı rayonu — indi Ermənistan adlanan respublikada rayon. Axtarma-Paşalı palçıq vulkanı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Paşalı (Dərələyəz) — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Şalıx
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Ortakənd (Paşalı)
Ortakənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilir. Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir. Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Paşalı (Dərələyəz)
Paşalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk). == Tarixi == 1728-ci ildən mə'lumdur Həmin mənbədə kənddə üç müsəlman (azərbaycanlı) kişinin yaşadığı göstərilir3 yanvar 1935-ci ildə adı dəyişdirilərək Əzizbəyov qoyulmuşdur. 8 iyul 1957-ci ildə adı ikinci dəfə dəyişdirilərək Zaritap qoyulmuşdur. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Paşalı (Meşkinşəhr)
Paşalı (fars. پاشالو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Paşalı rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. == Tarixi == Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Səlahəddin Paşalı
Səlahəddin Paşalı (2 fevral 1990, Bodrum, Muğla ili) — Türkiyə aktyoru. == Həyatı == Paşalı 2 fevral 1990-da Muğla, Bodrumda anadan oldu. 14 yaşında Darüşşafaka İdman Klubuna transfer olmuşdur. İnfrstruktut müddətində komanda başçısı olmuşdur. Təhsilini Budapeştdə Sənət İdarəsi oxuyaraq bitirib. Sonra Craft Emalatxanada aktyorluq təhsili alıb. İlk aktyorluq karyerasına 2017-ci ildə Show TV-də verilən "Ürək Döyüntüsü" serialı ilə başladı. Sonra 2018-ci ildə "Bir Ümid Kifayət Edər" serialında rol aldı. 2019-cu ildə isə Kanal D-də verilən "Ləkə" serialında rol aldı. 2020-ci ildə baş rollarda Halit Ergenç və Ozan Güvenin olduğu "Babil" serialı ilə karyerasına davam etdi.
İkinci Paşalı
İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == İkinci Paşalı Hacıqabul rayonunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Paşalı (və ya Paşalıkənd) kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmış və İkinci Paşalı adlandırılmışdır. Keçmiş kəndin adı isə Birinci Paşalı kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 725 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Əkbər Qoşalı
Əkbər Qoşalı (azərb. Yolçuyev Əkbər Mehdi oğlu‎; 3 aprel 1973, Qoşa, Tovuz rayonu) — nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin (1998) və Azərbaycan Jurnalistlər Birliyinin (1995) üzvü; DGTYB-nin sədri (1998-ci ildən). == Həyatı == Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980–1988) və Çatax kənd orta məktəbində (1988–1990) alıb. === Təhsili === Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi "Elektronika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998–2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == İş təcrübəsi == Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin "Sosial proqramlar" şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin "İctimai-siyasi" şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb. Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə. Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.
Koşalin
Koşalin (pol. Koszalin [kɔˈʂalin], kaşub Kòszalëno), əvvəllər Köslin (alm. Köslin‎ [kœsˈliːn]) — Polşanın şimal-qərbində şəhər. Baltik dənizi yaxınlığındadır. Koşalin voyevodalığının inzibati mərkəzidir. Dəmiryol qovşağıdır. Yarımkeçiricilər, avtomobil hissələri, elektrotexnika və tikinti avadanlığı istehsal edilir. Ağac emalı və yeyinti sənayesi, kətan zavodları, Ali Mühəndislik Məktəbi, XIII–XIV əsrlərə aid memarlıq abidələri var.
Rosalia
Rozaliya Vila Tobella (isp. Rosalía Vila Tobella, ləqəbi: Rosalía; 25 sentyabr 1992, San-Esteve-Sesrovires[d][…]) — İspaniya müğənnisi, aktrisası.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Salix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Axtarma-Paşalı palçıq vulkanı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Paşalı Axtarma palçıq vulkanı
Paşalı Axtarması palçıq vulkanı - Azərbaycanda olan ən iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Bu palçıq vulkanında Osmanbozdağ palçıq vulkanı kimi antiklinalın Böyük hərəmi, Kiçik hərəmi və Qalamədin kəsişdiyi düyündə yerləşir. Bu vulkan relyefdə Ləngəbiz silsiləsinin bir qədər alçalmış gədik hissəsinə uyğun gəlir. Şirvan düzündən 300 m, Pirsaatçayın dərəsindən isə 140 m ucalır. Vulkanın krateri dairəvi formaya yaxın olub vallarla haşiyələnmişdir. Bu valların nisbi yüksəkliyi 5–10 m-ə çatır. Paşalı Axtarması palçıq vulkanı da respublikamızın ən iri və uca (299,5m) palçıq vulkanından biri olduğundan o da aşağı Bakı dövründən başlayaraq dəniz altından azad olmağa başlamışdır. Bu palçıq vulkanı zirvəsi səviyyəsində, ondan cənuba və şimala doğru Ləngəbiz silsiləsinin qərb yamacında aşağı Bakı yaşlı dəniz terrasları intişar tapmışdır.
Polşalı Nobel mükafatı laureatlarının siyahısı
Polşalı Nobel mükafatı laureatlarının siyahısı — milliyətcə polyak və indiki Polşa dövləti ərazisində doğulan Nobel mükafatı laureatları. Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafat 1901-ci ildən etibarən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələri üzrə təqdim olunur. 1969-cu ildən isə iqtisadiyyat sahəsi üzrə də Nobel mükafatının təqdimatına başlanılıb. 2015-ci il etibarilə, cəmi 900-dən çox şəxs və təşkilata Nobel mükafatı verilmişdir. Bu 900 Nobel mükafatı laureatından 9-u milliyətcə polyakdır, 15-i isə indiki Polşa dövlətinin ərazisi çərçivəsində mövcud olmuş dövlətlərdə və indiki Polşada doğulan digər millətlərin nümayəndələridir. Polşalılar Nobel mükafatının bütün altı sahəsi üzrə laureat olublar. Onlar ümumilikdə 8 dəfə fizika, 5 dəfə kimya, 6 dəfə fiziologiya və ya tibb, 4 dəfə ədəbiyyat, 1 dəfə sülh və 1 dəfə də iqtisadiyyat sahəsi üzrə laureat olublar. Nobel mükafatını alan ilk polşalı 1901-ci ildə fiziologiya və ya tibb sahəsi üzrə mükafatı əldə edən Emil fon Berinq olub. Hələlik Nobel mükafatını qazanan sonuncu polşalı 2004-cü ildə fizika üzrə Nobel mükafatını əldə edən Frank Vilçekdir.
Kosalı (Gürcüstan)
Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz səviyəsindən 290 m yüksəklikdə yerləşir. == Tarixi == Kəndin adı mənbələrdə ilk dəfə 1886-cı ildə regionda aparılan əhalinin siyahıyalınması zamanı çəkilir. Bu zaman kəndin adı Kosalı-Qaracalar kimi qeyd olunub. == Əhalisi == Kəndin əhalisi 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926-da 425 ailədə 2004 nəfər; 1995-da 1095 ailədə 5836 nəfər; 2002-də 5612 nəfər, 2006-da 6000 nəfər təşkil edib. Əhalinin 98%-i azərbaycanlılardan ibarətdir. == Təhsil == Kənddə 19-cu əsrdən məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918-ci ildən fəaliyyətdədir. Kosalı orta məktəbində 2006-cı ildə 1028 şagird, 73 müəllim olub.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Kosalı kəndi
Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz səviyəsindən 290 m yüksəklikdə yerləşir. == Tarixi == Kəndin adı mənbələrdə ilk dəfə 1886-cı ildə regionda aparılan əhalinin siyahıyalınması zamanı çəkilir. Bu zaman kəndin adı Kosalı-Qaracalar kimi qeyd olunub. == Əhalisi == Kəndin əhalisi 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926-da 425 ailədə 2004 nəfər; 1995-da 1095 ailədə 5836 nəfər; 2002-də 5612 nəfər, 2006-da 6000 nəfər təşkil edib. Əhalinin 98%-i azərbaycanlılardan ibarətdir. == Təhsil == Kənddə 19-cu əsrdən məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918-ci ildən fəaliyyətdədir. Kosalı orta məktəbində 2006-cı ildə 1028 şagird, 73 müəllim olub.
Qvardiya Koşalin FK
"Qvardiya" Koşalin İK ( pol. Klub Sportowy Gwardia Koszalin) — 1946-cı ildə əsası qoyulmuş, Koşalin şəhərini təmsil edən Polşa futbol klubu. Polşa Üçüncü Liqasında çıxış edir. Klub ev oyunlarını 950 tamaşaçı tutumuna malik Stanislav Fiqas adına stadionda keçirir.
Salix Battalov
Salih Battalov (tatar. Салихҗан Вазыйх улы Батталов; 5 yanvar 1905 – 14 mart 1995, Kazan) — tatar yazıçı, şair və dramaturq. == Bioqrafiyası == Salih Battal böyük bir kəndli ailəsində anadan olmuşdur. Qardaşları arasında Mübarək Battal və Abdullah Battal da var. Salih doğma kəndinin mədrəsəsində və Çistopoldakı Şiqab həzrət mədrəsəsində oxuur. Ancaq Rusiya vətəndaş müharibəsi zamanı Ağ Çexlər Çistopolu ələ keçirlir, mədrəsə bağlanılır və Salih evə dönür. 1922-ci ildə böyük bacısı Leylinin ailəsi ilə birlikdə Moskva ətrafına yola düşür. Moskva ətrafında Salih Battal həyatını müxtəlif zəhmətlərlə qazanır — xüsusi bağlarda tərəvəz yığmaqdan vaqon boşaltmağa qədər. Sonra şeir yazmağa başlaır. Onun şeirləri əvvəlcə işə düzəldiyi Sobolevo-Şyolkovskaya toxuculuq fabrikindəki Zarya Molodyoji divar qəzetində, daha sonra Moskvadakı tatar qəzetində "Eşçe" (İşçi) nəşr olunur.
Salix Səydəşov
Salix Səydəşov (tatar. Salix Camaletdin uğlı Səydəşev, Салих Җамалетдин улы Сәйдәшев; 3 dekabr 1900, Kazan – 16 dekabr 1954, Moskva) — Tatar bəstəkarı, tatarların peşəkar musiqisinin banilərindən biri. == Bioqrafiyası == Səydəşovun musiqi istedadı özünü tez göstərır. Çalmağa başladığı ilk alət qarmon olur. Sonra qohumlar onun üçün bir piano alır. İlk müəllimi xalq musiqiçisi Zaqidulla Yarullin, daha sonra Kazan Musiqi Kollecinin görkəmli müəllimləri olur. Salix Səydəşovun atası oğlunu görmədən dünyasını dəyişir. Salix əri Şiqab Axmerov olan tatar ziyalılarının mütərəqqi dairələrinə mənsub olduğu bir bacının ailəsində böyüyür. 1918-ci ildə gənc musiqiçi bir orkestr təşkil edir. 1920-ci ildə Qızıl Orduya könüllü yazılır.
Salix acuminata
Salix acuminata Thuill. — Salix atrocinerea bitki növünün sinonimi. Salix acuminata Mill. — Salix cinerea bitki növünün sinonimi. Salix acuminata Schleich. ex Ser. — Salix cinerea bitki növünün sinonimi. Salix × acuminata Lange — Salix × hostii bitki növünün sinonimi.
Salix acutifolia
İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir. == Ekologiyası == Torpağa tələbkar deyil. == Azərbaycanda yayılması == Azərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.