Axtarma-Paşalı palçıq vulkanı

Axtarma-PaşalıAzərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı.[1]

Axtarma-Paşalı
Ümumi məlumatlar
Son püskürmə 2016
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon Hacıqabul

Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmur. Vulkanın krater sahəsi 10 kv. km-ə yaxındır. Vulkanın krater sahəsində bir-birindən aralı bir neçə vulkan sahəsi ayrılır. Hər dəfə hansısa ayrılan vulkan sahəsindən püskürmə olur. Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Tullantıların hamısına neft hopub. Yanar şistlərə də rast gəlinir.[1][2]

Vulkan ilk dəfə 1948-ci ildə püskürüb.[1][2]

1 aprel 2013-cü ildə püskürüb.[2]

2016-cı il yanvarın 25-dən 26-a keçən gecə püskürüb.[3][4][5][6][7][8]

  1. 1 2 3 "Yer səthinə NEFT ÇIXARAN "Axtarma-Paşalı" vulkanı". 2014-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  2. 1 2 3 "Axtarma-Paşalı vulkanı "sakitləşib"". 2013-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  3. "Komissiya sədri: Vulkan püskürən zaman alov 20 metrədək qalxıb (ƏLAVƏ OLUNUB)". 2016-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  4. "Axtarma-Paşalı vulkanı püskürüb". 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  5. Axtarma-Paşalı vulkanı püskürüb[ölü keçid]
  6. "Hacıqabuldakı Axtarma-Paşalı vulkanı püskürüb". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  7. "Hacıqabulda vulkan püskürüb, alov 20 metrədək qalxıb — YENİLƏNİB — VİDEO — FOTO". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
  8. Dünyada ən çox palçıq vulkanı Azərbaycandadır — GÜNDƏM[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]