Ortakənd (Paşalı)

Ortakəndİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[1]

Kənd
Ortakənd
0° şm. e. 0° ş. u.
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Ortakənd xəritədə
Ortakənd
Ortakənd

Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilir[2].

Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir.

Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır.[3]

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.

İndi xaraba kənddir.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.90
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.90-91