İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Şorbaçı kənd inzibati ərazi dairəsində kənd.[1]
İkinci Paşalı | |
---|---|
40°13′53″ şm. e. 48°54′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Paşalı (və ya Paşalıkənd) kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmış və İkinci Paşalı adlandırılmışdır. Keçmiş kəndin adı isə Birinci Paşalı kimi rəsmiləşdirilmişdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 725 nəfər əhali yaşayır.[3]
2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[4]
Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |